26 okt 19:01siyaset

Müxalifət Namizədlər Klubu yaradacaq - ALDP-nin təklifiylə

Müxalifət Namizədlər Klubu yaradacaq - ALDP-nin təklifiylə"Namizədlər Klubu yaradılacaq".
Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev müxalifətin seçkilərə münasibəti ilə bağlı açıqlamasında bildirib. ALDP sədri müxalifətin seçkidə birgə iştirakı ilə bağlı verdiyi təkliflərdən sonra bir neçə siyasi liderin, o cümlədən Rəsul Quliyevin, Hüseyn Abdullayev və İsa Qəmbərin öz namizədliklərini irəli sürdüklərini vurğulayıb:

“Artıq aktivləşmə prosesi başlayıb. Düşünürəm ki, planlaşdırdığımız kimi, gələn ilin fevral, mart aylarından etibarən seçkidə iştirakla bağlı iddialarını ortaya qoyan namizədlər məlum olacaq və biz Namizədlər Klubunun yaradılması ilə bağlı danışıqlara başlıyacağıq”.

F.Əliyev namizədliyini ortaya qoyan siyasi liderlərin bu ideyanı dəstəkləyəcəyinə ümidvar olduğunu qeyd edib.

Onun sözlərinə görə, seçkidə iştirak etmək istəyən demokratik düşüncəli iddialılar Namizədlər Klubunda birgə fəaliyyət göstərməklə müsbət nəticələr əldə oluna bilər. ALDP sədri özlərinin və digər bir neçə partiyann birləşdiyi Azadlıq Mərkəzində isə seçki ilə bağı məsələlərin müzakirə olunmadığını deyib.

Qeyd edib ki, Mərkəzdə təmsil olunanlardan KXCP sədri Mirmahmud Mirəlioğlu öz namizədliyini irəli sürüb.

Versus.az
XƏBƏR LENTİ
SORĞU