07 sen 10:14siyaset

Putin Azərbaycana gəlir

Putin Azərbaycana gəlirRusiya Prezidenti Vladimir Putin sentyabr və oktyabr aylarında Azərbaycan, Tacikistan və Özbəkistana səfər edəcək.

Axar.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə açıqlamasında Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.

“Sentyabrın sonuna yaxın Putin Azərbaycana səfər edəcək. 27-28 sentyabrda isə Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək MDB dövlət başçılarının sammitində iştirak edəcək. Oktyabrda Putinin Özbəkistana səfəri planlaşdırılıb”, – deyə o bildirib.

Uşakov ilin sonuna qədər Rusiyada Azərbaycan, İran və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli sammit keçiriləcəyini də açıqlayıb.
loading...
XƏBƏR LENTİ
SORĞU