03 may 11:22siyaset

Politoloq: "Azərbaycan xalqı heç bir təşkilata bu haqqı verməyib"

Politoloq: "Azərbaycan xalqı heç bir təşkilata bu haqqı verməyib"Avropa Şurası Parlament Assambleyası (AŞPA) bir təşkilat kimi müstəqil və liberal qərarlar vermir ya da vermək istəmir. Ona görə ki, AŞPA və digər bəzi beynəlxalq təşkilatlar sanki öz statusuna uyğun hərəkət etməyərək hansısa bir lobbi təşkilatlarının təsiri dairəsinə düşərək onların sifarişlərini yetirə yetirməklə məşğul olurlar. Bilirsiniz bu cür beynəlxalq əhəmiyyətli və ciddi bir təşkilatların belə lobbi təşkilatları ilə təmasda olması və onların sifarişlərini yetirnə yetirməsi tək Azərbaycan üçün təhlükə yaratmır". Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, bu bütün Avropa ölkələri və bu ölkələrlə əməkdaşlıq edən ölkələr üçün də xoşagəlməz məqamlar ortaya qoyur: "Əslində mən onu deyə bilərəm ki, ölkəmizə qarşı belə bir kampaniya hər bir azərbaycanlını təəssüfləndirdiyi kimi həm də ölkə vətəndaşlarını düşündürür. Dünyaya demokratiya dərsi keçməyə çalışan bu cür beynəlxalq təşkilatlar niyə hansısa lobbilərin təsir dairəsinə düşərək qərəzli və məkirli oyunların iştirakçısı olurlar. Göründüyü kimi Azərbaycan regionda ən sabit və demokratik bir ölkədir. Seçki olur və əhali bu seçkilərə heç bir maneə olmadan gedərək öz dəstəklədiyi şəxsə səs verir və onu dəstəklədiyini açıq şəkildə bəyan edir. Xalq öz milli liderini seçirsə və onu dəstəkləyirsə heç bir beynəlxalq təşkilatın nə hüququ, nə də haqqı yoxdur ki, xalqın seçiminə səhvdir desin. Biz Azərbaycan xalqı olaraq heç bir təşkilata bu haqqı verməmişik və vermirik də”.
XƏBƏR LENTİ
SORĞU