17 noy 15:21siyaset

Azərbaycan Fransaya nota verdi

Azərbaycan Fransaya nota verdiAzərbaycan Fransa kimi bir ölkənin- BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü və Minsk qrupunun həmsədr qismində çıxış edən bir ölkənin işğalçı dövlətin və işgalçı rejimin nümayəndəsinə səfər etmək imkanını və bu səfər çərçivəsində müəyyən görüşlərin təşkilinə şərait yaratmasını bir növ işğalçı rejimin təşviqinə xidmət edən bir addım kimi qiymətləndirir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə münasibət bildirərkən deyib.

L.Abdullayeva qeyd edib ki, Fransanın bu addımı onun obyektivliyini və qərəzsizliyini ciddi şübhə altına alır.

“Fransanın bu addımı ilə əlaqədar Azərbaycanın Parisdəki səfirliyi tərəfindən Fransa Xarici İşlər Nazirliyinə etiraz notası təqdim olunub”, - deyə XİN nümayəndəsi vurğulayıb.
XƏBƏR LENTİ
SORĞU