Üç ölkədən Əsəd rejiminə şok: Türkiyəyə dəstəkABŞ, İngiltərə və Almaniya Əsəd rejiminə Türkiyənin İdlibdəki müşahidə nöqtələrinə təşkil etdiyi hücumlara son vermək barədə çağırış edib.

Axar.az xəbər verir ki, üç ölkənin BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Pedersen Əsəd rejiminin Suriyadakı tərəfdarları ilə Hələbin qərb kəndlərini və M5 yolunun qərbindəki bəzi bölgələri ələ keçirdiyini bildirib.

"Rusiya və Türkiyə qarant ölkələr olaraq İdlibdə gərginliyi azaltmaq üçün kilid rol oynamaq məcburiyyətindədir", - Pedersen söyləyib.
Təcavüzə görə ölümcül döyülən fenomen dünyasını dəyişdi - FOTO Türkiyənin sosial media fenomeni Şehmuz Özdemir (18) dünyasını dəyişib.

Publika.az xəbər verir ki, Antalyada 14 yaşlı H.E. adlı qıza təcavüz etdiyi iddiası ilə onun atası və qardaşı tərəfindən döyülən, 3 gün öncə isə beyin ölümü gerçəkləşən “Ares” ləqəbli fenomen bu gün vəfat edib.

Qeyd edək ki, hadisə fevralın 4-də baş verib. Azyaşlı qızın atası V.E. və oğlu K.E. Aresi reklam razılaşması əldə etmək üçün görüşə dəvət edib və meşəlik əraziyə apararaq onu ölümcül döyüblər.

Faktla bağlı araşdırmaya başlayan polis Şehmuz Özdemiri döyənləri yaxalayıb. Onlar məhkəmədə verdikləri ifadələrində Aresin azyaşlı qızı təcavüz etdiyi əsnada çəkdiyi fotolarla şantaj etdiyini etiraf ediblər.
Türkiyəyə təslim olan PKK-çı: Milyonlar qazanırıqTürkiyəyə təslim olan PKK-çılar təşkilatın Suriyadakı neft ticarətini ifşa edib.

Axar.az xəbər verir ki, terrorçular ABŞ qoşunlarının nəzarəti altında olan Deyr əz-Zor bölgəsində neftdən əldə edilən gəlirin PKK/YPG üzvlərinə verildiyini deyib.

“Çıxarılan xam neftin qiyməti 25-60 dollar arasında dəyişir. Deyr əz-Zorda Əsəd rejiminə aid neft quyusu yoxdur. Ərazidə ABŞ və PKK nəzarətində 700-dən artıq neft quyusu mövcuddur. Bəzən elə olur ki, çıxarılan neftin satışı və daşınması vaxt alır. Biz də ABŞ hərbçilərinin təlimatı ilə həmin neft quyularını beton tökərək bağlayırdıq”, - terroçular bildirib.

Neftin daşınması ilə bağlı məlumat verən terrorçular vurğulayıblar ki, çıxarılan neftin bir hissəsi Deyr əz-Zordan İraqa, daha sonra Bəsrə körfəzindən dəniz yolu vasitəsilə ABŞ-a göndərilir.
Erməni əsgərlərin ölümü İrəvanı çalxalayırQeyri-döyüş şəraitində əsgər ölümlərinə qarşı Ermənistanda ciddi etirazlar hakimiyyətin təşvişinə səbəb olub.

Axar.az xəbər verir ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın bununla bağlı güc strukturları ilə keçirdiyi görüşün ardından Ermənistan Baş Hərbi İstintaq İdarəsində də müşavirə olub.

Qeyd edək ki, ilin əvvəlindən bu yana təkcə Qarabağda ölən erməni hərbçilərin sayı 13-ə çatıb. Bu ölümlər səbəbindən ötən gün qondarma Dağlıq Qarabağ qurumunun "müdafiə naziri" istefaya gedib.

Əsgər ölümləri Ermənistanda çox ciddi etirazlarla qarşılanır.
8 min terrorçu Türkiyədən deportasiya edildiSon doqquz ildə - 2011-ci ildən etibarən 102 müxtəlif millətin nümayəndəsi olan 7898 terrorçu Türkiyədən deportasiya edilib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Miqrasiya Xidmətinin rəhbəri Abdullah Ayaz məlumat verib.

O bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatının başladığı vaxtdan indiyədək Türkiyədən deportasiya edilən əcnəbi terrorçuların sayı isə 229 nəfərdir. Terror təşkilatları ilə əlaqəsi aşkarlanan 150 müxtəlif millətin nümayəndəsi olan 94 min xarici vətəndaşın Türkiyəyə girişinə qadağa qoyulub.

Türkiyədəki qanunsuz miqrasiya ilə bağlı danışan A.Ayaz qeyd edib ki, ötən il ölkə ərazisində 454 minə yaxın qanunsuz miqrant saxlanılıb. Onların 118 mini İstanbulda ələ keçirilib. Bu istiqamətdə 2019-cu ilin iyulundan etibarən İstanbulda miqrantlarla bağlı yeni qərarlar qəbul edilib və əməliyyatlar aparılır. Hazırda şəhərdə 7 minə suriyalı qanunsuz miqrant var.

A.Ayaz Türkiyədə 3 milyon 573 min suriyalının qeydiyyatda olduğunu bildirib. Diqqətə çatdırıb ki, Suriyanın terrordan təmizlənən bölgələrinə indiyədək 395 mindən çox şəxs geri göndərilib.
Müharibə Saakaşvilinin Putinə dediyi bu sözlə başladı - VolkerRusiya-Gürcüstan müharibəsinin səbəblərindən biri Gürcüstanın o zamankı Prezidenti Mixail Saakaşvilinin Rusiya Prezidenti Vladimir Putinin ünvanına səsləndirdiyi ifadələr oldu.

Axar.az xəbər verir ki, bunu “Yevropeyskoye Pravda” qəzetinə müsahibəsində ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker deyib.

“Hesab edirəm ki, Saakaşvili öz dövləti üçün çox yaxşı şey edib, kifayət qədər islahat həyata keçirib, ABŞ və Qərblə effektiv münasibətlər qurub. Putin Saakaşvilinin ona qarşı seçdiyi sərt ritorikaya həddən artıq əsəbi reaksiya verib. Hesab edirəm ki, bu, Rusiya-Gürcüstan müharibəsinin niyə başlanmasının əsas səbəblərindən biri oldu və Rusiya-Gürcüstan normal münasibətlərini mümkünsüz etdi. Hazırkı Gürcüstan hakimiyyəti Rusiyaya münasibətdə fərqli ritorika seçib”, – deyə o bildirib.
Zərif amerikalı senatorla gizli görüş keçirib - Şok
Münhen Təhlükəsizlik Konfransı zamanı İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə ABŞ Demokratlar Partiyasının senatoru Kris Mörfi arasında gizli görüş olub.

Axar.az xəbər verir ki, bu barədə “Federalist” qəzeti məlumat yayıb.

“Senatorun bu görüşü xarici hökumətlə gizli danışıqlar aparmaq mənasına gəlir. Bu da Prezident Donal Tramp kimi ittihamlara məruz qalmaq deməkdir”, - qəzet bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Rusiya ilə gizli görüşünün üstünün açılması onu çətin vəziyyətə salmışdı.

Paşinyan güc strukturlarını təcili topladı: Qarabağdakı ölümlər
Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağda erməni əsgərlərinin ölümünə görə iclas keçirib.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan baş nazirinin mətbuat xidməti yayıb.

İclasda Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan, Müdafiə naziri David Tonoyan, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Eduard Martirosyan, Baş Qərargah rəisi Artak Davtyan, Baş prokuror Artur Davtyan, İstintaq Komitəsinin rəhbəri Ayk Qriqoryan iştirak edib.

“Past” qəzeti oxşar iclasın Qarabağda keçirildiyinə dair məlumat yayıb. Məlumata görə, iclas 4 saat davam edib.

Bununla bərabər Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan parlamentə dəvət edilib. Parlamentdə Davtyana Qarabağda erməni əsgərlərinin qeyri-döyüş şəraitində ölməsi ilə bağlı suallar verilib. O, Ermənistan ordusunda kadr dəyişikliklərinin gerçəkləşdiriləcəyini bildirib. Davtyan həmçinin tutduğu vəzifədən də istefa verməyəcəyini söyləyib.

Qeyd edək ki, bundan öncə qondarma Qarabağ rejiminin müdafiə naziri istefaya gedib. Buna səbəb kimi Qarabağda erməni hərbçilərinin qeyri-döyüş şəraitində ölmələri göstərilib.

2020-ci ildə Qarabağda qeyri-döyüş şəraitində ölən erməni hərbçilərin sayı 13-ə çatıb.
Erməni ordusunda müəmmalı ölümlərin səbəbi – Polkovnik
Son zamanlar erməni mediasında Ermənistan ordusunda mövcud olan ölüm halları haqda çoxsaylı materiallar çap olunur.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistan ordusunda baş verən müəmmalı ölüm hallarını şərh edərkən deyib. Ekspert bildirib ki, Ermənistan cəmiyyətində gedən iqtisadi-sosial proseslər orduda da özünü büruzə verir:

“Erməni ordusunda ölüm hallarının artmasının bir səbəbi də Dağlıq Qarabağ erməniləri ilə Ermənistandan gələn ermənilər arasında qarşıdurmadır. Yəni bunlar bir-birilərini qəbul etmirlər. Oradakı hərbi hissələrdə komandirlərin çoxu Dağlıq Qarabağ erməniləri, əsgərlərin əksəriyyəti isə Ermənistandan gələnlərdir. Bunların arasında bu və digər formada gərginlik yaranır. Digər tərəfdən biz bilirik ki, Ermənistan ordusunda “dedovşina” deyilən mühit var. Bu, çox gərgin bir vəziyyətdir. Bu da öz nəticəsini göstərir”.

Ş.Ramaldanovun sözlərinə görə, qış fəslinin olması da Ermənistan ordusunda çətinlikləri artırır:

“Soyuq iqlim şəraiti, təminatın aşağı olması əlavə gərginlik yaradır. Ermənistandan gələn əsgərlər Dağlıq Qarabağda xidmət etmək istəmirlər. Ermənistan cəmiyyəti heç vaxt Dağlıq Qarabağı erməni torpağı kimi qəbul etmir. İstər əsgər anaları, istər cəmiyyəti, istər müxalifəti müəyyən vaxtlarda Dağlıq Qarabağ məsələsinin həll edilməsini tələb edirlər. Onlar Ermənistan vətəndaşlarının Dağlıq Qarabağda – özlərinin sözü ilə desək, yad torpaqlarda ölməsinə razı deyillər. Bildirirlər ki, Ermənistandan olan əsgərlər öz vətənini qorumalıdır.

Həmin əsgərlər psixoloji cəhətdən bu formada tərbiyə alır, böyüyürlər. Hərbi xidmət vaxtı gəlib çatanda onlar məcburiyyət qarşısında qalırlar və müəyyən psixoloji sarsıntı keçirirlər”.

Ermənistan ordusunda qeyri-döyüş şəraitində olan itkilərin döyüş şəraitində olan itkilərdən 3 dəfə çox olduğunu deyən hərbi ekspert vurğulayıb ki, bu, həmin problemlərin dərinliyini göstərir:

“Qarabağda göndərilən erməni əsgəri bilir ki, Azərbaycan torpağındadır. Azərbaycan ordusunun və ümumilikdə ölkəmizin gündən-günə güclənməsi, mövqeyinin möhkəmlənməsi, iqtisadiyyatının inkişafı, eyni zamanda beynəlxalq statistik vəziyyətə görə ordumuzun Ermənistan ordusundan bir neçə dəfə üstünlüyünün təsdiqi nəinki ekspertlər, hətta cəmiyyət tərəfindən qəbul edilən faktlardır. Erməni əsgəri yaxşı bilir ki, bu torpaqlar gec-tez geri qayıdacaq və azad ediləcək. Ona görə də bu münasibətlər qarşılıqlı inamsızlığa, fərariliyə, bir-birinə qarşı aqressiyaya səbəb olur”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, yanvar ayından bəri 13 erməni əsgəri qeyri-döyüş şəraitində ölüb. Bunun nəticəsi olaraq qondarma Qarabağ rejiminin “müdafiə naziri” istefa verib.
Ordu hücuma hazır vəziyyətə gətirildi
Ukrayna hərbçilərinin separatçılarla Novotoşkovsk, Orexovo, Krımskoe və Xutor Volnıy yaxınlığındakı döyüşü başa çatıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələrinin Əməliyyat Qərargahı məlumat yayıb.

Məlumata görə, Ukrayna hərbçiləri vəziyyətə tam nəzarət edirlər.

“Silahlı Qüvvələrin ehtiyat hissələri tam hazır vəziyyətdədir”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Donbasdakı separatçı rejim Ukrayna ordusunun Novotoşkovsk, Orexovo, Krımskoye, Xutor Volnıy yaşayış məntəqələrindəki mövqelərinə hücum edib.

Hücum nəticəsində Zoloto yaxınlığında Ukrayna ordusunun mövqelərini itirdiyi və itkilərin olduğu barədə məlumat yayılıb. İddiaya görə, hücumda rus muzdluları da iştirak edib.