Ermənistan ordusunda DƏHŞƏT: 633 əsgər öldü...İşğalçı Ermənistan ordusunda itkiləri hər keçən gün artır.

Publika.az xəbər verir ki, fevralın 5-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisindəki erməni hərbi hissələrinin birində erməni əsgər silahla özünü vurub. Buna səbəb hərbi xidmətin dəhşətli şərtlər altında aparılması, ordudakı özbaşınalıq və qanunsuzluq, xüsusilə erməni əsgərlərin Qarabağda hərbi xidmət keçmək istəməməsidir. Özünü vuran əsgərin məqsədi də hərbi xidmətdən imtina etmək olub.

Helsinki Vətəndaş Assambleyası Vanadzor ofisinin rəhbəri, hüquq müdafiəçisi Artur Sakuns Ermənistan ordusunda acınacaqlı vəziyyətin davam etdiyini bildirib.

“Bizim araşdırmalarımıza görə, 2010-2019-cu il əırzində Ermənistan və Qarabağdakı hərbi hissələrdə 633 ölüm hadisəsi qeydə alıbnıb. Onlardan 249 nəfəri atəşkəs rejiminin pozulması nəticəsində ölüb, 89-u intihar edib, 72-si isə qətl, yaxud digər səbəblərdən. Rəsmi rəqəmlərdə bu, olduqca aşağı göstərilir”, - o bildirib.

Sakuns hesab edir ki, Qarabağdakı erməni əsgərin özünə silahla xəsarət yetirməsinin səbəbləri araşdırılmalıdır: “Aydınlaşdırmaq lazımdır ki, əsgəri bu addım atmağa nə vadar edib, psixoloji vəziyyəti necə olub, hansı təzyiqlərə məruz qalıb. Özünə xəsarət yetirmək hərbi xidmətdən qaçmaq üçün edilibsə, bu psixoloqların işidir, yaxud başqa hansı motivlərin olduğu araşdırılmalıdır”.

Bu günlərdə Ermənistan ordusu ilə bağlı ortaya çıxan bir fakt cəmiyyətdə etirazlara səbəb olub. Məlumatlara görə, işğal altındakı Qarabağda “elit hərbi hissə” fəaliyyət göstərir. Bu hərbi hissədə varlıların və məmurların övladları hərbi xidmət keçir. Hərbi hissədə ciddi özbaşınalığın olduğu deyilir. Əsgər Artuq Abcamyanın öldürülməsi “elit hərbi hissə” ilə bağlı faktları ifşa etdi. Abcamyan digər əsgərlərlə dava zamanı öldürülüb, lakin hələ də cinayət qanuna uyğun olaraq araşdırılmır və əsgərin intihar etdiyi iddia olunur.

Eməni şərhçi Tevos Arşakyan yazır ki, orduda döyüşsüz itkilərin sayı sürətlə artır və bu problem həm keçmiş hakimiyyətin, həm də indiki hakimiyyətin dövründə həllolunmaz olaraq qalmaqdadır.

“Vəziyyət həqiqətən də acınacaqlıdır. Aşağıdan başlasaq, hərbi komissarlıqlarda tibb komissiyalarına baxmaq lazımdır. Hər çağırış zamanı adətən kasıbların övladları hərbi xidmətə götürülür, hətta yararsız olsalar belə. Amma məmurların və varlıların övladlarını yaxşı pul qarşılığında “yararsız” adı ilə hərbi xidmətdən yayındırırlar, yaxud da “elit hərbi hissəyə” göndərilirlər. Daha sonra hərbi hissələrdə zabitlərin, gizirlərin yazılmamış qanunları gəlir. Onlar əsgərlərdən zorla pul alır, incidir və intihara sövq edirlər. Və nəhayət, ən böyük məsuliyyəti daşıyan ordu komandanlığı: batalyon komandirlərindən tutmuş müdafiə nazirinə qədər hər kəs məsuliyyət daşıyır”, - erməni şərhçi bildirib.
Xamenei “həll yolu” təklif etdi: Cihad və müharibə!Fələstinlilər gərək İsrailə qarşı müharibə başlatsınlar.

Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində İran Ali Dini lideri Əli Xamenei paylaşıb. O, fələstinlilərin ABŞ-ın təqdim etdiyi “əsrin müqaviləsi”nə qarşı cihad elan etməli olduğunu bildirib:

“Onlar öz sui-qəsdlərini silah və rüşvət köməyi ilə reallaşdırmağa cəhd edəcəklər. Həll nədir? Həll fələstinlilərin cəsarətli müqaviməti, düşmən sionistlər və ABŞ-ı cihadın köməyi ilə qovmasıdır”, – deyə o bildirib.

O, bütün müsəlman dünyasının bu müqavimətə dəstək göstərməli olduğunu deyib.
İstanbuldakı təyyarə qəzasında 1 nəfər ölüb: 157 yaralı var - RƏSMİ
İstanbulda sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində 1 nəfər həlak olub.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, daha 157 nəfər xəsarət alıb.

Qeyd edək ki, "Pegasus" aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib və zolaqdan çıxaraq yanıb və parçalanıb.
Ərdoğanın müşaviri qar altında qaldı, 38 nəfər öldü - ŞokTürkiyənin Van şəhəri yaxlınlığında qar uçqunu baş verib.

Axar.az xəbər verir ki, Van-Baxçasaray yolunun 33-cü kilometrliyində hərəkət edən mikroavtobusun üzərinə düşən uçqun nəticəsində 2 nəfər itkin düşüb.

İki nəfərin axtarışlarının davam etdiyi bir vaxtda ərazidə ikinci uçqun baş verib.

Türkiyə Daxili İşlər naziri Süleyman Soylu hələlik ümumilikdə 8 nəfərin həlak olduğunu, 30-dan şəxsin xilas edildiyini deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Gülşən Orxan yaralı vəziyyətdə xilas edilib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Van şöbəsinin rəhbəri Osman Uçağın da uçqun altında qaldığı bildirilir.

***

Türkiyədə qar uçqunu nəticəsində ölənlərin sayı artıb.

Van valisi Məhməd Əmin Bilməz jurnalistlərə açıqlamasında uçqun nəticəsində 23 nəfərin həlak olduğunu deyib.

Ölənlərin 8-i hərbçidir.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca ölənlərinin sayının arta biləcəyini deyib.

***

Türkiyədə qar uçqununda ölənlərin sayı 38 nəfərə çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Süleymani İraqa niyə gedirdi? - İran gizlinləri açdıİran rəsmisi İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı Qasim Süleymaninin öldürüldüyü zaman İraqa aparmaq istədiyi məktubun məzmununu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, İranın İraqdakı səfiri İrəc Məscidinin sözlərinə görə, Qasim Süleymani məktubu İraq rəsmilərinə çatdırmalı idi. Bu məktub İraqın İranla Səudiyyə arasında vasitəçilik roluna və təşəbbüsünə cavab olaraq hazırlanmışdı və İraq rəsmilərinə çatdırılmalı idi.

"Məktub İranın bölgədə terrorla mübarizədə digər ölkələrlə əməkdaşlıq niyyətini özündə ehtiva edirdi.", deyə İrəc Məscidi qeyd edib.

O bildirib ki, Süleymani buna görə İraqa gəlmişdi.

Qeyd edək ki, ABŞ ötən ayın 3-də İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı Qasim Süleymanini, İraqın Haşd-Şabi qüvvələrinin (Xalq Səfərbər Qüvvələri) rəhbər müavini Əbu-Mehdi əl-Mühəndisi və onlarla birgə 3 iranlı və iraqlı hərbçini Bağdad hava limanı yaxınlığında öldürülüb.
Türk əsgərləri öldürənlər rus zabitləri də məhv etdi – SensasiyaSuriyada öldürülən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlı Mərkəzinin dörd zabiti Hələb yaxınlığındakı döyüşlərdə yox, Latakiya ətrafında hakimiyyət qoşunlarının tam nəzarət etdiyi ərazidə qətlə yetirilib.

Axar.az xəbər verir ki, bunu “Novıy qazeta” öz mənbələrinə istinadən yayıb. Latakiyanın həddən artıq sakit yer olduğu bildirilən xəbərdə FTX zabitlərinin tələyə düşdüyü vurğulanıb. Döyüşçülərin FTX-nın snayperlərinin hərəkət marşrutunu dəqiq bildiyi və onların zirehli avtomobilini uzaq məsafədən partlatdığı qeyd edilib.

Kontuziya alan zabitlər ürəyindən və gicgahından yaxın məsafədən açılan atəşlə qətlə yetiriliblər:

“Sual yaranır ki, Xüsusi Təyinatlı Mərkəzin snayper qrupu Suriyada nə işlə məşğul olub? Mənbələrimizin məlumatına görə, zabitlər ezamiyyətdə öz adlarıyla olmayıblar. Onların xüsusi tapşırıqla Suriyaya gəlməsini az şəxs, o cümlədən bir neçə suriyalı bilirdi. Yəqin ki, zabitləri satıblar. Onları savaş eskalasiyası məqsədiylə satıblar”.

İddiaya görə, Türkiyə-Suriya sərhədində yerləşən Kasab şəhərində Suriya və Türkiyənin ali rəhbərlərinin görüşü hazırlanır və Dəməşq Rusiyadan görüşün təhlükəsizliyinin təminatı üçün yardım istəyib. Məhz bunun icrası üçün əraziyə 4 FTX zabitinin göndərildiyi, onların görüşün keçiriləcəyi ərazinin kəşfiyyatını apardığı, geri qayıdarkan tələyə düşdükləri qeyd olunub:

“FTX-nın məhz bu zabitlərinin Suriyaya göndərilməsi təsadüf deyil. Bu, onların yanvar ayında Suriyaya ikinci ezamiyyətidir. İlin əvvəlində onlar Dəməşqə səfər zamanı Putinin təhlükəsizliyinin təminində iştirak ediblər. Əgər FTX zabitlərinin tələyə düşməsi barədə informasiya həqiqətdirsə, o zaman qətl məqsədyönlüdür və bununla kimsə Türkiyə-Suriya danışıqlarını pozmaq istəyir. Suriyadan olan son xəbərlərə əsasən, provokasiya baş tutub. Fevralın 3-də Suriya ordusu İdlibdəki Türkiyə ordusuna artilleriya atəşi açıb. Böyük ehtimalla atəş əmri və FTX zabitlərinin öldürülməsi tapşırığını Bəşər Əsəd ətrafındakı “müharibə partiyası” verib. Artıq bu gün heç bir danışıqlardan söhbət gedə bilməz”.
Krımı Rusiyadan almaq mümkün deyil - PompeoKrım Ukrayna üçün həmişəlik itirilib.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo Krımdan olan aktivist Emin Caparov ilə Kiyevdə keçirdiyi qapalı görüşdə deyib. Görüş zamanı Caparov Krımı ABŞ-ın xarici siyasətində daim nəzarətdə saxlanılmasını istəyib. Bunun qarşılığında Pompeodan gözlənilməz cavab alıb:

“Krım itirilib. Dünya oyunçuları bunu başa düşürlər. Ukrayna Krımı verib. Rusiya ondan nəsə alınması mümkün olanlardan deyil”.

Qeyd edək ki, Pompeo bundan öncə Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistana səfər edib.
Rusiyada Azərbaycan pomidorunun qiyməti 19 manata çatdıRusiyanın Çinlə sərhədi bağlaması bu ölkədə tərəvəzlərin qiymətlərini iki dəfəyədək artırıb.

Virtualaz.org "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, Rusiya bazarlarında xiyarın kiloqramı 400 rubla çatıb. Çindən yayılan ölümcül virus pomidorun da qiymətini xeyli şişirdib. Hazırda Azərbaycandan gətirilən bu tərəvəzin kiloqramı 700 rubl (təxminən 19 manat) təşkil edir.

Rusiya mətbuatının yazdığına görə, hələlik Vladivostoka təyyarə ilə Azərbaycandan tərəvəz gətirilir. Bu həftə Türkiyə pomidorunun da bazara daxil olması gözlənilir. Ehtimal olunur ki, bundan sonra qiymət bir qədər aşağı enə bilər.
Gürcü müxalifəti aksiyanı təxirə saldıGürcüstanın müxalifət partiyaları Tiflisdə parlament binası önündə etiraz aksiyasını təxirə salıblar.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Gürcüstanı Partiyasının liderlərindən olan Uqulava deyib. Buna səbəb kimi ölkənin qərbindəki Baqdati şəhərində baş verən yanğında altı nəfərin ölməsi göstərilib.

Uqulava etiraz aksiyalarının sabaha təxirə salındığını deyib.
Paşinyan oğlu ilə Qarabağda restoranda yeyib-içdi, sonra dava saldıErmənistanın baş naziri Nikol Paşinyan ötən bazar günü Azərbaycanın işğal altındakı ərazilərində hərbi xidmət keçən oğluna baş çəkərkən yol kənarındakı restoranlardan birində yeyib-içib, sonra kassa qəbzi üstündə qalmaqal yaradıb.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan bu qalmaqal haqda özünün Facebook səhifəsində yazıb. Bildirib ki, ailəsi ilə birlikdə oğlu Aşota baş çəkməyə gedib. Onlar yol kənarındakı restoranda bir neçə saat oturublar və hesabı ödəyəndə işçi kassa qəbzi verməyib. Paşinyan qəbzi almaq üçün bir neçə dəfə cəhd edib, sonra özü piştaxtaya yaxınlaşıb və restoran əməkdaşlarının ona qəbz vermək üçün kassa aparatını qurdaladıqlarını görüb.

“Sonra məni adamlar nəsə müzakirə etmək üçün kənara çəkdi, amma qəbzi yenə gətirmədilər. Ofisiantlar dedilər ki, kassa aparatı təzədir və onların başı çıxmır”,-o bildirib.

Nəticədə Paşinyan qəbz ala bilməyib və elə oradan qondarma “dqr”in “vergi ximətinin rəisinə” zəng vurub. Qəbzlə bağlı ona “donos” verib, üstəlik deyib ki, restoran onlara əsgərlər üçün olan 10 faizlik güzəşt də təqdim edib. Bu isə büdcədən oğurlamaqdır.

Paşinyan əlavə edib ki, oğlu hərbi hissədən qısamüddətli məzuniyyət götürmüşdü və onlar restoranda təxminən 80 dollar xərclədilər.

Restoranın sahibi isə belə məlum olub ki, “kinorejissor və hərbi icmalçı”, vaxtaşırı olaraq Qarabağdakı işğalçı hərbi qüvvələr barədə reportajlar çəkən Arşak Zakaryan imiş. Və çox keçmədən Zakaryan özünün Facebook səhifəsində canlı yayımla Paşinyana sərt cavab verib.

O bildirib ki, bazar günü Paşinyan və ailə üzvləri Qarabağda onun restoranında nahar ediblər. Sonda Paşinyan əməkdaşlardan kassa qəbzi tələb edib. Əməkdaşlar aparatın xarab olduğunu görəndə bu haqda Paşinyana deyiblər. Paşinyan isə bunu eşidəndə birbaşa restoranda qalmaqal qaldırıb, əməkdaşları “əsgərin çörəyini oğurlamaqda” günahlandırıb.

“Bundan sonra o, Dağlıq Qarabağın “baş nazirinə” zəng vurub və tələb edib ki, obyektin sahibi cərimələnsin. Sonradan vergi işçiləri restorana gediblər və cərimə kəsiblər. Lakin restoran vergini fiksə olunmuş ödənişlər əsasında verir, kassa qəbzinin verilməməsi vergini gizlətmək hesab edilə blməz”,-Arşak Zakaryan bildirib.

O əlavə edib ki, daha çox cərimə ödəməyə hazırdır, amma Ermənistanın baş naziri onu “əsgərin çörəyini oğurlamaqda” ittiham etməklə təhqir edib.

“Mənim ordu üçün elədiklərimi sadalamağa ehtiyac yoxdur. Və birdən biz əsgərin çörəyini oğurlayanlar olduq? “Mənim addımım” bloku isə çörək verənlər oldu? Bu cür hay-küy və bizə yapışdırılan yarlıq baş nazirə, ümumiyyətlə, kişiyə yaraşan hərəkət deyil”,-o bildirib.

Zakaryan əlavə edib ki, onlar dağlarda yaşayır, Qarabağda biznes qurmaq elə də asan deyil. Ən yaxın mağaza təhlükəli Kəlbəcər aşırımlarında yerləşir. Nəsə almaq üçün 65 kilometr yol getmək lazıdır. Belə vəziyyətdə isə Paşinyan onu “əsgərin çörəyini oğurlamaqda” günahlandırır...

Bu həmin Zakaryandır ki, bir neçə il əvvəl işğalçı qüvvələrin döyüş mövqelərindən birində çəkiliş apararkən Goranboy istiqamətində Azərbaycan yaşayış məntəqələrini şəxsən atəşə tutmuşdu. Baxmayaraq ki, bu məlun "PRESS" yazılmış dəbilqə və gödəkçədə idi.