13 noy 10:46siyaset

Ərdoğan-Putin görüşü başlayır: Qarabağ müzakirədə

Ərdoğan-Putin görüşü başlayır: Qarabağ müzakirədəBu gün Rusiyanın Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək.

Axar.az xəbər verir ki, görüş Ərdoğanın Rusiyaya işgüzar səfəri çərçivəsində baş tutacaq. Kreml artıq görüşdə Suriya böhranı, terrorizm, iqtisadi və energetika sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağını bildirib.

Bəzi KİV-lər bu görüşdə Qarabağ böhranının da müzakirə ediləcəyini bəyan ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonuncu Bakı səfəri zamanı bu iddianı təsdiqləyib. O, Putinin bu məsələdə qətiyyətli olacağı halda Qarabağ probleminin həllinin sürətlənəcəyini söyləyib.

Qeyd edək ki, Ərdoğan Rusiyaya Putinin dəvəti ilə gedir.
XƏBƏR LENTİ
22-10-2019, 14:35
SORĞU