10 may 11:50siyaset

ALDP Qarabağ mitinqində iştirak edəcək

ALDP Qarabağ mitinqində iştirak edəcəkAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, partiyanın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri və bəzi təşkilatı məsələlər müzakirə edilib.

Toplantıda həmçinin ALDP-nın Qarabağ mitinqində iştrakı müzakirə olundu. ALDP sədri partiyanın Qarabağ mitinqində iştirakını vacib hesab etdi. O, bildirdi ki, Qarabağla bağlı istənilən tədbirlərə, yürüşlərə, mitinq və piketlərə partiya üzvləri öz dəstəyini verməlidirlər.

“Torpaqlarımız tam işğaldan azad olunmayana qədər bu problemi gündəmdə saxlamalıyıq.” – Fuad Əliyev qeyd etdi.
loading...
XƏBƏR LENTİ
Bu gün, 10:44
SORĞU