29 dek 14:12siyaset

"Azərbaycan Gürcüstana qarşı çox ləyaqətlə davranıb"

"Azərbaycan Gürcüstana qarşı çox ləyaqətlə davranıb"Bir neçə il əvvəl Nino Burcanadze Gürcüstan parlamentinin spikeri idi. Səhv etmirəmsə, NATO PA-nın iclasına dəvət edilmişdi. O, çıxışı zamanı bildirdi ki, Rusiya qaz kəmərlərini partladır, bizi qışın soyuğunda dondurub öldürmək istəyir.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyev Rusiyadan Ermənistana quru yolunun açılması barədə xəbərlərə münasibət bildirərkən deyib. O xatırladıb ki, həmin dövrdə Azərbaycan özünün bir çox kəndlərinin qazını kəsərək, qonşu Gürcüstan əhalisinə qaz verdi:

“Biz hər zaman bir qonşu kimi öz ləyaqətimizi, etibarlılığımızı göstərmişik. Həmin iclas zamanı ona sual verdilər ki, Kosovanın həll variantı keçmiş sovet respublikalarındakı münaqişələrə tətbiq oluna bilərmi? O da dedi ki, nə Moldovaya, nə də Gürcüstana tətbiq oluna bilər. Qarabağın adını isə çəkmədi. Bu artıq həmin ölkənin rəhbərliyinin Azərbaycana olan münasibətidir. Sözsüz ki, o, bundan sonra siyasi elitadan uzaqlaşdırıldı. Onu qeyd etmək istəyirəm ki, Azərbaycan Gürcüstana qarşı çox ləyaqətlə davranıb. 2008-ci ildə Rusiya ilə müharibə zamanı tibbi yardım göstərdik. Bakı–Tiflis–Ceyhan qaz kəməri çəkilərkən güzəştli tariflər müəyyənləşdirdik. Bakı–Tiflis–Qars çəkilərkən onların kreditlərini ödədik. Bu gün Gürcüstana ucuz qiymətə qaz satılır. Gürcüstanda investisiya qoyuluşuna görə Azərbaycan birinci yerdədir. Belə olduğu halda biz özümüzü elə aparmamalıyıq ki, sanki heç nə baş verməyib. Hesab edirəm ki, Gürcüstanın Bakıdakı səfirliyi Xarici İşlər Nazirliyinə dəvət olunmalıdır. Deyilməlidir ki, sizin bu hərəkətiniz ləyaqətsiz hərəkətdir. Biz Gürcüstan xalqına, ictimai təşkilatlara müraciət etməliyik. Azərbaycan bildirməlidir ki, bununla Gürcüstan çox şey itirəcək. Söhbət ondan gedir ki, Gürcüstan Rusiyadan Ermənistana gedən dəmir yol xəttini açmaq haqqında düşünür. Gürcüstanın işğal altında olan torpaqlar üzərindən bunlar Ermənistana dəmiryol xətti açmaq istəyirlər. Azərbaycan buna çox ciddi reaksiya verməlidir”.

Qeyd edək ki, Sərkisyanın bir neçə gün öncə Gürcüstana səfəri zamanı Rusiyadan Ermənistana quru yolunun bərpa edilməsi ilə bağlı müzakirənin aparılacağı barədə xəbər yayılsa da, rəsmi Tiflis məlumatı təkzib etdi və bildirdi ki, bu. müzakirə olunan məsələlər sırasında deyil.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.