25 iyn 12:49siyaset

“Ərdoğanın digər özəlliyi odur ki, terrorçuları dəstəkləyən qüvvələrin üzərinə gedir”

“Ərdoğanın digər özəlliyi odur ki, terrorçuları dəstəkləyən qüvvələrin üzərinə gedir”Türkiyədə seçkilərdə Rəcəb Təyyub Ərdoğanın qələbə qazanacağı şübhəsiz idi.

Bu sözləri Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov Türkiyədə baş tutan seçkiləri şərh edəkən bildirib.

“Çünki Ərdoğanın vaxtında Türkiyə dəyişdi. Ölkənin iqtisadi-siyasi gücü artdı. Bu gün Türkiyə beynəlxalq arenada söz sahibinə çevrilib. Bundan sonra da Türkiyə inkişaf üzrə addımlayacaq.

Xüsusilə, terror məsələsi öz həllini tapmaq ərəfəsindədir. Demək olar ki,bütün terrorçuları yuvaları məhv edilib. Əsas təşkilatçılar ya həbs edilib,ya da öldürüblər. Ərdoğanın digər özəlliyi odur ki, terrorçuları dəstəkləyən qüvvələrin üzərinə gedir. Terrorun arxasında kimlərin durduğunu dünyaya elan edir. Ərdoğan açıq oynayan siyasətçidir. Bunu xalq görür və ona görə öz liderini sevir”.

A.Acalov Ərdoğanın hakimiyyəti dövründə iki qardaş ölkə arasında əlaqələrin inkişafına toxunub.

“Ərdoğanın hakimiyyəti dövründə Azərbaycan və Türkiyə əlaqələrinin demək olar ki,bütün sahələri inkişaf etdi. İki qardaş ölkənin birgə əməkdaşlığı çərçivəsində regional layihələrə imza atıldı. BTQ dəmiryolu xəttinin,TAP-ın istifadəyə verilməsi buna misal ola bilər. Bu gün iki qardaş ölkə Avropanın enerji təhlükəsizliyində də böyük rol oynayırlar. Gələcəkdə də artım üzrə davam edəcək”.
loading...
XƏBƏR LENTİ
Bu gün, 10:44
SORĞU