Rusiyada qəzet əməkdaşlarını silahlandırırRusiyanın "Novaya Gazeta" mətbuatı əməkdaşlarını silahlandırmağa hazırlaşır.
"Ölkə.Az" xəbər verir ki, küçələrdəki qanunsuzluq və hüquq-mühafizə orqanlarının intizamsızlığı bu qərarın qəbul edilməsinə səbəb olub.

Qəzetin baş redaktoru Dmitriy Muratov jurnalistlər üçün pnevmatik tapançalar alınacağını bildirib. Baş redaktor jurnalistlərə silahdan istifadə qaydasının öyrədiləcəyini də qeyd edib. Bunun üçün isə Rusiyanın daxili işlər nazirliyi ilə razılaşacaqlarını bildirib.
Dmitrinin müavini Sergey Sokolov isə "dövlət bizi qoruya bilmirsə, biz özümüzü qoruyarıq"-deyib.
Ded Xasanın yeri uğrunda savaş başlayır: erməni-kürd ittifaqıRus mafiyasının rəhbəri vəzifəsinə yeni namizədlər peyda olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Rosbalt” yayıb. Agentlik hazırkı lider Zaxariya Kalaşovun (Şakro Molodoy) yerinə əsas namizədlərin erməni əsilli qanuni oğru Eduard Asatryan (Edik Osetrina) və Dmitri Çanturiya (Miron) olduğunu bildirib. Məhz bu iki qanuni oğrunun iddiaları Kalaşovun həbsdən çıxmaq ümidinin azalmasından sonra daha da güclənib:

“İki barışmaz düşmənlər özlərini Aslan Usoyanın (Ded Xasan) varisləri elan etmək üçün səylərini artırıblar. Onlar artıq biznesmenlərdən öz hesablarına haqq verilməsini tələb ediblər. Qeyd etmək lazımdır ki, bu, Asatryan və Çanturiyanın mafiyanın başına keçmək üçün ilk cəhdləri deyil”.

“Rosbalt” Asatryanın artıq Moskvaya döndüyünü bildirib. İlk vaxtlar xüsusi xidmət orqanlarından ehtiyatlanaraq Asatryan aktiv fəaliyyət göstərməyib. Belə ki, bu aktivlik ya onun həbsə, ya da hansısa başqa ölkəyə, xüsusilə də Türkiyəyə immiqrasiyası ilə nəticələnə bilərdi. Artıq Asatryanın iki yaxın tərəfdarı ölkədən bu üsulla çıxarılıb. Bunlar Oleq Mixaelyan (Oleq Aşqabadski) və David Gerlianidir (Dato Svan). Hər iki qanuni oğru hazırda Kiprdədirlər və Rusiyaya dönməyə belə cəhd etmirlər.

Edikin Moskvaya dönüşü əslində Moskvadakı güclü qanuni oğruların çoxunda xüsusi rəğbət hissi yaratmayıb. Ona əvvəllərdə qanuni oğrular soyuq yanaşırdılar. Buna isə xüsusilə Asatryanın oğlu, qanuni oğru Sergey Bentlinin bir müddət əvvəl onu qıcıqlandıran mafiozları ortadan xüsusi xidmət orqanlarının yardımı ilə qaldıracağını deməsi olub.

Asatryan uzun müddət Ded Xasanın yaxın adamlarından sayılıb. 2012-ci ildə isə onlar arasında maliyyə məsələsi ilə bağlı fikir ayrılığı yaranıb. 2013-cü ildə Ded Xasanın öldürülməsindən sonra mafiyanın əsas aktivlərini yaxşı bilən Asatryan bunları öz tabeliyinə keçirib, mafiya lideri olmaq istəyib. O zaman bu vəzifəyə əsas namizədlərdən biri də Usoyanın qohumu Dmitri Çanturiya sayılırdı. Asatryanın kriminal aləmdə təsiri, Mironun isə ciddi maliyyə imkanları vardı. Lakin hər iki tərəf bu mübarizədə uduzdu. 2013-cü ildə hər iki qanuni oğrunun tərəfdarlarının görüşündə Mironun adamları Asatryan və oğlunu döydülər. Bundan sonra hakimiyyətə gələn Zaxariya Kalaşov Mironu müəyyən müddətlik taxt iddialarından əl çəkməyə razı sala bildi. Asatryana gəldikdə isə Kalaşov onun heç vaxt sevməyib.

Artıq Asatryan və Miron üçün yeni şans yaranıb. Birincinin təcrübəsi, ikincinin isə maliyyə imkanları rus mafiyasında liderliyi ələ keçirməyə imkan yaradıb.

Asatryan həmçinin ölkədəki böyük biznesmenlərlə də görüşlərə başlayıb. Maraqlı məqam odur ki, Asatryan görüş üçün özünə “Karetnıy dvor” restoranını seçib. Məhz bu restoran Ded Xasanın qərargahı və öldürüldüyü yer hesab olunur.
Türkiyədə TÜMMED qurulduQısa adı TÜMMED olan Bütün Media Mənsubları Dərnəyi Türkiyədə 21 oktyabr tarixində Jurnalistlər Bayramında qurulub.

Birliyin məqsədi dərnək, qəzet, jurnal, radio, televiziya, xəbər agentlikləri və internet sahəsində çalışan, işlədilən, yazı yazan, araşdırma edən jurnalistləri, jurnalistika sahəsində çalışanlarıı bir araya toplamaq, sosial, mədəni, peşə və hüquqi haqlarını, qoruyaraq inkişaf etdirməkdir. Bundan əlavə, mətbuata xidmət edən bölmələr; oxucu, tamaşaçı, dinləyicilər, şərhçilər və xalqın mediadan tələb və istəklərinin doğru qarşılanmasında körpü vəzifəsini həyata keçirməkdir.

Bütün KİV üzvləri dərnəyinin məqsədləri aşağıdakılardır:

1. KİV və jurnalistlərin keyfiyyət standartlarını artırmaq
2. Mətbuat azadlığının sərhədlərini genişləndirmək və mediadakı müxtəlifliyi müdafiə etmək
3. Media ilə bağlı texnoloji inkişafları anlamaq və səmərəli istifadə etmək

Bütün Media üzvləri nə edəcək?

Dərnək quruluş məqsədinə uyğun fəaliyyətlər icra edə bilmək məqsədiylə müxtəlif işçi qrupları meydana gətirməyi planlaşdırır. Bu qruplardan bəziləri: Peşə İçi Təhsil Qrupu, mediada işləmək istəyən gənclərə yol göstərəcək olan Peşə Öncesi Təhsil Qrupu, medianın ələ aldığı mövzuları mübahisə və bu mövzularda prinsiplər təklif edən Media-Etik Qrupu, mediada müxtəliflik və fikir azadlığını müdafiə edən Mətbuat Azadlığı Qrupu, texnoloji inkişafların mediadakı təsirlərini təqib edən, yeni iş modellərini araşdıran və təklif edən Texnologiya Qrupu və mediayla əlaqədar problemləri müzakirə və hər cür akademik yerlərinə mühit təmin edən yayım Qrupu.
Mediada keyfiyyət standartlarını artırmağı hədəfləyən Bütün Media Mənsubları Dərnəyi, bütün media işçilərinin və təşkilatlarının fəaliyyətlərini gözləməkdədir.
Ermənilər cəbhədən qaçır - İrəvan təlaşdaErməni deputat Sergey Baqratyan parlamentdə etdiyi çıxışında Ermənistanda real əhali sayı ilə rəsmi əhali sayı arasında fərqin səbəbini açıb.

İstiPress-in «Armenianreport»a istinadən verdiyi məlumata görə, “Sarkuyan” blokunun üzvü olan deputat bildirib ki, adətən valideynlər vətəndaşlıqdan imtina edirlər, amma onların uşaqları əvvəlki kimi Ermənistan vətəndaşı hesab olunurlar.

Erməni deputatın dediyinə görə, ölkəni tərk edənlərin çoxu isə bu barədə ərizə versələr də, vətəndaşlıqdan çıxarılmırlar: “Onlar da, onların uşaqları da Ermənistan vətəndaşı sayılmaqda davam edirlər. Ermənistana gələndə belə adamlar bir sıra məsələlərlə, o cümlədən hərbi xidmətlə bağlı problemlərlə üzləşirlər”,- deyə deputat vurğulayıb.

Beləliklə, "countrymeters.info" kimi BMT-yə məxsus resurslardakı göstəricilərin reallığı əks etdirmədiyi ortaya çıxır. Həmin resursun məlumatına görə, hazırda Ermənistanda təxminən 3 milyon adam yaşayır. Amma müstəqil erməni mənbələri isə respublikada real olaraq 1,4 - 1,9 milyon adam yaşadığını bildirirlər. Yəni 1992-ci illə müqayisədə ölkə əhalisinin sayı 2 dəfədən çox azalıb.

Aydın olur ki, Ermənistan hakimiyyəti bu məsələdə vətəndaşların məlumatsızlığından istifadə edirlər. Beynəlxalq praktikaya görə, sakinin ölkə vətəndaşlığından çıxması üçün yalnız ərizə yazmaq yetərli deyil.

Hüquqşünas Ələsgər Əhmədoğlu İstiPress-ə müsahibəsində bildirib ki, o, həm də başqa ölkə vətəndaşlığını qazanması barədə sənədi də təqdim etməlidir: “Ölkəni tərk edən vətəndaş ən azından xarici ölkə vətəndaşlığına ilkin hüquq qazanması barədə sənəd təqdim etməlidir ki, o, ölkə vətəndaşlığından çıxarılsın. Beynəlxalq hüquq bunu tələb edir. Əks halda, o, əvvəlki ölkənin vətəndaşı sayılır”.

Ələsgər Əhmədoğlunun sözlərinə görə, bəzən müvafiq məlumat başqa ölkənin hüquq-mühafizə orqanları tərəfindən verilə bilər: “Yəni vətəndaşlığı vermiş ölkənin hüquq-mühafizə orqanları digər ölkəninmüvafiq qurumlarına məlumat verir ki, bəs, sizin bu şəxsə verdiyiniz pasportu ləğv edin. Onda ilkin ölkə vətəndaşa qarşı cinayət işi qaldıra bilər”.

Rusiya rəsmi dairələrinin məlumatına görə, bu ölkədə 3 milyona yaxın erməni yaşayır, erməni diaspor təşkilatlarının məlumatına görə isə Rusiyada təxminən 2,5 milyon erməni məskunlaşıb. Həmin ermənlərdən 600 mini əmək miqrantı kimi qeydiyyatdan keçir, ən azı 1,9 milyon erməninin Rusiya vətəndaşı olduğu ortaya çıxır. 1989-cu ildə Rusiyada 530 min erməni yaşayıb, beləliklə, müstəqillik illərində 1 milyondan çox erməninin Rusiya vətəndaşlığına keçdiyi aydın olur.

Ermənistanın məktəb buraxılışları üzrə göstəricilərini tutuşdurduqda isə, hər il 5-10 min yeniyetmənin əsgər getməmək üçün ölkəni tərk etdiyi aydın olur. Məsələn, "Sputnik Armeniya" portalının yazdığına görə, 2017-ci ildə tam orta məktəbi (12-ci sinfi) bitirənlərin sayı 20 min nəfər olub, halbuki, natamam orta məktəbi (9-cu sinfi) bitirənlərin sayı 30 minə çatıb. Göründüyü kimi, valideynlər uşaqlarını əsgərlik yaşına yaxınlaşan zaman, yəni 14-15 yaşlarında ölkədən çıxarırlar.

Nəticədə, Ermənistanın rəsmi qurumları hər il maksimum 10 minə yaxın yeniyetməni əsgərliyə aparmağa nail olurlar. Ermənistanda rəsmi bəyan edilmiş 60 minlik ordunun əsgərlə təmini üçün hər il ən azı 25 min yeniyetmə lazımdır. Buna görə, Ermənistanın yalnız Qarabağdakı 20 minlik qoşununu əsgərlə təmin etdyi ortaya çıxır. Ermənistandakı hərbi hissələrdə yəqin ki, sıravi heyət çatışmır. Rusiya ilə 1937-ci ilə qədərki SSRİ-yə xas olan birləşmiş ordunun yaradılması da məhz bununla bağlı ola bilər.

"Sputnik Armeniya"nın yazdığına görə, Ermənistan parlamentində tələbələrə və digər imtiyazlı şəxslərə möhlət hüququnun aradan qaldırılması ilə bağlı bu günlərdə gedən müzakirələr də bununla bağlıdır. Müzakirələr zamanı deputatlar bir-birlərini Ermənistan ordusunda xidmət etməməkdə və s.-də günahlandırırlar.

Əslində isə, onlar Ermənistanın və ordusunun bu günə düşməsinin əsas səbəbini - Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi faktını unudurlar. Sirr deyil ki, erməni yeniyetmələr müharibədən qorxaraq ölkədən qaçırlar. Bu qorxunu aradan qaldırmaq üçün müharibəyə səbəb verən əsas amil - işğal faktı aradan qalxmalıdır və Ermənistan ordusu Azərbaycan torpaqlarını tərk etməlidir. Əks halda, qiyamətə qədər olsa belə, müharibə qorxusu Ermənistanı tərk edilmiş ölü zonaya çevirən əsas səbəb olacaq.
Rza Zərrab işində ŞOK DETAL: gizli danışıqlar ortaya çıxdı ABŞ Türkiyəyə nota göndərərək həbs edilən baş konsulluğun nümayəndəsi Metin Topuzun mobil telefonunun geri verilməsini istəyib.

Publika.az xəbər verir ki, lakin mobil telefon Ali Məhkəmənin təlimatı ilə İstanbul Polis İdarəsinə aparılıb və şifrəsi qırılıb. Mobil telefondan çıxan vatsap qeydlərində “Rza Zərrab” adlı qrup yazışması ortaya çıxıb.

Metin Topuz bu qrupu yaratmaqla adı qeyd edilməyən ABŞ diplomatına azərbaycanlı iş adamı Rza Zərrabın həbs edilməsi ilə bağlı qəzet xəbərlərini göndərib. Danışıq 22 mart 2016-cı il tarixində həyata keçib. İngilis dilində aparılan danışıqlarda Rza Zərrab haqqında bütün bilgilər paylaşılıb.

Publika.az həmin yazışmanı təqdim edir:

- Metin Topuz: “Hürriyyət” qəzetinə görə, Rza Zərrab Mayamidə həbs edilib. İttiham: Amerikanın İrana tətbiq etdiyi iqtisadi embarqoya zərbə, bank fırıldaqçılığı, pul yumaq. Türkiyədə olan şirkətləri də araşdırmaya verilib. Ümid edirəm, Barak Obama hakimi təqsirləndirməz.

- ABŞ konsulluğunun nümayəndəsi diplomat K.: Vao Zərrab. FTB-mi, ya DEA dosyesimi? Söylədilərmi?

- M.T.: FTB…

- K.:Adamım. Böyük zərbə…

- M.T.: FTB-yə Türkiyədə şans diləyirəm. Türkiyədəki şirkətləri haqqında bilgi almağa çalışacaqlar.

- K.: Hahahahaha. Siyasi əlaqələri səbəbilə əyləncəli olmayacağına əminəm. Hətta orada daha yaxşı şanslar.

- M.T.: O, iranlı. Çox yaxında danışmağa başlayacaq.

- K.: İnşallah.
TADDEF’TEN REKTÖR ALMA’YA ZİYARETTürkiye Azerbaycan Dostluk Dernekleri Federasyonu (TADDEF) Genel Başkan yardımcısı ve Iğdır Azerbaycan Evi Derneği başkanı Serdar Ünsal, yönetim kurulu üyeleri, Nazım Karadağ, Şeref Iğdır, Ziya Zakir Acar, Ataman Toksöz ve Ali Şıktaş, Iğdır Üniversitesi Rektörü Prof. Dr. Mehmet Hakkı Alma‘yı ziyaret ederek, teşekkür belgesi ve Türkiye Azerbaycan bayrağı verdi.

Prof. Dr. Mehmet Hakkı Alma ‘yı makamında ziyaret eden dernek yöneticileri, Serdar Ünsal , Nazım Karadağ, Şeref Iğdır, Ziya Zakir Acar, Ataman Toksöz ve Ali Şıktaş, sohbet ederek dernek çalışmaları hakkında bilgi verdiler.

Dernek başkanı Serdar Ünsal,derneğin faaliyetini ve kuruluş amacını anlatarak sivil toplum örgütü olarak her alanda Türkiye ve Azerbaycan’ın sesi olmaya iki ülkenin menfaatleri için mücadele etmeye çalışıyoruz. Amacımız Türkiye Azerbaycan ilişkilerine katkı sağlamaktır. Bunu da gerçekleştirmek için bu derneği kurduk çok değerli üyelerimiz vardır. Hepsi Türkiye ve Azerbaycan sevdalısıdır. Iğdır gibi üç ülkeye sınır bir yerde Ermenilerin her fırsatta Türk düşmanlığı yaptığı bir ortamda Azerbaycan'ın ve Türkiye kardeşliğinin sesi olmayı planlıyoruz Özellikle her fırsatta Türk düşmanlığı yapan Türkiye ve Azerbaycan’ı zorda bırakmayı amaçlayan Ermeni diasporasına karşı mücadele ediyor onların gerçek yüzlerini kamuoyu oluşturarak dünyaya basın yayın aracı ile duyurmaya çalışıyoruz. Çeşitli toplantılarla Ermenilerin gerçek yüzlerini anlatıyoruz.”dedi.

Ünsal, “Ermenilerin her alanda Türk Milletinin başına bela olduğunu belirterek, Ermenistan’da bulunan Medzomor nükleer santralının tehlike saçtığını Iğdır’da kanser vakalarının arttığını bu santralin bir an önce kapatılması gerektiği hususunu vurguladı.
TADDEF’TEN REKTÖR ALMA’YA ZİYARET
Ziyaretten dolayı memnun olduğunu belirten Prof. Dr. Mehmet Hakkı Alma, dernek üyelerine teşekkürlerini sundu.

Prof. Dr. Mehmet Hakkı Alma,”Çalışmalarınızı yakından takip ediyorum. Toplum yararına çalışan derneklerin her zaman yanında oldum. Sizlerde Türkiye Azerbaycan kardeşliği yararına çalışmalar yapıyor. Milli konulara duyarlılık gösteriyorsunuz. Ermenilerin gerçek yüzünü topluma ,dünyaya anlatmak lazım. Çalışmalarınızda başarılar dilerim” dedi.

Prof. Dr. Mehmet Hakkı Alma ,”sivil toplum örgütlerinin demokrasinin vazgeçilmez unsurları olduğunu bu tür derneklerin her alanda söz sahibi olarak vatana hizmet etmeleri gerektiğini vurgulayarak Iğdır’ın güzel bir il olduğunu Bu güzelliğin kıymetinin bilinmesi gerektiğini, Iğdır’da birlik ve beraberliğin içinde olarak Iğdır’ı güzelleştirmek gerektiğini belirterek dernek yönetimine başarılar diledi.
İsrail İrana müharibə elan edəcək“ABŞ prezidenti Donald Trampın rəhbərliyi altında beynəlxalq cəhdlər İranın nüvə bombası əldə etməsinin qarşısını ala bilməzsə, İsrail özü hərbi müdaxilə seçimindən istifadə edəcək”.

Publika.az xəbər verir ki, bu barədə MOSSAD-ın rəhbəri İsrael Katz deyib.

İranla “Altılıq” ölkələrinin imzaladığı nüvə anlaşmasını xatırladan Katz qeyd edib ki, Tehranın heç vaxt nüvə bombası əldə etməməsini təmin edəcək dəyişikliklər oluna bilər.

Qeyd edək ki, İsrail daha öncə ABŞ-dan icazə almadan hərbi həmlələr edib. 1981-ci ildə İraqı, 2007-ci ildə isə Suriyanı vuran İsrailin İrana hücum etməsi təhlükəli addımdır.
Qətlə yetirilən biznesmen Azərbaycana gətirilməyəcəkRusiyanın Saratov vilayətində öldürülən iş adamı Ceyhun Cəfərovun yaxınları onu Azərbaycanda dəfn etməmək qərarına gəliblər.

Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyatının Saratov üzrə nümayəndəliyinin rəhbəri Vladimir Muradov söyləyib. Onun sözlərinə görə, Cəfərovun yaxınları onu Saratovdakı müsəlman qəbiristanlığında torpağa tapşırmaq istəyir.

Qeyd edək ki, Ceyhun Cəfərov dünən evinin yaxınlığında öldürülüb. Onun kim tərəfindən öldürüldüyü hələ də bilinmir. Saratovda məşhur olan biznesmen tikinti şirkətinin sahibi olub.
Ermənilər xalq artistini əsir götürüb Moskvada erməni mafiyası tərəfindən SSRİ xalq artisti Armen Ciqarxanyan əsir saxlanılıb.

Mafia üzvləri Xalq artistinə məxsus olan əmlakı və teatr binasını isə ələ keçirməyə çalışıblar.

Bu barədə Rusiyanın “360” telekanalı xəbər verib ki, xəstə və halsız olan Armen Ciqarxanyanın kabineti bir qrup erməni tərəfindən reyder hücumu ilə ələ keçirməyə çalışıb.

Hücum nəticəsində mühasibatlıq tam ələ keçirilib. Teatrın mətbuat katibinin verdiyi məlumata görə, binada naməlum adamlar gəzir. Həmin şəxslər aktyoru hədələdikdən sonra binanı tərk edib.

Xatırladaq ki, SSRİ xalq artisti vəziyyət edərək bütün əmlakını və pullarını öz gənc arvadına verilməsini istəyib.

Mafiyanın əsas məqsədi isə aktyora məxsus evləri və milyonluq var-dövləti ələ keçirməkdir. Kanal bildirir ki, vəsiyyətnamənin orjinal surəti itib.
Rusiya dünyanı dəhşətə gətirən silahını üzə çıxartdıRusiya dünyanı qorxuya salan “Satan-2” termonüvə silahını sınaqlarına başlayıb.

Publika.az xəbər verir ki, “Satan-2” Fransa böyüklüyündə ərazini bir atışla kül etmək gücünə sahibdir. Həmçinin, 10 min kilometr uzaqlıqdakı hədəfi vura bilir.

“Satan-2” ABŞ-ın II Dünya müharibəsinin sonunda Xirosima və naqasakiyə atdığı atom bombasından 2000 dəfə daha güclüdür.
40 meqaton ağırlığında döyüş başlığı daşıya bilən bu silah Fransa böyüklüyündə bir ərazini xəritədən silə bilmək gücünə malikdir.

“Stokholm İnternational Peace Research İnstitute”nin hesabatına görə, Rusiya 2006-cı ildən indiyə qədər hərbi xərclərini iki dəfə artırıb.