07 mar 14:49siyaset

Məzahir Pənahov prezidentliyə namizədlərə xəbərdarlıq etdi

Məzahir Pənahov prezidentliyə namizədlərə xəbərdarlıq etdiMərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Azərbaycan prezidentliyinə namizədlərə xəbərdarlıq edib.

MSK sədri deyib ki, namizədlər seçkiqabağı təşviqat başlamamış təbliğat aparmamalıdırlar:

"Bu qanun pozuntusudur. Ola bilər ki, bunu özləri etməsinlər, başqaları-onları gözdən salmaq istəyən şəxslər edir. Bütün tərəflər diqqətli olmalıdırlar. Azərbaycanda insanlar məsələlərə düzgün qiymət vermək bacarığındadırlar. Hansısa namizəd bu cür əməllərə əl atırsa, öz seçicilərini itirir”.
Qeyd edək ki, Azərbaycanda president seçkiləri aprelin 11-nə təyin edilib. Seçkiqabağı təşviqat isə martın 19-da başlayır.
XƏBƏR LENTİ
SORĞU