09 apr 18:26siyaset

"Elçibəydən sonra Qüdrət bəy yeganə partiya sədridir ki..."

"Elçibəydən sonra Qüdrət bəy yeganə partiya sədridir ki...""Bu 20 ildə Qüdrət bəyin köməkçisi, müşaviri, müavini vəzifəsində çalışmışam. 22 ildir ki, onu tanıyıram. Seçkidən sonra bir çox məsələlərə aydınlıq gətirəcəm!".

BAXCP-nin V qurultay təəsüratlarını açıqlayan Niyaməddin Orduxanlı bildirib ki, Beynəlxalq Mətbuat Mərkəzində çöx möhtəşəm qurultay keçirilib.

Qüdrət Həsənquliyev 59 rayon şöbəsindən 279 qurultay nümayəndəsinin hər birinin səsini qazanaraq növbəti 5 ildə BAXCP-nin sədri seçilib.

Orduxanlı BAXCP sədri Qüdrət Həsənquliyevlə münasibətlərinin tarixindən də danışıb:

"40 yaşım var və 22 ildir Qüdrət Həsənquliyevlə şəxsi münasibətim var. Bu həm də o deməkdir ki, çox gənc yaşımdan aktiv siyasi fəaliyyətə qoşulmuşam. Son 20 ildə isə, Qüdrət bəyin köməkçisi, müşaviri və müavini vəzifəsində çalışmışam. Qüdrət bəylə ilk dəfə tanışlığım 1996-ci ildə mərhum Əbülfəz Elçibəyin rəhbərlik etdiyi AXCP-də yaranıb. Və 2000-ci ildən sonra mərhum Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra mən məhz lider olaraq Qüdrət Həsənquliyevi seçmişəm! 20 ilə yaxındır ki, bu, seçimimi etmişəm! Tarix, zaman göstərdi ki, mən yanılmamışam! Bütün bunların yeganə səbəbi, Qüdrət bəyin səmimi, sadə, dürüst, əxlaqlı, böyük ürək sahibi olması və böyük İNSAN olması olmaqla yanaşı, Azərbaycanın müstəqliyi uğrundan mücadilə verməsi, milli-mənəvi dəyərlərə son dərəcə önəm verməsi və türkçülüyə xidmət göstərməsi olub! O, daim Cənubi Azərbaycanda yaşayan 35 milyonluq Azərbaycan türkünün problemlərindən danışır. Əbülfəz bəyin ən yaxın silahdaşlarının böyük əksəriyyəti bu gün Qüdrət bəyin rəhbərlik etdiyi partiyadadır. Həmçinin Qüdrət Həsənquliyev 30 ildir dünyada yaşayan 350 milyonluq TÜRK millətinin maraqlarını qoruyur! Hər zaman türk birliyinin yaranmasının və yaxından əməkdaşlıq etməsinin tərəfdarı kimi çıxış edir. Bilirsiniz ki, dünən də BAXCP-nin V qurultayı keçirildi. 59 rayon şöbəsindən qurultaya 400 nəfərdən artıq nümayəndə seçilmişdi. Lakin Bakı meri qurultay keçirilməsi üçün Əmircan qəsəbəsində yer ayırdığına görə, məcbur olub, 59 rayon şöbəsindən 100 nəfər qurultay nümayəndəmizin azadılmasını xahiş etdik. 300 nəfər qurultay nümayəndəsindən 279 nəfərin iştirakı ilə V qurultay keçirildi və 279 səslə Qüdrət Həsənquliyevi növbəti dəfə BAXCP-nin sədri seçildi! Dünən mən də qurultayda çıxış etdim və dedim ki, Qüdrət bəyi nəinki Şimalı Azərbaycan dövləti üçün, həm də Cənubi Azərbayacan üçün də son dərəcə önəmli liderdi! Elçibəydən sonra Qüdrət bəy yeganə partiya sədridir ki, Cənubi Azərbaycan mövzusunda danışır! Qüdrət bəy Azərbayacan da yeganə partiya sədridir ki, qardaş Türkiyənin nüvə dövlətinə çevrilməsi üçün Azərbaycanın da dəstək verməsini təklif edib! Bütün bunlar çox yaxın zamanlarda baş vermiş hadisədir! Prezident seçkilərindən sonra bu və ya digər məsələlərə onunla 22 ildir bir yerdə çalışan insan kimi aydınlıq gətirəcəm!”
XƏBƏR LENTİ
Dünən, 15:14
Dünən, 13:44
SORĞU