03 avq 17:20siyaset

Rusiyanın Qarabağ planı Ermənistanı qorxuya saldı - Lavrovdan ŞİFRƏLİ XƏBƏRDARLIQ

Rusiyanın Qarabağ planı Ermənistanı qorxuya saldı - Lavrovdan ŞİFRƏLİ XƏBƏRDARLIQMoskvanın baş diplomatı Sergey Lavrovun dili ilə Paşinyan hökumətinə sərt reaksiyasından sonra Ermənistanda Rusiyanın Qarabağ planını işə salacağına dair qorxular yaranıb.

Publika.az xəbər verir ki, Ermənistan mediası Rusiyanın Ermənistanı cəzalandırmaq üçün Dağlıq Qarabağda İrəvanın məğlubiyyəti ilə başa çatacaq müharibə başlada biləcəyini iddia edir.

Erməni siyasi şərhçi Aram Amatuni yazır ki, Rusiya Koçaryanın həbsi və “1 mart” işinə görə Ermənistanı cəzalandıracaq.

“Çoxları hesab edir ki, Moskva Qarabağda müharibəni başladacaq. Qarabağda istənilən formada məğlubiyyət Paşinyan hökumətinin daxildəki dayaqlarını sarsıdacaq”, - deyə o bildirib.

Ekspertlər hesab edirlər ki, Qarabağda müharibənin başlanması və Paşinyanın məğlub olmasında taxtdan salınmış “Qarabağ klanı” da maraqlıdır. Ehtimallara görə, Azərbaycanın işğal olunmuş torpaqlarında “Qarabağ klanı”nın qalıqları olan qondarma rejim cəbhədə təxribatlarla müharibəni alovlandıra bilər.
loading...
XƏBƏR LENTİ
SORĞU