01 mar 20:53siyaset

Qüdrət Həsənquliyev üçün 45 min imza toplandı

Qüdrət Həsənquliyev üçün 45 min imza toplandıBAXCP sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin imzatoplama kampaniyası başa çatıb.

Bunula bağlı Axar.az-a BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib. Onun sözlərinə görə, imza vərəqələri sabah Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək:

“BAXCP sədrinin imzatoplama kampaniyasına partiyanın 60 rayon şöbəsi cəlb edilmişdi. Qısa müddətdə 92 seçki dairəsindən 45 min imza topladıq. Qanunvericilikdə imzalar 60 seçki dairəsini əhatə etməlidir. Sadəcə, bizim partiyanln potensialı imkan verdi ki, 92 seçki dairəsindən imzalar toplaya bilək. Bu gün partiyanıın seçki qərargahında bütün imzalar yoxlanıldı və sabah müvafiq sənədlərlə birgə imzaları MSK təqdim edəcəyik”.
XƏBƏR LENTİ
SORĞU