04 noy 09:56siyaset

Rusiyanın 5 rayonun qaytarılması üçün 3 şərti var

Rusiyanın 5 rayonun qaytarılması üçün 3 şərti varXəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün növbəti 2 həftə ərzində rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirməyi planlaşdırır.

Avrasiya.net xəbər verir ki, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu görüşlə bağlı etibarlı mənbədən aldığı məlumatı "Facebooks" səhifəsində paylaşıb.

O bildirib ki, Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var:

“Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir”.
Politoloq şərtləri şərh edib və çox ağır şərtlər olduğunu deyib:

“Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür. Digər iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir”.

E.Şahinoğlu deyib ki, bununla bağlı geniş təhlil hazırlanır.
XƏBƏR LENTİ
SORĞU