19 iyn 14:51siyaset

"Mən onların hamısını ifşa edəcəm"

"Mən onların hamısını ifşa edəcəm"Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ADP sədri Sərdar Cəlaloğlunun Türkiyə-Azərbaycan konfederasiyası yaradılması təklifinə sərt reaksiya verib.
H.Hacıyev “Ölkə.Az”-a açıqlamasında deyib ki, Azərbaycan müstəqil dövlətdir və bunu daha da gücləndirmək lazımdır:

“Daha “böyük qardaş” axtarmağa ehtiyac yoxdur. Əgər müstəqilliyi qoruyub saxlaya bilmiriksə, o zaman biz nə üçün yaşayırıq? Burada başqa məsələləri arzu edənlər çox səhv edirlər. Biz Azərbaycanın müstəqilliyi uğrunda qanlar, şəhidlər vermişik. Hazırda ölkədə deyiləm. Bakıya qayıdandan sonra Sərdar Cəlaloğlunun bu cür təklifinə daha geniş fikir bildirəcəm”.

Partiya sədri qeyd edib ki, Sərdar Cəlaloğlu özünü əsl müxalifətçi adlandırmaqla deyil:
“Mən də özümü əsl müxalifət sayıram. Gərək biz müxalifət olaraq xalqla yaxından işləyək. Bizim Qarabağ kimi problemimiz var. Gərək Azərbaycan xalqı qarşısında müəyyən xidmətlərimiz olsun ki, bundan sonra bizə xalq qiymət versin. Əsl qiyməti xalq verir. Bizim nə deməyimizlə deyil. Sərdar Cəlaloğlu sabah deyə bilər ki, ABŞ-ı da mən kəşf etmişəm. Bu o demək deyil ki, o kəşf edib!”.

S.Cəlaloğlunun qardaşı Qurban Məmmədovun Londona sığınması məsələsinə də toxunan H.Hacıyev deyib ki, Qurban Məmmədovun Azərbaycan əleyhinə danışdıranlar ölkəmizi sevməyən qüvvələrdir:

“Onu bəzi qüvvələr Londona göndərib. Bu cür yollarla Azərbaycana təzyiq edirlər. Ancaq mən onların hamısını ifşa edəcəm”.
XƏBƏR LENTİ
SORĞU