01 okt 11:58siyaset

Fuad Əliyev: Biz daha böyük meydanları istəyə bilərik

Fuad Əliyev: Biz daha böyük meydanları istəyə bilərikAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

İclasda ictimai-siyasi vəziyyət, partiyanın üzv olduğu Qarabağ Komitəsinin təşkilatçılığı ilə keçirilən “Qarabağa azadlıq” mitinqi və ALDP-nın 20 illiyi ilə bağlı təşkilatı məsələlər müzakirə olundu.

Toplantı iştrakçıları sentyabrın 29-da Bakı şəhəri, “Məhsul” stadionunda keçirilən mitinqi müzakirə edərək, həm təşkilatçılığı, həm də iştrakçıların sayını yüksək qiymətləndirdilər.

“Qarabağ torpaqının işğalı ilə bağlı keçirilən mitinqlərdə iştrakçıların sayı qat-qat çox olmalı idi, amma nəzərə almalıyıq ki, 25 ildən çoxdur ki, Qarabağla bağlı mitinqlərə icazə verilmirdi, bu birinci mitinqdə iştrakçıların sayı məqbul hesab etmək olar. Bu mitinqlər davamlı olsa onda biz daha böyük meydanları istəyə bilərik. Bizim qələbələrimiz hələ ki stadionlardan gəlir və mən inanıram ki, biz böyük qələbəmizi Qarabağda qeyd edəcəyik”- ALDP sədri qeyd etdi.

Sonra Fuad Əliyev ALDP Gənclər Təşkilatının (GT) rəhbərliyinə gənclərin mitinqdə aktiv iştirak etdiklərinə görə minətdarlığını bildirdi.

Sonda ALDP-nın 20 illiyin keçirilməsi ilə bağlı bir sıra təşkilatı məsələlər müzakirə olundu.
loading...
XƏBƏR LENTİ
SORĞU