Cənubi Azərbaycanda məmur 12 yaşlı qızı zorladı - məktəb yandırıldıİranın Qərbi Azərbaycan ostanının əsasən azərbaycanlıların yaşadığı Urmiya şəhərində vəziyyət gərginləşib. Şəhərin hiddətlənmiş sakinləri qızlar məktəbinin həyətinə toplaşaraq, məktəb binasına od vurublar.

Virtualaz.org “Rudaw” telekanalına istinadən xəbər verir ki, deyilənə görə, bu məktəbdə oxuyan 12 yaşlı kürd məktəbli qız Təhsil Nazirliyindən gəlmiş məmur tərəfindən zorlanıb.

Bu şayiələr sosial şəbəkələrdə sürətlə yayılıb və bir neçə saatdan sonra qəzəbli kütlə məktəbi mühasirəyə alaraq binaya od vurub.

Qərbi Azərbaycan ostanının siyasi işlər üzrə nazir müavini etiraz edənləri sakitləşdirməyə çalışarkən etiraf edib ki, məmur qanunu pozub və bu məsələ araşdırılacaq.
Azərbaycanlı qanuni oğru Tiflisdə tutuldu Tiflisdə azərbaycanlı qanuni oğru yaxalanıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Daxili İşlər İşlər Nazirliyi yayıb. Nazirlik qanuni oğru ilə bərabər, bir Gürcüstan vətəndaşının da saxlanıldığını bildirib.

Həbs edilən qanuni oğrunun Gəncədən olduğu bildirilsə də, onun adı açıqlanmayıb. Onların həbsinə səbəb Gürcüstan vətəndaşından zorla 2000 dollar tələb etmələri olub.

Qeyd edək ki, bundan öncə Gürcüstan mətbuatı gəncəli qanuni oğrunun Tiflisdə yaxalanması barədə informasiya yaysa da, nazirlik bunu təsdiqləməmişdi.
Gürcüstanda azərbaycanlı borca görə qətlə yetirildiGürcüstanın Saqareco rayonunun Keşalo kəndində azərbaycanlı soyuq silahla qətlə yetirilib.

30 yaşlı Məcid Məmmədovun qətlinə səbəbin borc olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə, M.Məmmədov ona borclu olan şəxsdən pulu ala bilməyib və əvəzində qiymətli əşyalar tələb edib.

Qətli törədən şəxs artıq müəyyən olunub və onun həbsi üçün tədbirlər həyata keçirilir. Faktla bağlı cinayət işi açılıb. (apa)
Ermənistan ordusunun daha 3 hərbçisi fərarilik edibİşğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan ordusunun daha 3 hərbi qulluqçusu fərarilik edib.

“Report”un məlumatına görə, sosial şəbəkələrdə yayılan məlumatda deyilir ki, gənclər işğalçı orduda mövcud problemlər üzündən yaranan dözülməz vəziyyətdən ancaq qaçmaqla canlarını qurtarmaq mümkün olduğunu deyirlər.

Bu günlərdə məlum olub ki, düşmən ordusunun daha 3 hərbçisi - Samvel Hovanesyan, Narek Alaverdyan və Aşot Qukasyan hərbi xidmət yerindən qaçdıqlarına görə barələrində axtarış elan edilib və cinayət işi açılıb. İstintaq və axtarış tədbirləri həyata keçirilir.
Xatırladaq ki, bir neçə gün bundan qabaq daha iki erməni zabitin hərbi hissədən qaçaraq xarici ölkəyə getməsi barədə mətbuatda məlumat yayılmışdı.

Qeyd edək ki, son dövrlər erməni hərbçiləri arasında hərc-mərclik, qarşıdurma sürətlə davam edir. Bir çox hallarda isə erməni əsgərlər arasında zorakılıq, homoseksuallıq hallarının geniş vüsət alması barədə elə erməni mətbuatı özü xəbərlər paylaşır. Bundan əlavə, əsgərlər arasında intihar halları da geniş vüsət alıb. Bu səbəbdən də, Ermənistanda hərbi xidmətdən yayınma halları çoxalıb.
Ata təcavüz edən şəxsi sevgilisi tərk etdiRusiyanın qərbində biabırçı hadisə baş verib.

"Ölkə.Az" xəbər verir ki, Ufa şəhərində kameraları vecinə almayan bir şəxs fermada ata təcavüz edib. Atı zorlayan şəxs sonra siqaret çəkib. Təhlükəsizlik xidmətinin əməkdaşları onun şəxsiyyətini müəyyən ediblər. Saxlanılan şəxsin sevgilisi bərk əsəbləşərək onu təpikləyib.

Rus mətbuatı bildirir ki, şəxsin sevgilisi də olub. Bu hadisədən sonra dəliyə dönən qız sevgilisini tərk edib.
Hazırda istintaq aparılır. Şəxs haqqında cinayət maddəsinin heyvana işgəncə, cinsi hücum ittihamları ilə cinayət işi qaldırılıb.
Evinin tualetində iş yoldaşı ilə arvadını YAXALADI və... - Gizli sevişmənin DƏHŞƏTLİ SONUTürkiyənin paytaxtı Ankarada Sami Uysal adlı şəxs birlikdə işlədiyi Ərhan Kartalı bıçaqlayıb.

Publika.az xəbər verir ki, hadisəyə səbəb S.Uysalın iş yoldaşı ilə arvadının münasibətindən şübhələnməsidir.

O, əvvəlcə iş yoldaşının arvadının telefonuna mesaj göndərdiyini görüb. Mesajları silib, arvadı ilə mübahisə edəndən sonra telefonu sındırıb. Sonra isə arvadına başqa nömrə alıb. Ancaq Ə.Kartal bu nömrədən də S.Uysalın həyat yoldaşına zəng edib danışıb. O, iş yoldaşı ilə dalaşıb, arvadına zəng etməməsi üçün xəbərdarlıq edib. Lakin bir müddət sonra o, gecə növbəsinə gedəndə Ə.Kartalı işdə görməyib və şübhələnib. Evinə qayıdan Sami Uysal iş yoldaşını evinin tualetində tapıb. Mətbəxdən götürdüyü bıçaqla onu yaralayıb. Xəstəxanaya aparılsa da, o yolda ölüb.

Ə.Kartalın vəkili S.Uysalın bu cinayəti əvvəldən planlaşdırdığını deyib. O, bunu S.Uysalın arvadı ilə iş yoldaşı arasındakı münasibəti əvvəldən bilməsi ilə əsaslandırıb. S.Uysal isə Ə.Kartalın ona hücum etdiyin və uşaqlarını qorumaq üçün bıçaqladığını deyib. Hadisədən peşmanlığını dilə gətirib.
Məhkəmə S.Uysala verilən 12 illik həbs cəzasını əvvəl 5 ilə endirib, daha sonra isə onu azadlğa buraxıb.
Daha bir erməni əsgəri öldüErmənistan ordusunun hərbçisi qəzada ölüb.

Axar.az erməni mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı Gevorq Xanamiryanın idarə etdiyi 34 UN 427 nömrəli UAZ markalı avtomobil yoldan çıxaraq aşıb.

Hadisə Aqarakadzor-Qnişik yolunda baş verib. Qəza nəticəsində ağır yaralanan sürücü xəstəxanada ölüb.

Avtomobildə olan 21 yaşlı sərnişin isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Ordu irəliləyir, əhali üsyan edir - Bərzanini DEVİRƏCƏKLƏR - FOTO Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzanini devirə bilərlər.

Publika.az xəbər verir ki, Bərzani rejiminin işğal etdiyi əraziləri azad etmək əməliyyatına başlayan İraq ordusu və Haşdi Şabi qüvvələri artıq Türkiyənin sərhədinə doğru yaxınlaşır. Kərkükün ardınca Altınkörpü və Kuştəpəni peşmərgədən alan İraq ordusu Mosul sərhədi yaxınlığındakı Zahoya doğru irəliləyir. Bağdadın Mosul sərhədinin qərb kəsimini peşmərgə və PKK-dan aldığı deyilir. Hədəf Türkiyə sərhədinə çıxış əldə ediləcək Ovaköy yolunu təmizləməkdir.

İraq ordusundakı mənbə Türkiyənin Habur sərhəd keçid məntəqəsinin açıldığı bölgənin tamamilə peşmərgədən təmizləyəcəklərini və Zaho bölgəninə çatmağa çox yaxın olduqlarını deyib.

Hazırda Ərbillə Kərkük arasındakı bütün yollar kəsilib. Taktakın da Bərzanidən alınması ilə Süleymaniyə-Kərkük xətti də tamamilə bağlanıb. Son məlumatlara görə, Kuştepedən geri çəkilən peşmərgə Səddam Hüseyn dövründən qalma körpüləri yandırıb. Partladılan körpülərdən biri də Kərkük ilə Ərbil arasında quru yolu təmin edən Hindistan körpüsüdür. Körpüləri partlatmaqda məqsəd İraq ordusunun Ərbilə yolunun kəsilməsidir.

Tələbaninin partiyası olan Kürdüstan Yurdsevərlər Birliyi Bərzaniyə qarşı çox sərt açıqlamalar verir.

Bu yaxınlarda vəfat edən Cəlal Tələbaninin oğlu Bafel Tələbani “Biz İraq hökuməti ilə razılaşdıq. Bərzani hansı güclərlə necə razılaşdığını açıqlamalıdır” deyə bildirib.

C.Tələbaninin qardaşı oğlu Lahor Tələbani isə Bərzaninin neft oğrusu adlandırıb.

“Bərzaninin əgər qüruru varsa, istefa verməlidir. Kürd övladları onun ehtirası üçün ölmək məcburiyyətində deyil”, - deyə o bildirib.

Kərkükün ardınca əhəmiyyətli neft sahələri olan Taktak, Zummur, Batme və Ayn Zaleyi də itirən Bərzani cəbhədə böyük məğlubiyyət yaşayır.

İraq ordusunun Ərbilə girəcəyindən qorxan kürd xalqı isə baş verənlərə görə Məsud Bərzanini ittiham edir. Ərbildəki təşvişin ən vacib səbəbinin isə “çevriliş ehtimalı” olduğu deyilir. Şəhərdə üsyanın başlaya biləcəyi qorxusu var. Məlumatlara görə, hazırkı vəziyyəti görən əhali keçirilən referendumdan peşman olub. Peşmərgə güclərinin də içində Bərzaniyə qarşı çıxanların olduğu deyilir. Kürdlər “referendum keçirilməsəydi nə Kərkükü, nə də neft qaynaqlarını itirərdik. Bütün günah Bərzanidədir. Və o, dərhal istefa etməlidir”, - deyə etiraz edirlər.
Əsgər Qraç Avetisyanı da erməni öldürübÖtən həftə Qarabağdakı erməni işğalçı birləşmələrinin iki hərbçisinin güllələnməsi haqda yeni təfərrüatlar məlum olub. virtualaz.org “Kavkazskiy uzel” portalına istinadən xəbər verir ki, oktyabrın 20-də güllələnən Aram Xaçatryan və Qraç Avetisyan adlı əsgərlərin hər ikisinin öz xidmət yoldaşları tərəfindən vurulduğu məlum olub. Bundan əvvəl Ermənistan İstintaq Komitəsi Aram Xaçatryanı vuran kiçik serjantın həbs olunduğunu açıqlamışdı.

Məlumata görə Xaçatryan kürəyindən güllə yarası alıb, hospitala aparılarkən yolda keçinib. Digər əsgər Qraç Avetisyan isə ona təhkim edilmiş avtomatla vurulub. Müstəntiqlər bildiriblər ki, onu vuran xidmət yoldaşıdır. Həminəsgər Xankəndi hospitalına aparılarkən yolda keçinib. Məlumata görə əsgərlərin güllələnməsinə səbəb onların bir neçə gün əvvəl hərbi hissədə digər əsgərlərlə dalaşması və onları döyməsidir. Qraç Avetisyanı vuran əsgərin də artıq saxlanıldığı bildirilir. O, çağırışçı əsgərdir. Qeyd edək ki, Qarabağdakı erməni hərbi birləşmələrində tez-tez əsgərlər arasında silahdan da istifadə olunmaqla qarşıdurmalar baş verir.