24 apr 11:09siyaset

Sarkisyan və Qorbaçov Beynəlxalq tribunala verilməlidir - Bəyanat

Sarkisyan və Qorbaçov Beynəlxalq tribunala verilməlidir - BəyanatAzərbaycan Liberal Demokrat Partiyası Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və Qorbaçovun Beynəlxalq tribunala verilməsiylə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir,

Ermənistanda son günlər məlum olaylar nəticəsində, baş nazir Serj Sarkisyanın istefası Qarabağ işğalının hüquqi müstəvidə həll olunmasına daha da qeniş imkanlar yaradıb. Beləki S.Sarkisyan Qarabağ seperatçılarının başçısı olan zaman Azərbaycan türklərinə qarşı törədilən Xocalı soyqırımına görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu cinayəti özu də Böyük Britaniyanın araşdırmaçısı Tomas de Vala verdiyi müsahibəsində etiraf etdiyini bildirib.

Təəssüflər olsun ki, Azərbaycanda bəziləri bu gün hələ də Xocalı soyqırımı məsələsində ədalət axtarırlar. Digər tərəfdən isə Ermənistan-Azərbaycan sülh platforması çərçivəsində erməniləri Azərbaycana gətirirlər.

Keçmiş Yuqoslaviyanın Srebrenitsa şəhərində baş verən soyqrıma dünya ictimaiyyəti hüquqi qiymətini verdi. Bu hadisəni törədənlər hazırda cəzalarını çəkirlər.

Amma Xocalı faciəsini törədənlər hələ də azadlıqda gəzir və Xocalı şəhəri isə erməni işğalı altındadır.

Azərbaycan Liberal Demokrat Partiyası olaraq hesab edirik ki, iqtidar Azərbaycan türklərinə qarşı törədən Xocalı soyqırımın təşkilatçısı olan Serj Sarkisyanı, 20 Yanvar faciəsinin əsas rəhbəri Mixail Qorbaçova cinayət işini qaldırılması, beynəlxalq axtarışa verilməsi və Beynəlxalq tribunal qarşısında cavab vermək üçün iddia irəli sürməlidir.

Biz beynəlxalq aləmdən cinayətkərların cəzalanmasını tələb etməliyik.
XƏBƏR LENTİ
15-11-2019, 10:45
SORĞU