31 okt 10:47siyaset

"Azərbaycanda sanki deputatları seçmirlər, təyin edirlər..."

"Azərbaycanda sanki deputatları seçmirlər, təyin edirlər..."Xəbər verildiyi kimi ötən gün Milli Məclisdə deputatların etik davranış qaydaları haqqında qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. virtualaz.org yerli agentliklərə istinadən xəbər verir ki, bu dəyişikliyə əsasən deputatlar aldıqları və dəyəri 50 manatdan baha olan hədiyyələri Milli Məclisə təhvil verməlidir. Habelə deputat mandatından məhrum edilmə xeyli asanlaşdırılır və bunun üçün inzizam komissiyasının qərarı kifayət edir. Məsələn, deputat 3 dəfə ardıcıl olaraq iclas buraxsa mandatı ilə vidalaşmalı olacaq.

Müzakirələr zamanı bu dəyişikliklərə etiraz edənlər də tapılıb. Məsələn, deputat Musa Quliyevə görə dəyişikliklərin forması, mahiyyəti ona bənzəyir ki, Milli Məclis seçkili deyil, təyinatlı orqandır. "Təyinatlı bir orqanda orqanın rəhbəri necə əmr verib, işçisini cəzalandıra bilirsə, faktiki forma odur”-Musa Quliyev bildirib.

M.Quliyev qeyd edib ki, Milli Məclis xalqın seçdiyi bir orqandır: “Dəyişikliyi oxuyanda elə başa düşülür ki, bunu deputat yazmayıb, kimsə deputatlara qarşı yazıb. Bəzən deyirlər ki, deputatlara hörmət edilmir. Deputatlara hörmət edilməməsi elə buradan görünür. Parlamentin İntizam komissiyasının qərarı ilə deputat mandatdan məhrum edilir. Onu seçən 40 min insandan soruşmurlar ki, sənin seçdiyin şəxsi mandatdan məhrum edirik. Əvvəlki qaydalarda bu, Milli Məclisin müzakirəsinə çıxarılırdı. Niyə indi elə deyil? Ona görə müzakirəyə çıxarılmır ki, İntizam komissiyasının 9 üzvünə tapşırıq vermək asandır, nəinki 125 nəfərə? Bunu pis niyyətlə demirəm. Yaxşı olar ki, bu, beynəlxalq ekspertizaya verilsin, onların rəyi alınsın.

Milli Məclisin işini yaxşılaşdırmaq istəyiriksə, müzakirələrə daha çox imkan yaradılmalıdır. Hər kəsə hörmətim var, amma deputatlar var ki, aylarla, illərlə parlamentdə çıxış etmirlər, seçicini təmsil etmirlər, biz buna bir söz demirik, amma deputatın iclasda 3 dəfə iştirak etməməsinə görə mandatı alınır…İllərlə iclaslarda olsun, çıxış etməsin, fəaliyyət göstərməsin, təklif verməsin, qanun yazmasın-bu zərərlidir, yoxsa bir ayda iclasda 2 dəfə iştirak etməmək? Biz deputatların statuslarının imkanlarını artırmalıyıq”.
XƏBƏR LENTİ
22-10-2019, 14:35
SORĞU