17 fev 17:55siyaset

13 nəfər namizədliyini irəli sürüb + Siyahı

13 nəfər namizədliyini irəli sürüb + Siyahı"Azərbaycanda prezidentliyə namizədliklərin irəli sürülməsi prosesi davam edir".

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. MSK sədri bildirib ki, indiyədək 13 nəfər namizədliyini irəli sürüb və onlardan 7-sinin namizədliyi siyasi partiyalardan, birinin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Daha 4 nəfər namizədliyi fərdi qaydada irəli sürüb.

M. Pənahov qeyd edib ki, 12 nəfərin namizədliyinin irəli sürülməsi MSK tərəfindən təsdiq olunub, bir nəfərin namizədliyinin təsdiq olunması məsələsinə isə MSK-nın növbəti iclasında baxılacaq.

Növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənın şəxslər hələ ki bunlardır.
Azərbaycan prezidenti İlham Əliyev- prezidentliyə namizədiliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev- prezidentliyə namizədiliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Zahid Oruc- prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Fərəc Quliyev- prezidentliyə namizədiliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Araz Əlizadə- prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb;

Asif Məmmədov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Razi Nurullayev - prezidentliyə namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülüb;

Elşən Həsənov- prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Hafiz Hacıyev- prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülüb;

Fuad Əliyev- prezidentliyə namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb;

Tural Abbaslı- prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Anar Umudov- prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb.
XƏBƏR LENTİ
Dünən, 20:38
SORĞU