Koronaya yoluxan türk general öldü
Türkiyə Quru Qoşunlarının keçmiş komandiri, təqaüdçü general Aytaç Yalmanın koronavirusdan vəfat etdiyi məlum olub.

Axar.az xəbər verir ki, bu barədə generalın müalicə aldığı xəstəxanadan bildirilib.

Məlumata görə, A.Yalmanın xanımı da koronavirusa yoluxub və müalicəsi davam etdirilir.

Qeyd edək ki, türk general martın 16-da dünyasını dəyişib.
Ermənistanda tibb bacısı da koronavirusa yoluxdu
İrəvanda İnfeksiya Xəstəlikləri Xəstəxanasının tibb bacısı koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə naziri Arsen Torosyan paylaşıb.

“Yoluxanlardan biri infeksiya xəstəxanasında öz peşə borcunu yerinə yetirən tibb bacısıdır. O, xəstəxanaya yerləşdirilib, səhhəti normaldır, pnevmoniyası yoxdur”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 115 nəfərdir.
İranda hər 10 dəqiqədə bir nəfər koronavirusdan ölür
İranda bir saat ərzində 50 nəfər koronavirusa yoluxur.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur “Twitter” hesabında paylaşıb:

“İranda hər 10 dəqiqədə bir nəfər koronavirusdan ölür. Bir saatda təxminən 50 insan koronavirusa yoluxur”.

Xatırladaq ki, İranda koronavirus fevralın 19-da Qum şəhərində aşkar edilib və oradan bütün ölkə ərazisinə yayılıb.
Türkiyədə koronadan 2-ci ölüm: Xəstə sayı 191-ə çatdı
Türkiyədə koronavirusdan (Kovid-19) ikinci ölüm faktı qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca jurnalistlərə açıqlamasında deyib.

Nazir həyatını itirən xəstənin 61 yaşlı kişi olduğunu bildirib:

“93 virusa yeni yoluxma halı qeydə alınıb. Bununla da ümumi xəstələrin sayı 191-ə çatıb. Təhlükənin qarşısını birlikdə alaq!”
Azərbaycan 171 vətəndaşını Rusiyadan da təxliyə etdi
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Rusiyadan Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 18-də üç çarter reysi yerinə yetirib.

Axar.az xəbər verir ki, reyslər paytaxt Moskva şəhərinin "Domodedovo" və "Vnukovo" hava limanından həyata keçirilib.

Sonuncu çarter reysi "Airbus A340" tipli təyyarə ilə Moskvanın "Vnukovo" hava limanından yerinə yetirilib və 52 Azərbaycan vətəndaşı Bakıya yola salınıb.

Ümumilikdə isə martın 18-də 171 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib.

AZAL-ın Rusiya nümayəndəliyindən Report-a verilən məlumata görə, çarter reyslər təlabata uyğun olaraq həyata keçiriləcək.

Sabah, martın 19-da isə daha iki aviareysin yerinə yetirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, martın 16-da Azərbaycanın Baş Naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

Telefon danışığı əsnasında koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparılıb.

Hökumət başçılarının qarşılıqlı razılığına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.
İranda koronavirusdan ölənlərin sayı sürətlə artdı
İranda son 24 saatda koronavirusdan 147 nəfər dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bununla da ölkə miqyasında epidemiyadan ölüm faktı 1135-ə çatıb.

İran Səhiyyə nazirinin müavini Əli Rza Rəisi dövlət televiziyasına açıqlamasında virusa yoluxanlarının sayının 17 min 361 olduğunu deyib.

5 min 710 nəfər sağalaraq evə buraxılıb.

Rəssamlar dünyadan İranı koronavirusla baş-başa qoymamağa səslədi - FOTOLAR
İranlı rəssamlar “Korona və Sanksiya” mövzusunda 24 karikatura çəkiblər.

Avrasiya.net xəbər verir ki, ölkənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, iranlı rəssamlar tərəfindən çəkilən rəsmlər İran İslam Respublikasının Daxili İşlər Nazirliyi ,Tehran Bələdiyyəsinin və Xarici İşlər Nazirliyinin ümumi diplomatiya departamenti ilə birgə əməkdaşlığı nəticəsində hazırlanıb.

Karikaturalar ictimayyət və İranın xarici ölkələrindəki nümayəndəliklərinin diqqətinə çatdırılıb.
Rəssamlar dünyadan İranı koronavirusla baş-başa qoymamağa səslədi - FOTOLAR
Rəssamlar dünyadan İranı koronavirusla baş-başa qoymamağa səslədi - FOTOLAR
Rəssamlar dünyadan İranı koronavirusla baş-başa qoymamağa səslədi - FOTOLAR
Rəssamlar dünyadan İranı koronavirusla baş-başa qoymamağa səslədi - FOTOLAR
Rəssamlar dünyadan İranı koronavirusla baş-başa qoymamağa səslədi - FOTOLAR
Rəssamlar dünyadan İranı koronavirusla baş-başa qoymamağa səslədi - FOTOLAR
İranda ilaxır çərşənbədə 751 nəfər yaralanıbİranda ilaxır çərşənbədə 751 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib. Onun sözlərinə görə, ötən sutka ərzində yaralananların 612 nəfəri kişi, 139 nəfəri qadındır.

Xaledi əlavə edib ki, yaralılardan 39 nəfəri bədən üzvünü itirib, 220 nəfərin gözünə xəsarət dəyib, 520 nəfər müalicə olunaraq evə buraxılıb.

Təşkilat rəsmisi iki nəfərin öldüyünü deyib. Tehran vilayətində 190 nəfər, Qərbi Azərbaycan vilayətində 93 nəfər və Şərqi Azərbaycan vilayətində 82 nəfər yaralanıb alıb.

Qeyd edək ki, İranda ilaxır çərşənbəsində tonqal başında təhlükəli pirotexniki vasitələrdən daha çox istifadə edilir.