28 sen 11:00siyaset

"Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır"

"Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır"Hikmət Şikarov
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri


Azərbaycan-Rusiya münasibətləri bütün səviyyələrdə əməkdaşlığı inkişaf etdirmək üçün güclü potensiala malikdir. Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkənin həyatında xüsusi yer tutaraq, özünün vacibliyini və səmərəliliyini sübut edəcək, dövlətlərimiz arasında etimada əsaslanan işgüzar əlaqələrin nə dərəcədə davamlı olmasını nümayiş etdirəcəkdir. Bu Forum ilk növbədə bütövlükdə regionun gələcəyi kontekstində qiymətləndirilməli olan münasibətlərin bariz göstəricisidir.

Rusiya prezidentinin ölkəmizə səfəri bu forum çərçivəsində bir tərəfdən Azərbaycan və Rusiya regionları arasında yeni, qarşılıqlı faydalı əlaqələr yaranmasına, digər tərəfdən isə dövlətlərimizin strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə şərait yaradacaq. Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir. Azərbaycan-Rusiya tərəfdaşlığı ilbəil genişlənir, iki ölkənin regionlararası əməkdaşlığı və əhatə dairəsi sürətlə inkişaf edir. Bu səfər Azərbaycan-Rusiya münasibətlərinin strateji və dostluq xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu bir daha təsdiqləmişdir.

Hazırda Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. İki ölkə qarşılıqlı şəkildə bir-birinə investisiya yatırır. Bütün bunlar ölkələrimiz arasında əməkdaşlığın miqyasına və əhəmiyyətinə təsir edir. Azərbaycan ilə Rusiya arasında qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsinin təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün çox böyük potensialı var. Tamamilə aydındır ki, bu forum çərçivəsində ünsiyyətin forması bir tərəfdən Azərbaycan və Rusiya regionları arasında yeni, qarşılıqlı faydalı əlaqələr yaranmasına, digər tərəfdən isə dövlətlərimizin strateji tərəfdaşlığının möhkəmlənməsinə şərait yaradacaq.
XƏBƏR LENTİ
Dünən, 15:14
Dünən, 13:44
SORĞU