09 mar 16:08siyaset

ALDP Sərdar Cəlaloğlunun namizədliyini dəstəklədi - MÜRACİƏT

ALDP Sərdar Cəlaloğlunun namizədliyini dəstəklədi - MÜRACİƏTAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Rəyasət Heyətinin iclasını keçirib.

Avrasiya.net xəbər verir ki, toplantıda çıxış edən Fuad Əliyev Mərkəzi Seçki Qərargahının (MSQ) imzatoplama kampaniyasında iştirak edən partiya üzvlərinə öz minnətdarlığını bildirib.

“İmzatoplama kampaniyası uğurla keçdi. Biz bir daha subut etdik ki, partiyanın potensialı var və düz yol seçmişik. Bizim tərəfdarların sayı artır və bu bizə əlavə stimul verir” – ALDP sədri qeyd edib.

Daha sonra Fuad Əliyev seçkilərdə müxalifətin vahid mövqeyindən çıxış etməsinin vacibliyini bildirib.

“Hesab edirəm ki, əgər seçkilərdə iştrak edən ADP, VİP və Ağ partiya və seçkilərdə iştrak etməyən müxalif partiyalar vahid mövqeydən çıxış etsələr, müxalifətin qələbəsinə nail olacağıg. Bu seçkilərdə VİP, Ağ partiya və ADP sədirlərinin iştirakına hörmətlə yanaşıram və onlara uğurlar arzulayıram. Baxmayaraq ki, biz lazım olan 45 min imzanı topladıq, təklif edirəm ki, müxalifətin birliyi naminə bu addımı ataq. Hesab edirəm ki, müxalifətin vahid namizədi Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ola bilər və təklif edirəm ki, ALDP üzvləri bu seçkidə onu dəstəkləsinlər. Biz seçkidə iştrakımızı dayandırmırıq, əksinə ADP ilə birlikdə davam edirik. İkinci təklifim var. Seçkidə iştrak edən və iştrak etməyən partiyalara müxalifətin vahid mövqeyindən çıxış etmək üçün müraciət qəbul edək” – Fuad Əliyev bildirib.

Müzakirələrdən sonra ALDP sədrinin təklifi qəbul olundu.

Rəyasət Heyətinin qərarı ilə ALDP növbədənkənar prezident seçkilərində ADP sədri Sərdar Cəlaloğlunun namizədliyini dəstəkləyəcək. Toplantıda müxalifət partiyalara müraciət qəbul olundu.

Azərbaycan Liberal Demokrat Partiyasının

VİP, AĞ partiya, KXCP, BAP, Azadlıq, Aydınlar, AMİP, Ədalət, VHP, VAMBP, REAL hərəkatına

MÜRACİƏTİ

Növbədənkənar prezident seçkisində Azərbaycan müxalifətindəki demokratik qüvvələr birlik, həmrəylik nümayiş etdirməlidir. ALDP hər zaman demokratik qüvvələrin birik ideyasının reallaşmasına cəhd göstərib. ALDP bəyan edir ki, bu seçkilər vahid namizədi dəstəkləməklə müxalifətin birliyinə gedən yola çıxmış ola bilərik. Bu baxımdan hesab edirik ki, növbədənkənar prezident seçkilərinə qatılan və qatılmayan müxalifət partiya liderləri, müxalifyönlü seçicilər ADP sədri S.Cəlaloğlunun vahid namizədliyini dəstəkləyib ona səs verməlidirlər. Müxalifətin qələbəsi həm birliyindən, həm də uğurlu şəxsin vahid namizəd seçilməsindən asılıdır. Bu uğurlu namizədin isə ADP sədri S.Cəlaloğlu olduğunu hesab edirik.
loading...
XƏBƏR LENTİ
SORĞU