Generalın ölümü: Matəm elan olundu
Süleymaninin qisasını alacağıq.

Bunu İran Ali Dini lideri Əli Xameneinin Süleymaninin ölümüylə bağlı yaydığı bəyanatda yer alıb.

"Digər şəhidlərin olduğu kimi Süleymaninin qanının da əllərinə bulaşdıranları ağır qisas gözləyir", - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, Süleymaninin ölümüylə bağlı İranda 3 günlük matəm elan edilib.
Şiələr Amerika hərbçilərini hədəfə ala bilərlər - Ekspert Kamran Sultanlı
QAFSAM-ın eksperti


Qasım Süleymani İranın əsas beyni idi. O həm də İranın şiə hilalı lahiyəsinin əsas kuratoru idi. Süleymani İraqda Haşdi-Şabi Suriyada olan Hizbullahın əməliyyatlarına İrana bağlı şiə milislərinin təşkil edilməsinə nəzarət edirdi. Vaxtilə Əfqanıstanda Talibana qarşı ABŞ-da əməkdaşlıq etmişdir. Süleymani İraqda İran təsirinin artmasında böyük rolu var idi. Zülfüqar ordeni ilə təltif edilən yeganə hərbiçi idi. Tramp ötən il SEPAH-ı terror təşkilatı elan etdi. Bu qərar özü artıq İran-ABŞ gərginliyini artıracaq faktor idi.

Üstəlik Bu həm də SEPAH-ın əsas beyni olan Süleymaninin də hədəf olması anlamına gəlirdi. Böyük ehtimal bu dəfə də, İraqda hansısa əməliyyatı planlayıb və qarşısı alınıb. İran da ABŞ-ın Mərkəzi Komandanlığı olan CENTCOM-u terror təşkilatı kimi tanıyıb. Belə olan halda şiə gücləri və İrana bağlı proksi qüvvələr bölgədə olan Amerika qüvvələrinə hücum edə bilər. Regionda gərginlik arta bilər. Xüsusilə İraqda stabillik lap pis pozula bilər. Bu addım Trumpın reytinqinə yüksək təsir edəcək. Süleymani İran üçün olduqda önəmli fiqur idi.
İranın Ali lideri Süleymaninin qətli ilə bağlı BƏYANAT verdi: "ABŞ-dan qisas alacağıq"
General Qasım Süleymaninin ölümünə görə İran ABŞ-dan qisas alacaq.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İranın Ali lideri ayətullah Seyid Əli Xameneyi bəyan edib.

Qeyd edək ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb.
İranın məşhur generalı öldürüldü
İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının yaxınlığına edilən raket zərbələri nəticəsində ən azı səkkiz nəfər ölüb.

Bu barədə “AFP” agentliyi İraq təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb. Qeyd olunur ki, üç raket yüklərin yerləşdiyi əraziyə düşüb, nəticədə iki maşın partlayıb.

Raketlərdən biri uçuş-eniş zolağına düşüb ki, bu da hava limanının bağlanmasına gətirib çıxarıb.

“Əl-Ərəbiyyə”, “Əl-Cəzirə” və “Sky News” telekanallarının verdiyi məlumata görə, Bağdad hava limanına endirilən raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” xüsusi bölməsinin rəhbəri, general Qasım Süleymani öldürülüb.

“Sky News” agentliyi bildirir ki, ABŞ Bağdadda İranla bağlı iki hədəfə məhz onun zərbə endirdiyini təsdiq edib.
Erməni qadınlar Bakıya gəlmək istəyir
Azərbaycandan Ermənistana köçən qadınlar video müraciət edib.

Anews.az xəbər verir ki, bununla bağlı kadrları BBC Azərbaycanca yayımlayıb. Bir vaxtlar Bakıda yaşayan erməni qadınlar azərbaycanlıların çox xeyirxah insan olduğunu və onlara heç bir ziyanları dəymədiklərini bildiriblər.

Yaşlı qadınlar bildirib ki, indi Ermənistanda vəziyyətləri çox pisdir. Onlar yenidən barışıq olmasını arzu ediblər.
Türkiyədə işləməyə gedən azərbaycanlılara pis xəbər
Türkiyədə xarici vətəndaşların yaşama izni alması qaydalarında dəyişiklik baş verib

2020-ci ildən etibarən xarici vətəndaşların Türkiyədə kirayə müqaviləsi əsasında qalmasına icazə verilməyəcək.

Hokm.az xəbər verir ki, bu barədə Türkiyənin miqrasiya xidmətinin GOÇ idarəsinin açıqlamasında bildirilir. Xatırladaq ki indiyədək xarici vətəndaşlar Türkiyədə üç əsasla yaşaya bilərdilər – daşınmaz əmlak sahibi olmaqla, Türkiyədəki işəgötürənlə əmək müqaviləsi bağlamaqla və kirayə müqaviləsi ilə.

İlk iki şərt əksər xaricilər üçün mümkünsüz olduğundan Türkiyəyə işləməyə gedənlərin əksəriyyəti, o cümlədən Azərbaycan vətəndaşları da qardaş ölkədə kirayə müqaviləsi bağlamaqla yaşayırdılar. Kirayə kontraktı ilə qalanlara turist kimi qalanlar deyirlər və bunun üçün Daxili İşlər Nazirliyində qeydiyyatdan keçmək tələb olunurdu.

İndi isə, qanunverciliyə son dəyişikliklərdən sonra artıq kirayə müqaviləsi ilə yaşamaq mümkün olmayacaq. Ümumiyyətlə, hazırda Türkiyədə kirayə müqaviləsi ilə bir neçə milyon nəfər xarici vətəndaş yaşayır.

Bunların əksəriyyəti keçmiş SSRİ respeblikalarından, eləcə də ərəb ölkələri və Afrikadan gələnlərdir. Təkcə İstanbulda keçmiş sovet respublikalarının 2 milyona yaxın vətəndaşı yaşayıb işləyir.

Bundan sonra həmin şəxslər Türkiyədə yaşamaq üçün ya daşınmaz əmlak ədə etməli, ya da rəsmi iş taparaq işəgötürənlə rəsmi əmək müqaviləsi bağlamalıdırlar. İkinci variant daha çətin görünür, çünki Türkiyədə işləmək icazəsi olan xaricilərin sayı kvota ilə məhdudlaşır.

Türkiyədə daşınmaz əmlak şirkətlərindən FED.az-a bildirilib ki, hazırda Türkiyədə işləyənlərin 95%-i qanunsuz («qaçaq») işləyir. Belələrinin arasında ən çox türkmənlər, özbəklər, tacik, qırğız və azərbaycanlılar var. Türkiyədə təqribən 300 min Ermənistan vətəndaşı da qeyri-rəsmi çalışır.

Belələri bazarlarda, mebel firmalarında, eləcə də zərgər və sair sahələrdə çalışırlar. Bundan başqa, Qara dəniz sahillərindəki kurortlarda gürcülər və Afrika ölkələrindən gələnlər çalışır. Türkiyənin turizm sektorunda çalışan xaricilərin sayı xüsusilə çoxdur. Antaliyadan tutmuş İzmirə qədər kafe-restoranlarda işləyən qarsonlar, ofisiantlar, meyvə-dondurma, ayaqqabı-geyim satanlar və otel işçiləri xaricilərdir.

Xaricilər buradan öz ölkələrinə küll miqdarda vəsait də göndərirlər. Yeni qanundan sonra rəsmi qurumların bu sahəyə nəzarətinin də kəskin artacağı gözlənilir.

Əmlak şirkətlərindən bildirilib ki, yeni qayda – yəni kirayə müqaviləsinin ödkədə yaşamaq üçün əsas olmaması kirayə evlərə tələbatı və bu sahədən gəlirləri azalda bilər.yenisabah.az
Türkiyədən Qarabağa əsgər göndərmək təklifi səslənib
Dünən Türkiyə Böyük Millət Məclisində Liviyaya əsgər göndərilməsi ilə bağlı müzakirələrdə maraqlı anlar yaşanıb.

Türkiyə mediası xəbər verir ki, müzakirə ciddi mübahisələrlə və kəskin tənqidlərlə müşahidə olunub.

İYİ parti qrup başqan yardımçısı, İzmirdən olan millət vəkili Aytun Çıray sənədi kəskin tənqif edib.

Liviyaya əsgər göndərilməsinə etiraz edən millət vəkili Qarabağın işğal altında olmasını xatırladıb:

“Qardaş Azərbaycanın torpaqlarının yüzdə iyirmisi işğal altındadır. Tam qanunsuz olaraq. Haydı, qalxın gedəlim, oranı qurtaraq. Nədən etmirsiniz?”

Qeyd edək ki, Cumhurbaşqanlığı tezkeresi (icazəsi) müzakirə edilib və 184 əleyhinə, 325 leyhinə olmaqla qəbul edilib.
Əhmədinejaddan şok: Mehdi bu il zühur edəcək
Bu il İsa Məsihin dəstək verdiyi İmam Mehdi gəlib insanlara kömək edəcək, ədalətsizliyi aradan qaldıracaq və arzularımızı reallaşdıracaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri İranın keçmiş prezidenti Mahmud Əhmədinejad deyib.

Keçmiş prezident insanları İsa peyğəmbərin təlimlərini yerinə yetirməyə çağırıb:

“Ümid edirəm ki, 2020-ci ildə İsa Məsihin təlimlərini yerinə yetirməyi öyrənəcəyik. İnşallah bu il İsa Məsihin dəstək verdiyi İmam Mehdi gəlib insanlara kömək edəcək, ədalətsizliyi aradan qaldıracaq və arzularımızı reallaşdıracaq. Allaha əmanət olun”.

Mahmud Əhmədinejad prezident olarkən Yeni İllə bağlı sosial şəbəkədəki paylaşımları müzakirələrə yol açmışdı.

Keçmiş prezident paylaşımlarından birində ABŞ-a xitabən “İsa peyğəmbər sağ olsaydı, kobud qüvvələrin qarşısını alardı” qeydini yazmışdı.
Ermənilər Yeni ilin ilk günü Qarabağda itki verdi
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ torpaqlarında Ermənistan ordusunun 19 yaşlı əsgəri ölüb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə bu gün saat 11:30 radələrində baş verib.

2000-ci il təvəllüdlü Artyom Arturoviç Kazaryan xəstəlikdən keçinib.

Faktla bağlı araşdırma aparılır.
Azərbaycanlı iş adamının maaş gözləyən işçiləri şirkətiə hücum ediblərRusiyanın Sankt-Peterburq şəhərində reteyler biznesi çökən sirli iş adamı Müşfiq Abdullayevdən maaşlarını tələb edən yüzlərlə işçi onun şirkətin ticarət mərkəzlərindən birinə hücum edib.

Mümkün iğtişaşları əngəlləmək üçün obyektin mühafizəsinə OMON cəlb edilib.

Xəbər verdiyimiz kimi, Müşfiq Əli oğlu Abdullayevin sahibi olduğu “İntertorq” Ticarət Evi şirkəti sürətlə artan borca görə yüzlərlə mağazalar, supermarketlər və hipermarketlərdən ibarət şəbəkəsini bağlayıb. Şirkət Peterburqda “Spar” və “SemYa” supermarketlər şəbəkəsinə malik idi. Fəaliyyətinin pik dövründə-2017-ci ildə obyektlərinin sayı 500-ə çatıb, illik dövriyyəsi isə milyardlarla dollarla ölçülüb.

Lakin 2018-ci ilin ortalarından etibarən şirkət bir-birinin ardınca borc iddiaları ilə üzləşib. 100-dən çox təchizatçı şirkət “İntertorq”a qarşı borc iddiası qaldırıb və borcları ödəyə bilməyən Müşfiz Abdullayev (o, özünü Mixail kimi təqdim edir, barəsində çox az məlumat var, publik biznesmen deyil) mağazalar şəbəkəsini bağlamaq qərarı verib. 2019-cu il dekabrın 20-də onun mağazalarının əksəriyyəti işini dayandırıb, 10-a qədər mağaza isə qalan malları yarı qiymətə satıb qurtarmaq üçün dekabrın 31-nədək fəaliyyətini davam etdirirdi.

Xəbərlərə görə, mağazalar şəbəkəsinin işçiləri iki aydır əmək haqqı almır və onlar dekabrın 30-da Dunay prospektindəki ticarət mərkəzinə toplaşaraq pullarını tələb ediblər. Şəhər Daxili İşlər İdarəsinin yaydığı məlumatda deyilir ki, toplaşanlar ticarət mərkəzinin işinə mane olublar, amma ictimai asayişi pozmayıblar. Obyektin mühafizəsinə OMON cəlb edilib, amma onlar işçilərə müdaxilə etməyiblər, kənardan mühafizəni təmin ediblər. Şahidlərdən biri deyib ki, “İntertorq”un bunt qaldıran işçiləri hipermarketin içərisinə daxil olublar, onların bir çoxu piştaxtalardan ərzaq və içkilər götürüblər, elə oradaca yeyiblər.

Əməkdaşlar deyirlər ki, onlara maaşların nə zaman veriləcəyini heç kim demir. Menecerlər isə telefonları söndürüblər, zənglərə cavab vermirlər.

Yerli KİV-lər xəbər verir ki, mağazalar şəbəkəsinin işçiləri ötən gün şirkətin Radişev küçəsindəki baş ofisinin qarşısına toplaşmışdı. İşçilərdən biri deyib ki, onları içəri buraxmırlar, heç kim maaşların nə zaman ödəniləcəyini demir.

Prokurorluq isə maaşların verilməməsi faktına görə təhqiqat başladıb. Bu arada Müşfiq Abdullayev özü Dubaya uçmaq istərkən dekabrın 31-nə keçən gecə Peterburqun Pulkovo aerportunda saxlanılıb və Moskva rayon prokurorluğuna aparılıb. Məlumata görə biznesmen Dubaya Yeni il tətilinə getdiyini deyib, amma onun borclara görə ölkədən qaçmaq istədiyi də istisna deyil.

Bəzi məlumatlara görə M.Abdullayev əvvəlki borclarını ödəməmək üçün yeni şirkət açacaq və biznesini yeni ad altında davam etdirəcək. Müflis olan “İntertorq” şirkətinin 99 faizi Müşfiq Abdullayevə, bir faizi isə onun qardaşı Allahverdi Abdullayevə məxsusdur. M.Abdullayev publik şəxs deyil və cəmi bir dəfə-ötən il mətbuata müsahibə verib, biznesinin çökməyə başladığı vaxtlarda RBC danışıb. Onun sərvətinin 26 milyard rubldan çox olduğu bildirilir.(virtualaz.org)