Türkiyə ordusunu Ermənistana YERİDƏ BİLƏR - İrəvandan SENSASİYASuriyadan sonra Türkiyə ordusu Ermənistana yeridilə bilər. İrəvan bununla bağlı bütün qüvvələrini Türkiyə ilə sərhəddə səfərbər edir.

Avrasiya.net Axar.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı erməni hərbi analitik Mqer Akopyan deyib.

Espertin sözlərinə görə, Rusiyanın Gümrüdəki hərbi bazası Ermənistanın qərb sərhədini tam olaraq qorududuğu halda, şərq sərhədində ciddi problemlər var.

“Bizim türk ordusunun qarşısında dura biləcək gücümüz yoxdur və bu artıq dəqiqdir ki, Ankara Suriyadan sonra Ermənistan ilə “məşğul” olmaq niyyətindədir. Məhz bu səbəbdən Ermənistan hazırda bütün qüvvələrini şərq istiqamətinə yollayıb”, - deyə hərbi ekspert qeyd edib.
İrəvanda terakt baş verəcək - Dəqiq tarix yayıldı
Ermənistanın paytaxtı İrəvanda və digər şəhərlərdə terror aktları gözlənilir. Bu, Ermənistanda klanlararası müharibənin nəticəsi kimi ortaya çıxacaq.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Yerkir” qəzeti məlumat yayıb.

Nəşrin mötəbər mənbələrə istinadən yaydığı xəbərə əsasən, partlayışlar İrəvanda bir həftədən sonra baş verəcək:

“Terror aktları baş verən kimi Ermənistan hakimiyyəti düşməni kənarda axtaracaq, amma partlayışların arxasında elə özümüzünkülər duracaq. Bu, böyük klanlararası müharibənin nəticəsidir. Əsas məqsəd Paşinyan hakimiyyətinin iflic vəziyyətində, Ermənistan təhlükəsizlik sisteminin isə sıfır səviyyəsində olmasını ictimaiyyətə göstərməkdir”.
Deputatdan Ruhaniyə: Fövqəladə vəziyyət elan edin
İran Milli Məclisinin Mazandarandan seçilmiş deputatı Əli Məhəmməd Şairi Prezident Həsən Ruhaniyə məktub ünvanlayıb.

Axar.az xəbər verir ki, millət vəkili prezidentdən əyalətin fövqəladə vəziyyət elan edilərək, tamamilə karantinə alınmasını istəyib.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin son statistikasına əsasən, Mazandaran əyalətində koronavirusa yoluxanların sayı 620 nəfərdir.

İranlılar koronavirusdan qorunmaq üçün görün nə edirlər - DƏHŞƏTLİ FACİƏ
İranın Əhvaz şəhərində etanol spirti qəbul edən 10-a qədər insan həyatını itirib. Çox sayda insan ağır xəsarətlər alıb.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, yerli sakinlər arasında etanolun koronavirusla mübarizədə olduqca effektli olduğu barədə iddialar yayılıb.

Sakinlər məhz buna görə spirt qəbul ediblər. Yerli mənbələr ölənlərin sayının artacağından narahatdır.
İranda atışma: Naruyi öldürüldü
İranın Sistan-Bəlucistan əyalətində polis və silahlı qruplaşma üzvləri arasında atışma baş verib.

Axar.az xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Əfqanıstan-İran sərhədində baş verən insident zamanı Ceyş ül-Adl qruplaşmasının üzvü olduğu iddia edilən İlyas Naruyi öldürülüb.

Sözügedən şəxs bir neçə ay əvvəl İran hərbçilərinə qarşı sui-qəsd əmri vermişdi.

Qeyd edək ki, Ceyş ül-Adl İranda terror təşkilatı elan edilib.
İranda virusdan 194 nəfər ölübİranda koronavirusa yoluxanların sayı 6500-ü ötdü

İranda koronavirusdan ölənlərin sayı 190 nəfəri ötüb.

TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyinin və Tibbi təhsilin ictimaiyyətlə əlaqələr üzrə departamentinin rəhbəri Kiyanuş Cahanpur bildirib.

O, qeyd dib ki, ölkədə koronavirusa yoluxanların sayı 6,5 min nəfəri ötüb.

"Dünəndən koronavirusa 743 yeni yoluxma hadisəsi aşkarlanıb. Bununla da virusa yoluxanların ümumi sayı 6 566 nəfərə çatıb", - deyə Kiyanuş Cahanpur bildirib.

Nazirlik rəsmisi əlavə edib ki, virusdan 194 nəfər ölüb.

Daha əvvəl ölkədə 5 823 nəfərin virusa yoluxduğu, 145 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 100-dən çox ölkədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVİD-19 qoyub.
Köçəryan xəstəxanaya yerləşdirildi
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan xəstəxanaya yerləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyan məlumat yayıb.

“Köçəryan təzyiqinin düşməsi səbəbindən “Nairi” tibb mərkəzinə yerləşdirilib. Hazırda həkimlər onun burada nə qədər qalacağı ilə bağlı konsilium aparırlar”, - Soqomoyan bildirib.
Putinə eşq elan edən qadın görün kim imiş
Rusiya prezideni Vladimir Putinə eşq elan etmiş və ona ərə gemək təklifini dilə gətirmiş İvanovo sakini jurnalistlərə özü barədə danışıb.

«RİA Novosti» agentiyinin xəbərinə görə, qızın adı-soyadı Yuliya Şilovadır. O, etiraf edib ki, çoxdan Rusiya prezidentinə valehdir. Onun fikrincə, birinci xanım olmağı bacara bilər.

İyirmi səkkiz yaşlı «nişanlı» qeyd deib ki, Putinin dövləti necə idarə etdiyi onun xoşuna gəlir. Şilova Rusiya liderini iradəli, məqsədyönlü və güclü şəxsiyyət adlandırıb.

“Mən, çoxdan ona valehəm - işləri necə savadlı həll edir, beynəlxalq danışıqlarda necə arxayn dayanır...” - Şilova deyib.
Koronavirus İranın 100 şəhərinə yayılıbKoronavirus İranın 100 şəhərinə yayılıb.

Bunu İranın Koronavirusla Mübarizə Komitəsinin üzvü Həmid Suri İRNA-ya bildirib.

O bildirib ki, virusun yayılmadığı şəhərlərin giriş-çıxışına nəzarət tətbiq edilməlidir.

Qeyd edək ki, İranda 7 mart tarixinədək 5823 nəfər koronavirusa yoluxub. Onlardan 1669-u sağalıb, 145-i isə ölüb.


Xatırladaq ki, İranda mindən çox şəhər var.
Daha bir İran generalı öldürüldü İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı ali vəzifəli mənsublarından olan general Fərhad Dəbiriyan öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.

Bildirilib ki, paytaxt Dəməşqin Zeynəbiyyə bölgəsindən məsul olan Dəbiriyan ötən gecə qətlə yetirilib.

Komandanın ölümü ilə bağlı detallar açıqlanmayıb.

Qeyd edək ki, Dəbiriyan İŞİD terror təşkilatının antik Palmira şəhərini işğal etdiyi 2015-ci ildə bu şəhərin komandanı vəzifəsinə gətirilmişdi.

Xatırladaq ki, daha əvvəl SEPAH-ın "Qüds gücü" xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymani ABŞ ordusu tərəfindən öldürülmüşdü. Bu hadisədən sonra İranın bir neçə generalı qətlə yetirilmişdi.