Müəlliminin başını kəsib cəsədiylə selfi etdi – Sonra özünü öldürdü – 18+FOTOMoskva Texniki kollecində dəhşətli hadisə baş verib.

Milli.az xəbər verir ki, dərs otaqlarının birində 2 doğranmış meyit tapılıb. Rusiya KİV-ləri onların tələbə və müəllim olduğunu bildirir.

Tələbə ilə müəllim arasında konflikt yaşanıb. Daha sonra gənc müəllimini qətlə yetirərək onun meyiti ilə selfi edib.

Tələbə öldürdüyü müəllimi ilə çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşıb.

Faktla bağlı araşdırma başladılıb.
Müəlliminin başını kəsib cəsədiylə selfi etdi – Sonra özünü öldürdü – 18+FOTO
“Qalatasaray”ın futbolçusundan etiraf: “Özümü kişi kimi hiss etmirəm”“Qalatasaray”ın sabiq futbolçusu Əli Turan homoseksual olduğunu etiraf edərək, 2 illik həyat yoldaşından ayrılıb.

A24.Az xəbər verir ki, futbolçu artıq özünü kişi kimi hiss etmədiyini deyib.

“Qalatasaray”dan “Antalyaspor”a transfer olunan Əli Turan, bir müddət müğənni Deniz Seki ilə münasibətdə olub. Daha sonra Deniz Sekidən ayrılıb və Rana Altuntaşla 1,5 illik münasibətin ardından evlənib.

Çütlük son zamanlar mübahisələrə başlayıb. Futbolçu həyat yoldaşına özünü kişi kimi hiss etmədiyini deməyə məcbur olub. Eşitdiklərindən dəhşətə gələn Altuntaş, boşanmaq üçün ərizə verib. Hakimə ərinin gey olduğunu etiraf etdiyini, bununla bağlı arayış təqdim etməsini istədiyini bildirib. Hakim qadının bu tələbini rədd edib və çütlüyü yola gedə bilmədikləri üçün boşayıb.
"Bakı-Tbilisi-Qars dəmir yol xəttinin açılışı prezidentin yüksək diplomatiyasının nəticəsidir"Cənab Prezident böyük əzmlə, hər kəsin sadəcə xəyal eydiyi və reallaşmasına xəyal olaraq baxılan bu layihənin inşasına nail oldu. Təbiiki Bakı-Tbilisi-Qars dəmir yol xəttinin çəkilməsində məqsəd xalqımızın maraqlarının qorunması məsələsi idi və cənab Prezident bunu uğurla gerçəkləşdirdi..

Bunu mətbuata açıqlamasında, siyasi ekspert, politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yol xəttinin açılışı Ölkəmiz, Dövlətimiz və xalqımız üçün çox-çox xeyirli və uğurlu bir addım oldu. Bakı-Tbilisi-Qars dəmir yol xətti üç ölkəni bir araya gətirməklə, bölgədə yaşayan insanlar üçün çox rahat və əvəzsiz minik vasitəsi olacaq. Bu layihə 3 ölkə arasında iqtisadiyyatda monolitliyə xidmət edəcək. Təbii ki, bu hal özlüyündə xalqımız və Dövlətimiz üçün uğur deməkdir. Həm sərnişin daşımada, həm yükdaşımada bu dəmir yol xəttinin özünəməxsus və əvəzsiz xidməti olacaq ki, təbiiki sözügedən bu üç ölkənin iqtisadi sahələrinə böyük töhvə verəcək. Xüsusən Azərbaycan üçün inkişafın davamlılığını və artımını təmin etmək üçün atılan çox uğurlu addımlardan biridir və iqtisadiyyatımızın bir çox sferalarına çox yüksək təsir göstərəcək.

Dövlətimizin Başçısı cənab İlham Əliyevin apardığı siyasət də məhz elə bundan ibarətdir ki, möhtərəm cənab Prezidentin yüksək diplomatik və uzaqgörən siyasəti sayəsində bu dəmir yol xəttinin inşası mövcudlaşdı. Bu layihənin icrasından və Bakı-Tbilisi-Qars dəmir yol xəttindən ən çox yararlanan təbiiki xalqımız olacaq. Bu möhtəşəm layihənin inşasına nail olmaqla, Dövlətimizin Başçısı Azərbaycan tarixində mühüm və strateji önəmi olan bir uğura imza atdı. Bakı-Tbilisi-Qars dəmir yol xəttinin açılışı yeni bir tarixin başlanğıcı və uğurlarımızın yüksələn xəttlə davam etməsinin bariz görüntüsüdür! Möhtərəm cənab Prezident üç ölkəni əbədiyyən birləşdirən bu möhtəşəm layihəni həyata keçirtməklə ölkəmiz və xalqımız üçün misilsiz bir xidmət göstərmiş oldu. Bu layihənin açılışı tariximizə Qızıl hərflərlə daxil oldu. Həm Azərbaycanda, həm Türkiyədə hər kəs bu layihənin açılışını sevinclə, aıqışla qarşıladı.

Cənab İlham Əliyev bu dəmir yol xəttinin inşası və açılışı ilə Türkiyə-Azərbaycan qardaşlığını daha möhkəm köklərə bağlamış oldu. Hər iki ölkə xalqının sevincinə nail olmaq ölkələrimiz üçün elə tarixin ən böyük zəfəridir. Dövlətimizin başçısı məhz bu zəfərə imza atdı. Hər zaman mükəmməl addımlar atan cənab İlham Əliyev tariximizin ən dərin səlnamələrini yaratmaqda və əbədiləşdirməkdədir. Eləcə də bu dəmir yol xəttinin açılışı Azərbaycan üçün, ölkəmiz və xalqımız üçün yüksək miqyasda uğur gətirəcək. Bu baxımdan bu layihə tariximizin yeni mərhələsinin zəfəridir.
Aqil Acalov: ”BTC yolundan Gürcüstanda yaşayan soydaşlarımız bəhrələnəcəklər”Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışı cənubi Qafqaz məkanında yeni imkanlara yol açacaq.

Azərbaycan Alpaqut Federasiyasının prezidenti,tanınmış ictimai fəal Aqil Acalov BTC dəmiryolunun açılışına münasibət bildirib.

“Dünən böyük tarixi hadisəyə şahidlik etdik. Dünyanın diqqəti Azərbaycanda idi. Cənab prezident İlham Əliyevin açılış mərasimində bildirdiyi kimi, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir”.

A.Acalov eyni zamanda, bunun Türk dünyasının siyasi, iqtisadi və sosial, mədəni inteqrasiyasını sürətləndirəcəyini söyləyib:

“Dəmir yolu xətti Mərkəzi Asiya türk dövlətlərində də iqtisadi vəziyyətə müsbət təsir göstərəcək.
Həmçinin, Gürcüstanda yaşayan soydaşlarımız bundan bəhrələnəcəklər. Regionda yeni iqtisadi ab-hava yaranacaq”.
Ermənistan ordusunun daha iki əsgəri hərbi hissədən qaçdıİşğal olunmuş Ağdərə yaşayış məntəqəsində yerləşən hərbi hissədə xidmət edən Ermənistan ordusunun hərbi qulluqçuları Henrik Qazaryan və Atabek Mkrtçyan məruz qaldıqları təhqirlərə dözməyərək xidmət yerlərindən qaçıblar.

Virtualaz.org bildirir ki, məlumatın ictimaiyyətdən gizlədilməsi məqsədilə hərbi hissə komandiri dərhal bu əsgərlərin və onların valideynlərinin saxlanılaraq hərbi hissəyə gətirilməsinə göstəriş verib.

Özbaşınalıq səbəbindən xidmət yerini tərk edən və tutularaq zorla xidmət yerinə gətirilən hərbi qulluqçuların valideynləri də hərbi hissəyə dəvət ediliblər.

Komandanlıq hərbi hissədə baş verənlər haqqında valideynlərin şikayət etməyəcəyi təqdirdə, əsgərlərə cinayət işinin açılmayacağına razılıq verib.
Putinə sui-qəsddə suçlanan çeçenin arvadı güllələnib Rusiya hakimiyyətinin prezident Vladimir Putin-ə sui-qəsd cəhdində təqsirləndirdiyi çeçenin arvadı Kiyev yaxınlığında pusquda öldürülüb.

Adam Osmayev deyir ki, həyat yoldaşı Amina Okuyeva ilə birlikdə oktyabrın 30-da Ukrayna paytaxtının kənarında avtomobildə gedirmişlər, bir maşın onların arxasınca düşüb.

RUSİYAYA İTTİHAM

Maşına atəş açılıb və güllə Okuyeva-nın başından dəyib, Osmayev Ukraynanın lb.ua portalına danışıb.

Hücumda yaralanmış Osmayev düşünür ki, məqsəd onların ikisini də öldürmək olub. O, Rusiyanı hücumun arxasında durmaqda ittiham edib.

Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Herashchenko daha öncə bildirmişdi ki, çeçenlərin olduğu maşın dəmiryol xəttini keçəndə gülləboran edilib, Okuyeva ölüb, həyat yoldaşı yaralanıb.

Hromadske televiziyası Ukrayna polisin hücumu təsdiqlədiyini bildirib.

Daxili İşlər Nazirliyinin sözçüsü Yaroslav Trakalo Rusiyanın Interfax-Ukraine xəbər agentliyinə bildirib ki, təhqiqatçılar terror deyil, “planlaşdırılmış qətl” maddəsi üzrə cinayət işi açacaqlar.

Osmayev iyunda Kiyevdə sui-qəsd cəhdindən yayına bilmişdi, o, avtomobilinin içində yaralanmışdı. Həyat yoldaşı cavab atəşi açaraq şübhəli hücumçunu yaralamışdı.


OSMAYEV-İN UKRAYNA TARİXÇƏSİ

Osmayev 2012-ci ilin fevralında Ukraynanın Odessa şəhərində saxlanıb, qanunsuz partlayıcı maddə saxlamaq, şəxsi mülkiyyətə ziyan vurmaq və dələduzluqda ittiham olunub. Sonradan Rusiya hakimiyyətinin xahişiylə ona Putin-ə sui-qəsd cəhdi ittihamı irəli sürüldü.

Avropa İnsan Haqları Məhkəməsi Ukraynaya tövsiyə etdi ki, Osmayev-i Rusiyaya ekstradisiya etməsin. Bundan sonra Kiyev ekstradisiya prosesini ertələdi. 2013-cü ilin sentyabrında Rusiya məhkəməsi ikinci şübhəlini, Ukraynadan təhvil aldığı – Ilya Pyanzin-i 10 illik həbsə məhkum etdi.

Osmayev 2014-cü ilin noyabrında, ilkin ittihamlar üzrə 2,5 il həbs cəzası çəkəndən sonra azadlığa buraxılıb. O, 2015-ci ilin fevralında könüllü Dzhokhar Dudayev batalyonunun komandiri olub və Ukraynanın şərqində rusiyapərəst separatçılarla döyüşüb.

The Irish Times qəzetinə müsahibəsində deyirdi ki, digər çeçenlərlə birlikdə Kiyev tərəfdə döyüşməyə “həm də Ukrayna və Avropa ideyaları olan çeçen ideyası uğrunda savaşdan ötrü” qərar verib.

Ötən həftə Ukraynanın millətçi müxalifət Radikal Partiyasından deputat Ihor Mosiychuk Kiyevdə bomba hücumuna məruz qalıb, iki nəfər ölüb, deputat yaralanıb. Okuyeva onun müşaviri işləyirdi.

azadliq.org
Azərbaycanlılarla svanlar toqquşdu: nazir dərhal... – VİDEOOktyabrın 26-da Gürcüstanın Qardabani rayonunda azərbaycanlılarla svanlar arasında toqquşma olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan İctimai Televiziyası yayıb. Televiziya konfliktin rayon kafelərindən birində başladığını bildirib. Belə ki, dava 2 azərbaycanlı və 10 svan arasında yaşanıb. Bundan bir neçə saat sonra gecə 200 svan küçəyə çıxaraq azərbaycanlıların öz dədə-baba torpaqları olan Qardabanidən çıxarılmasını istəyib.

Konflikt o həddə çatıb ki, işə Gürcüstan Daxili İşlər naziri Georgi Mqebrişvili qarışmalı olub. Təcili Qardabaniyə gələn nazir azərbaycanlılarla görüşüb. Görüş zamanı azərbaycanlılardan biri nazirə iradını bildirib və niyə belə konfliktin yarandığını soruşub. Nazir isə hadisəni törədənlərin provokatorlar olduğunu deyib.

“Bu konflikt ayrı-ayrı insanlar arasında baş verib. İmkan vermək olmaz ki, bundan situasiyanın gərginləşdirilməsi üçün istifadə edilsin. Bu, milli konflikt deyil və ondan Azərbaycan və Gürcüstan xalqlarının düşmənləri istifadə etmək istəyir”.

Qeyd edək ki, Tiflisin 33 kilometrliyində yerləşən 15 minlik Qardabani əhalisinin 90 faizini azərbaycanlılar təşkil edir.
Lotu Quli niyə Türkiyəni seçdi?22 illik fasiləsiz həbsdən sonra azadlığa çıxan Nadir Səlifovun (Lotu Quli) daimi yaşayış üçün Türkiyəni seçməsinin maraqlı detalları üzə çıxıb. Kriminal aləmlə az-çox yaxınlığı olanlar, bu aləmdə baş verənlərdən xəbərdar olanlar bilirlər ki, Türkiyə dövləti “Kabadayı” deyilən kəsimə son dərəcə dözümlüdür. Kriminal dünya üzvlərinə qarşı Türkiyə dövlətinin işinə qarışmayınca hər hansı bir hərəkətə keçilmir. Odur ki, Türkiyə bütün dünyanın kriminal dairələrinin, təqib olunan siyasilərin rahat yerləşmə məkanına çevrilir.

Düzdür, ara-sıra rahatlıq pozulur, qan su yerinə axır və sonradan heç nə olmamış kimi yenə də həyat öz axarına qayıdır. Çeçen əsilli siyasilərin Rusiya xüsusi xidmət orqanları tərəfindən “ovlanması” haqda dünya mətbuatı illər əvvəl yazırdı. Yəni Türkiyə gündəmi üçün belə olaylar yad deyil. Sonuncu dəfə Türkiyədə, Beşiktaşın mərkəzində ciddi qoruma altında olan azərbaycanlı qanuni oğru Rövşən Canıyev öldürüldü. İllər əvvəldən Türkiyədə mənzillənən Rövşən Lənkəranskinin öldürülməsi kriminal dünyanı əməlli silkələmişdi. Türkiyədə buna qədər də belə qətllər, döyülmələr, təqiblər olmuşdu. Sonra da davam edirdi. Elə Rövşən Lənkəranskinin qətlindən bir neçə ay sonra onun yaxın adamı qanuni oğru Rafiq Eyvazovun Türkiyədə döyülməsi də bunu sübut edir. 2013-cü ildə R.Eyvazov Bakıda silahla tutulmuşdu. O zaman yayılan xəbərlərdə deyilirdi ki, R.Eyvazovu “taclandırıb” “içəri” göndərmək planı Lotu Quliyə problem yaratmaq üçün hazırlanıb. Lakin bu plan baş tutmadı, onu Türkiyədə tapıb döyməklə, cəzalandırmaqla məsələni bitirdilər. Lotu Qulinin qardaşı - “qanuni oğru” Namiq Səlifov da bir neçə ildir Türkiyədə yaşayır.

Kriminal dünyanın cənnət məkanı Birləşmiş Ərəb Əmirlikləri hesab edilir. Bir zamanlar “Rövşən Lənkəranski”nin də Dubayda mənzilləndiyi deyilirdi. Sonradan o, Türkiyəyə köçdü və qoruma altında olması onu gülləbaran edilərək öldürülməkdən sığortalamadı. Maraqlı məlumatlardan biri də budur ki, BƏƏ-də bu günə qədər kriminal aləm üzvlərindən kimsə öldürülməyib.

Lotu Quli hazırda İstanbulda təbrikləri qəbul edir. Rusiya mətbuatı yazır ki, onun azadlığa çıxması yaxın zamandakriminal dünyada böyük dəyişikliklərə gətirib çıxara bilər. Oğru aləminin yuxarı eşelonunda təmsil olunan ancaq 2 nəfərə indiyə qədər bu qədər “ümidlə” baxılıb. Bunlar Şakro Molodoy və Yaponçik olub.

Lotu Qulinin hər ikisindən üstün cəhəti var - gəncliyi, 45 yaşındadır. Üstəlik, Rövşən Lənkəranskinin qətlindən sonra onun olan bütün sərvət Şakronun və Cvanqveladzenin bütün etirazına baxmayaraq Lotu Qulinin ixtiyarına verilib. Etiraz edən isə ancaq Rövşən Canıyevin yaxın qohumu Zaur Əhmədov olub. O, indi də Quli ilə “müharibə vəziyyətindədir”.

Quli azadlığa çıxdıqdan dərhal sonra Peterburqda onun dostu Elşən Məmmədovun ehtimal edilən qatilləri saxlanılıb. Saxlananlardan biri də Zaurun doğma qardaşı Emin idi. Beləliklə, Zaur “Lotu Quli” ilə mübarizə meydanında təklənmiş durumdadır.

Xatırladaq ki, Lotu Quli 2000-ci ildə Raul və Şirəli Aslanov tərəfindən “taclandırılıb”. O cəzasını Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində çəkib. Gürcüstanda doğulan N.Səlifov sovet vətəndaşı pasportu ilə 1995-ci ildə həbsxanaya düşüb... Sonra Səlifovun cəza müddəti artırılıb. O, üst-üstə 27 il müddətinə azadlıqdan məhrum edilib.

2005-ci ilin yanvarında Nadir Səlifovun kiçik qardaşı Müşfiq Səlifov və onunla birlikdə idmançı Fariz Məmmədov həbs edilib. Müşfiq Səlifov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Kriminal dünyası buna dərhal reaksiya verib. Hüquq-mühafizə orqanlarının rəhbərlərinə M.Səlifov və Məmmədovun təcili azadlığa buraxılması tələbi ilə ultimatum göndərilib. Əks təqdirdə, kriminalitet bütün həbsxana və koloniyalarda qiyam qaldırmaqla hədələyib ki, bu da özünü çox gözlətməyib. 15 fevral 2005-ci ildə 200-dək məhbus 11 saylı Ciddi Rejimli İslah Əmək Koloniyasında qiyam qaldırıb, üçmərtəbəli kazarmanın damına qalxaraq qaniçən adlandırdıqları koloniya rəisi Oqtay Həsənovun istefasını tələb ediblər. Növbəti gecə aksiyalar 13-cü koloniyada başlayıb. Bu dalğanı yaradan məhz Nadir Səlifov idi.

M.Səlifov 7 il həbsdə oturandan sonra 2012-ci ildə azadlığa çıxıb. Hazırda Müşfiq Səlifov Türkiyədə yaşayır və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək bəraət almaq istəyir.

Lotu Quli indiyə qədər 22 il dəmir barmaqlıqlar arasında olub ki, onun da 10 ilini Qobustan qapalı tipli həbsxanasında keçirib. O, daha 5 il də həbsxanada qalmalı idi. N.Səlifovun işinə baxılıb və “qanuni oğru” vaxtından əvvəl azadlığa buraxılıb.

Musavat.com
"“Ermənistan” və “mədəniyyət” sözləri bir-biri ilə ziddiyyət təşkil edir"Sərkisyanın Rusiyaya səfərinin məqsədi Moskvada keçiriləcək Ermənistan mədəniyyəti günlərinin açılışında iştirak etməkdir.

Bu sözləri Axar.az-a Ermənistan Prezidenti Serj Sərkisyanın Moskva səfərini şərh edən analitik Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, mədəniyyət günləri çərçivəsində erməni deputatlarının, parlament sədrinin Moskvaya səfəri anlaşılan olsa da, Ermənistan müdafə nazirinin bu tədbir çərçivəsində Rusiyaya getməsini sağlam məntiqlə izah etmək mümkün deyil:

“Doğrusu, səfər barədə məlumat verən Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyanın bununla nə demək istədiyini anlamaq çox çətindir. Onsuz da “Ermənistan” və “mədəniyyət” sözləri bir-biri ilə ziddiyyət təşkil edir, bura müdafiə naziri də əlavə olunanda bir az çox olur. Ermənistan müdafiə nazirinin mədəniyyət günləri çərçivəsində Moskvaya getməsində bəlkə də Sərkisyan rejiminin mahiyyətini əks etdirən təhtəlşüur bir məqam var. Ermənilər təkcə torpaqlarımıza deyil, mədəniyyətimizə da sahiblənmək istəyirlər. Öz mədəniyyəti, tarixi, dövlətçiliyi olmayan ermənilər Azərbaycan torpaqlarının hesabına özlərinə dövlət yaradıblar. Tariximizi, daşınmaz, daşınar abidələrimizi erməniləşdiriblər, mədəniyyətimizi oğurlayıblar. Azərbaycan mədəniyyətinin qəsb edilməsi Ermənistan üçün həm də hərbi məsələdir. Ermənistan müdafiə nazirinin mədəniyyət günlərində iştirakını yalnız bu kontekstdən dəyərləndirmək olar”.

E.Mirzəbəyli bu arada 2018-ci il martın 1-10-u aralığında Ermənistanda keçiriləcək prezident seçkilərinə də toxunub:

“İşğalçı ölkənin prezidentini bu dəfə parlament seçəcək. Sərkisyanın isə yenidən namizədliyini irəli sürmək hüququ yoxdur. Bu baxımdan da o, nəyin bahasına olursa olsun, baş nazir kürsüsünə yiyələnməyə çalışır. Seçkilərədək onun Moskvanı su yoluna çevirəcəyi zərrə qədər də şübhə doğurmur”.

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan noyabrın 15-də Rusiyaya səfər edəcək. S.Sərkisyan Moskvada Ermənistan mədəniyyət günlərinin açılışında iştirak edəcək. Onunla bərabər Moskvaya parlament sədri, müdafiə naziri və deputatların gəlişi gözlənilir.
Gecə klubunda qıza görə azərbaycanlılar arasında atışma: Yaralılar varRusiyanın Leninqrad vilayətində azərbaycanlılar arasında atışma olub.

Atışma nəticəsində 5 nəfər yaralanıb.

Rusiya Daxili İşlər Nazirliyinin Leninqrad vilayəti üzrə İdarəsinin yaydığı məlumata görə, yaralılar arasında təhlükəsizlik xidmətinin 43 yaşlı əməkdaşı da var.

Gecə klubunda baş verən atışmada yaralananların hamısının azərbaycanlılar olduğu bildirilir.

Atışmaya klubda qıza deyilən qeyri-etik söz səbəb olub.

(Baku.ws)