Azərbaycan İrana 5 milyon dollar yardım etdi
Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası hökuməti tərəfindən humanitar əsaslarla İran İslam Respublikasına 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib.

Bu bardə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Nazirlər Kabineti tərəfindən 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan bu vəsaitin ayrılmasına dair Sərəncam qəbul olunub.

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur. COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə iki ölkənin aidiyyəti nazirlik və dövlət qurumları sıx əməkdaşlıq edir.

Azərbaycan Respublikası COVİD-19 virusuna qarşı mübarizə çərçivəsində beynəlxalq birliyin səylərini dəstəkləyir, Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığını davam etdirir.
Baş infeksionistinin oğlu koronavirusa yoluxdu
Gürcüstanda koronavirusa yoluxanların sayı 12-yə çatıb.

Axar.az xəbər verir ki, bu məlumatı Gürcüstan Səhiyyə Nazirliyi yayıb.

Koronavirusa yoluxanların arasında Gürcüstanda Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinin rəhbəri, baş infeksionist Amiran Qamkrelidzenin oğlu Nikoloz Qamkrelidze də yer alıb.
Sankt-Peterburqda azərbaycanlı həmyerlisini 25 bıçaq zərbəsi ilə qətlə yetirdi
Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı amansızlıqla qətlə yetirilib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu gün səhər saatlarında şəhərin Kolpinsk rayonunun Trud 80 küçəsində “Kio Rio” markalı avtomobildə kişi meyiti tapılıb.

Avtomobilin sükanı arxasında 25 bıçaq xəsarəti almış 28 yaşlı Azərbaycan vətəndaşının olması müəyyən olunub. Ötən ilin yayında Rusiyaya gələn gəncin müşahidə kameralarına baxıldıqdan sonra öz həmyerlisi tərəfindən öldürlüdüyü aydınlaşıb.

27 yaşlı Azərbaycan vətəndaşı yolda həmyerlisi ilə mübahisə edib və sürücüyə 25 bıçaq zərbəsi vuraraqa öldürüb. O Rabfakovski döngəsində saxlanılıb. Hazırda faklta bağlı cinayət işi açılıb.
Rusiya istədiyinə nail oldu, Türkiyə isə... - Alman nəşri
Rusiya tərəfi danışıqların nəticəsi olaraq istədiyi hədəflərə çatdı.

Axar.az xəbər verir ki, bu sözlər Ərdoğan-Putin görüşü ilə bağlı alman nəşri “Döçləndfunk”da yayımlanan məqalədə əksini tapıb.

“Türkiyə regionun bir hissəsinə nəzarət edir, Rusiya hərbi poliisi isə buferzona yaradır. Belə ssenari ilyarım əvvəl Soçidə imzalanan razılaşmaya əsaslanır. Bu, Rusiyanın maraqlarına xidmət edir. Moskva istədiyini əldə edir”, - deyə məqalədə bildirilib.
Rusiya da İranla sərhədi bağladı
Rusiya hökuməti İrandan gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin dövlət sərhədindən buraxılışının dayandırılmasını qərara alıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiyanın Nazirlər Kabinetinin sərəncamında deyilir.

Qərar yeni tip koronavirusun yayılması ilə əlaqədar qəbul edilib və ona əsasən 7 Mart 2020-ci il tarixi, yerli vaxtla saat 00-dan müvəqqəti olaraq RF-nin dövlət sərhədindən əmək fəaliyyətini həyata keçirmək, təhsil almaq, həmçinin özəl, turist və tranzit məqsədləri ilə İran İslam Respublikasının ərazisindən gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə buraxılışı dayandırılır.

Qeyd olunur ki, məhdudiyyət Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin vətəndaşlarına, təyyarələrin ekipajlarına, rəsmi nümayəndə heyətlərinin üzvlərinə və RF-da yaşamaq icazəsi olan şəxslərə şamil edilmir.
Putin Əsədə məlumat verdi: Ərdoğanla razılaşma...
Rusiya Prezidenti Vladimir Putinlə suriyalı həmkarı Bəşər Əsədin telefon söhbəti olub.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin Ərdoğanla əldə edilən razılaşmalar barədə Əsədə məlumat verib və bildirib ki, bunların tətbiqi İdlibdə sabitliyin əldə edilməsində mühüm rol oynayacaq.

Əsəd də öz növbəsində rus-türk razılaşmasına müsbət yanaşdığını və terrorla mübarizə, Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlik səylərinə görə Putinə təşəkkürünü çatdırıb.
İrana səhiyyə vasitələrindən ibarət yardım göndərilib
İrana səhiyyə vasitələrindən ibarət yardım göndərilib
Azərbaycanın Nizami Gəncəvi Mərkəzi koronavirus (COVID-19) epidemiyası ilə mübarizəyə dəstək məqsədilə İran İslam Respublikasına səhiyyə vasitələrindən ibarət olan dörd bağlama humanitar yardım göndərib.

Bu barədə Avrasiya.net-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.





Bu günXəbərlər
Baxış sayı: 362
“Lotu Quli” Rövşən Lənkəranskinin düşməninə “oğru” adı verdiGürcü əsilli kriminal avtoritet Lekso Loquaya yenidən “qanuni oğru” adı qaytarılıb.

Rusiya KİV xəbər verir ki, 2 bundan əvvəl 2 dfə bu tituldan məhrum olunan avtoritetin taclandırılması İstanbulda keçirilib. Ona titulu Nadir Səlifov tərəfdarları ilə birgə qaytarıb.

Xatırladaq ki, Lekso Loqua 2016-cı ildə Rusiya və MDB kriminalitetinin lideri Zaxari Kalaşovun (Şakro Molodoy) göstərişi ilə “qanuni oğru” adından məhrum olunmuşdu. Bu Loquanın Rövşən Canıyev və Georgi Uqlava (Taxi) “qanuni oğru” adından məhrum edilməsin barədə “proqon” (oğrular arasında sərəncam) imzalamasına görə baş verib.

2018-ci ildə isə onu mənsub olduğu minqrel klanı “oğru” adından məhrum etmişdi.

Modern.az
Türkiyəli nazirə sui-qəsd planı deşifrə olduPKK terror təşkilatı Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varanka qarşı sui-qəsd planlaşdırıb.

Axar.az xəbər verir ki, Diyarbəkirdə saxlanılan “Botan Zağroz” ləqəbli Məhməd Qırıq adlı terrorçunun mobil telefonunda nazirin fotosu tapılıb. Terrorçu ifadəsində naziri snayperlə qətlə yetirmək istədiklərini bildirib.

Bundan başqa, saxlanılan daha 2 terrorçu İstanbulda şəhidlərin dəfn mərasimlərində və insanların daha sıx toplaşdığı yerlərdə də terror aktı törətməyi planlaşdırdıqlarını söyləyiblər.