Qazaxıstanda erməni azərbaycanlını öldürdüQazaxıstanın paytaxtı Nur-sultan şəhərində azərbaycanlı Etibar Teymurov Ümidvar oğlu qətlə yetirilib.

Konkret.az xəbər verir ki, o, Azərbaycan diasporunun tanınmış üzvlərindən biri olan Haşım Ağayevin bacısı oğludur.

Mərhum “İris” kafesinin qarşısında Petros adlı erməni tərəfindən bıçaqla ürək nahiyəsindən vurularaq öldürülüb.

Hadisə ilə bağlı cinayət işi açılıb. İlkin məlumatlara görə, ermənilərlə azərbaycanlılar arasındakı qarşıdurmada Etibarın əmisi oğlu Turalın və digər şəxslərin də xəsarət aldığı deyilir.

Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.
Türkiyədən ərəb dünyasına: Rədd edirik!Ərəb Dövlətləri Liqasının Türkiyəni hədəf alan əsassız açıqlamalarını rədd edirik.

Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

Bəyanatda bildirilir ki, 4 mart tarixində Ərəb Dövlətləri Liqasının iclasında rəsmi Ankaranın ünvanına əsası olmayan ittihamlar səsləndirilib:

“Türkiyə hər zaman ərəb ölkələrinin ərazi bütövlüyünə dəstək verib. Ankaraya yönəlik heç bir fakta dayanmayan ittihamlar özlərinin dağıdıcı fəaliyyətləini ört-bəsdir etmək istəmələrinin nəticəsidir. Bəzi ərəb ölkələri qonşularında yaşanan insanlıq dramına səssiz qalmaqla yanaşı, oradakı separataçı rejimləri də dəstəkləməyə davam edirlər”.
Azərbaycanlı jurnalist koronavirusa yoluxdu
Güney azərbaycanlı milli-mədəni fəal, jurnalist-yazar İbrahim Rəşidi koronavirusa yoluxub.

Avrasiya.net xəbər verir ki, bu barədə İbrahim Rəşidinin İnstaqram hesabında məlumat dərc edilib.

Məlumata görə, fəal virusa yoluxduğu üçün Xiyav şəhərinin Vəliəsr xəstəxanasına yatırılıb.
Ərdoğan 3 çanta və qırmızı dosye ilə Rusiyaya getdi - Foto
Bu gün keçiriləcək Rusiya və Türkiyə prezidentlərinin Moskva görüşü bütün dünyanın diqqət mərkəzindədir.

Axar.az xəbər verir ki, Türkiyə lideri Moskva ziyarətindən əvvəl hava limanında 3 diplomatik çanta və qırmızı dosye ilə görüntülənib.

Bu görüşün Soçi razılaşmasından da vacib olduğu bildirilir.

Ərdoğanın rusiyalı həmkarı ilə görüşdə İdlibdə atəşkəsin əldə edilməsi üçün çalışacağı vurğulanıb.
İranın Azərbaycandakı səfirliyi açıqlama yayıbİranın Azərbaycandakı səfirliyi iki ölkə arasındakı sərhəd keçidlərinin son vəziyyəti ilə bağlı açıqlama yayıb.

Avrasiya.net-ə daxil olan məlumata görə, səfirlik 5 mart 2020-ci il tarixli açıqlamasında bildirir ki, son məlumatlara görə, iki ölkə arasında birbaşa uçuşlar dayandırılıb.
Azərbaycan rəsmiləri İran vətəndaşlarının Azərbaycan Respublikasını tərk etməyəsinə şərait yaradır, lakin İran vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasına icazə vermir.

Azərbaycan rəsmiləri həmçinin öz vətəndaşlarının İrana səfərinə icazə vermir, lakin İranda qalan vətəndaşlarının ölkəyə geri qayıtmasını təmin edir. Bu vətəndaşlar geri qayıdarkən tibbi müayinədən keçməli və koronavirusa yoluxma halları qeydə alınarsa, karantinə alınacaqlar.
Yük avtomobillərinin sərhəddən keçidi qismən təmin olunur və virusa yoluxanlar karantinə alınırlar.
Ümumilikdə, iki ölkə arasında gediş-gəliş əvvəlki kimi deyil. Eyni zamanda bildirmək lazımdır ki, İran vətəndaşları üçün təşkili nəzərdə tutulan bütün Novruz tədbirləri ləğv olunur.
Səfirlik İranda koronavirusun nəzarət altına alınmasının sərhəd əlaqələrinin normallaşmasına kömək edəcəyinə ümid edir və fürsətdən istifadə edərək, Azərbaycan xalqına can sağlığı və xoşbəxtlik arzu edir.
Putin Ərdoğanla razılaşmasa, ciddi itki verəcək - Strelkov
Rusiya və Türkiyə liderləri arasında görüşün ciddi nəticələri olacaq.

Axar.az xəbər verir ki, bunu qondarma Donetsk Xalq Respublikasının keçmiş “müdafiə naziri” İqor Strelkov deyib.

“Türkiyə və Rusiya arasında Suriyadakı birbaşa savaşa yarım addım qalıb. Əgər liderlər arasında razılıq olmasa, hərbi toqquşma qaçılmazdır”, – deyə o bildirib.

Strelkov Türkiyə ilə savaşa gediləcəyi təqdirdə Rusiyanın ağır itkilər verəcəyini söyləyib. O, bu itkilərin daha çox “Vaqner”in muzdluları arasında qeydə alına biləcəyini söyləyib.
İstanbuldan uçan təyyarədə koronavirus tapıldı
Türkiyənin İstanbul şəhərindən Sinqapura uçan Türk Hava Yollarına məxsus təyyarədə koronavirus aşkarlanıb.

Avrasiya.net xəbər verir ki, bunu Sinqapurun Səhiyyə Nazirliyi açıqlayıb.



Məlumata görə, martın 3-də İstanbul-Sinqapur reysində uçmuş təyyarənin sərnişinində koronavirus analizi pozitiv çıxıb. Bununla əlaqadar Sinqapur Səhiyyə Nazirliyi sərnişinləri müşahidə altına alıb. Təyyarə isə karantinə alınıb.
Bozoyan: Bu, Qarabağ savaşını başladacaq
Türkiyə və Suriya orduları arasında toqquşma Türkiyə-Rusiya münasibətlərində ciddi gərginlik yaradır. Bu, Qarabağa təsir edə bilər.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib. O, Aprel müharibəsinin də Rusiya-Türkiyə münasibətlərindəki eskalasiyanın nəticəsi olduğunu bildirib:

“Böyük dövlətlər arasında güclü gərginlik olanda onlar Liviya və Suriyada olduğu kimi bu gərginliyi daha kiçik tərəfdaşları vasitəsilə meydanlara ötürürlər. Əgər Rusiya-Türkiyə gərginliyi güclənsə, prosesin Qarabağa ötürüləcəyi ilə bağlı böyük təhlükə mövcuddur”.

Bozoyan Ərdoğan-Putin görüşünün müsbət nəticə verməyəcəyi halda Ankaranın Qarabağ məsələsini aktivləşdirəcəyini söyləyib:

“Regiondakı hazırkı gərgin situasiya sayəsində Ermənistan rəhbərliyi gərək bütün hərbi resurslarını konsolidasiya edib, müharibəni gözləsin”.
Türkiyədə deputatlar arasında əlbəyaxa dava - Video
Türkiyə Böyük Millət Məclisində AKP və CHP deputatları arasında dava baş verib.

Axar.az xəbər verir ki, CHP millət vəkili Engin Özkoç TBMM-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ağır sözlərlə təhqir edib.

AKP-çilər isə Özkoçun çıxışına etirazlarını bildiriblər, daha sonra söz davası əlbəyaxa davaya çevrilib.
Nazirin nazir qızı vəzifəsindən azad edildi
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Moskva vilayətinin mədəniyyət naziri vəzifəsindən azad olunub.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, N.Şirəliyeva yenidən Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postuna təyin edilib.

Moskva vilayətinin mədəniyyət naziri isə Xarlamova Elena Mixayılovna təyin olunub.