Mənsimov FETÖ-yə görə həbs ediləcəyini bilirdi...İstanbul Respublika Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər İstintaq Bürosu tərəfindən başladılmış istintaq çərçivəsində “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov həbs edildi.

O, Fətullahçı Terror Təşkilatına (FETÖ) üzvlükdə və casusluqda ittiham edilir.

Mübariz Mənsimovun saxlanılma xəbərindən sonra bəziləri sosial şəbəkə hesablarından bu həbsin Azərbaycan dövlətinin sifarişi olduğunu yazdılar. Ötən gecə isə FETÖ ittihamı ilə saxlanılan Mübariz Mənsimov barəsində həbs-qətimkan tədbiri seçildi.

Əvvəlcə qeyd edək ki, Mübariz Mənsimov 13 ildir Türkiyə vətəndaşıdır. Türkiyə vətəndaşı olduqdan sonra Qurbanoğlu soyadını götürüb. Bütün əsas biznes işlərini Türkiyədə görüb, Türkiyədə vergi ödəyib.

Mənsimov özü də çox aktiv sosial şəbəkə istifadəçisidir. O, bir neçə ildir biznesdəki uğursuzluqlarının siqnalını verir, bunun üçün də sanki bu günü görürmüş kimi paylaşımlar edirdi. Həbsini siyasiləşdirmək üçün “Facebook” və “Instagram”ın imkanlarından istifadə edərək, bir müddətdir geniş auditoriyaya bunun mesajını ötürürdü. Bu həbsə siyasi don geyindirmək üçün var gücü ilə çalışırdı.

Mübariz Mənsimov hətta bunun üçün muzdlu jurnalistlər də tutmuşdu. O, birdən-birə jurnalistlərin dostu oldu və son iki-üç ildə onun həndəvərində bəzi jurnalistlər dolaşmağa başladı. Həmin jurnalistlər üçün, bəlkə də, nəhəng iş adamı statusu olan Mənsimovla görüş rəngli gəlmiş ola bilər. Yaxud biznes-sinif uçuşlar, beşulduzlu hotel nömrələri, bahalı restoranlarda yemək, üstəlik, yaxşı cib xərcliyi...

Bilmirik. Ancaq tək görünən budur ki, Mənsimov bu günün labüdlüyünü bilir və bunun üçün hazırlaşırdı.

Eldar Mahmudovun atasının adına gəmi üzdürən Mənsimov anidən Rəsulzadəçi, Elçibəyçi də oldu. Hətta köhnə bir gəmisini qaynaq etdirib, rənglədib, üstünə böyük hərflərlə “Məmmədəmin Rəsulzadə” də yazdırdı.

Mənsimov o qədər coşur ki, yanında işləyənlərin 70-80 faizinin Azərbaycan vətəndaşı olduğunu qeyd edir. Lakin unudur ki, Türkiyə qanunlarına görə, dörd Türkiyə vətəndaşı işlətməlisən ki, bir xarici vətəndaşı işə götürmə hüququn yaransın.

Mənsimov xeyirxah insan obrazındadır. Bəlkə də, elədir. Hətta o qədər xeyirxahdır ki, FETÖ kimi əliqanlı terror təşkilatına da yardım etməkdən çəkinməyib.

olke.az
Mübariz Mənsimov həbs olundu: son görüntüsü - VideoPalmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

FETÖ istintaqı çərçivəsində saxlanılan iş adamı barəsində həbs qərarı çıxarılıb. M.Mənsimov FETÖ-nun əsas isimləri – Akın İpək, Suat Yıldırım, Süleyman Uysal ilə vaxtaşırı telefon danışıqları aparmaqda ittiham olunur. Təşkilatın Rusiya imamı Əhməd Hamdi Vuralla da iş yerində görüşdüyü təsbit edilən Mənsimovun bu adamlar görüşlərində danışıqların dinlənilməməsi üçün siqnalkəsən “Jammer” alətindən istifadə edildiyi bildirilir.

Mübariz Mənsimovla birlikdə saxlanılan Palmali Şirkətlər Qrupunun meneceri Nuray Nurcahan Perker isə sərbəst buraxılıb.

Qeyd edək ki, iş adamı Mübariz Mənsimov bir neçə gün öncə İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılmışdı.

***

Türkiyə mediası M.Mənsimovun məhkəməyə gedərkən son foto və videosunu yayıb.

Müxalifət partiyaları birləşərək bir namizəd irəli sürəcəklər? - Əhməd İmamquliyev açıqlama verdi
"Yeni razılaşdırılmış sistem (120\30) təbi ki, bizi qane etmir. Lakin biz bütün müxalifət partiyaları ilə həmrəy olaraq bir şərtlə buna razılıq vermişik. Bu şərt isə bildiyiniz kimi, 20 iyun hadisələrindən sonra həbs olunan siyasi məhbusların azadlığa buraxılmasıdır".

Bu sözləri 24News.ge xəbər portalına "Avropalı Gürcüstan" partiyasının Marneuli nümayəndəliyinin rəhbəri Əhməd İmamquliyev deyib.

O bildirib ki, hazırki seçki sistemi ilə razılıq əldə olunsa da lakin ən önəmlisi seçkilərin bütünlüklə proporsianal seçki sistemi ilə keçirilməsidir:

"Təbi ki, bizim üçün və ölkə vətəndaşları üçün daha yaxşısı proporsianal seçki sistemidir elə buna görədə biz 'Gürcü Arzusu' partiyasını məğlub edərək bundan sonrakı seçkiləri proporsianal qaydada keçirəcəyik".

Ə.İmaquliyev müxalifət partiyalarının Marneulidə vahid namizəd irəli sürmə məsləsinə də aydınlıq gətirib:

"Digər sualınıza gəldikdə isə biz artıq razılaşmışıq bütün Gürcüstanda 30 majoritar seçki dairəsi var bunların hər birində həmtək olmuş müxalifət tərəfindən vahid namizəd irəli sürüləcək, bu 30 dairədən biridə Marneulidir. Təbi ki, biz partiya olaraq həmçinin mən Əhməd İmamquliyev hər hansı partiya və namizədin üzərində dayansaq biz onu dəstəkləməyə hazırıq. Biz inanırıq ki, bütün müxalif partiyaların liderləri də bu düşüncədədirlər ki, biz birlikdə 'Gürcü Arzusu' partiyasını məğlub etməliyik". -deyə Ə. İmamquliyev bildirib.
www.24news.ge
Paşinyan: Əsgərimiz it yeməyi yeyir
Bizim ordudakı situasiya barədə mənə məlumat veriləndə ilk emosional reaksiyam kabineti tərk etmək arzusu idi, çünki fəlakətli vəziyyət idi.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bunun barəsində indi danışmaq yaxşı deyil, amma nümunələr gətirəcəyəm. Serj Sərkisyan özü də bu nümunəni gətirir və deyirdi ki, oğlanlarımız 80-ci illərin silahlarıyla savaşırdılar. Əgər siz Qarabağın qoruyucuları idinizsə, niyə ordumuz 80-ci illərin silahlarıyla döyüşürdü? Əgər siz Qarabağın qoruyucuları idinizsə, niyə 2018-ci ilin vəziyyətinə əsasən, Qarabağ və Ermənistanın dağılmış hava hücumundan müdafiə sistemi vardı? Belə dağılmış sistemlə Qarabağı saxlayırdınız? Ayılar və itlər üçün nəzərdə tutulan qida ilə əsgərlərimizi təchiz edirdiniz ki, onlar Qarabağı qorusunlar? Serj Sərkisyan əsgər üçün nəzərdə tutulan yeməyi nə vaxtsa yeyibmi? 2018-ci ilin mayında cəbhəyə gedəndə mənə əsgər yeməyi verdilər, bir saat yarım sonra qıcıqlanmadan nə edəcəyimi bilmirdim”, – deyə o bildirib.

Paşinyan Sərkisyan, Robert Köçəryan, Qagik Xaçatryan, Qagik Bəyləryan, Aram Arutyunyan və digərlərindən oğurlanmış pulları qaytarmasını tələb edib.
İranda sutka ərzində 1075 nəfər koronavirusa yoluxub - 75-i isə ölüb İranda ötən sutka ərzində 1 075 nəfər yeni koronavirusa (COVID-19) yoluxub. Bu barәdә İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi mәlumat verib. Nazirliyin mәtbuat xidmәtinin müdiri K.Cahanpurun sözlərinə görə, ümumilikdə İranda bu virusa yoluxanların sayı 10 075 nəfərə çatıb. Ötən sutka ərzində 75 nəfərin virus nəticə öldüyünü deyib. Nazirlik rəsmisi əlavə edib ki, ümumilikdə İranda yeni koronavirusdan ölənlərin sayı 429 nəfərə çatıb. Ümumilikdə bu günədək 3 276 nəfər sağalıb.
Azərbaycanlı və gürcü gənclər arasında kütləvi dava
Gürcüstanın Qardabani rayonunda yerli azərbaycanlı və gürcü gənclər arasında kütləvi dava olub.

Report xəbər verir ki, hadisə martın 10-da axşam saatlarında Satiçala Muğanlısı kəndində baş verib.

Gənclər arasında yaranan qarşıdurmaya xırda mübahisə səbəb olub. Dava zamanı bir neçə azərbaycanlı gəncə daşla yüngül xəsarətlər yetirilib, bir gürcü gənc isə bıçaqlanıb.

Bıçaqlanan şəxsin xəsarətləri ağır olmayıb və vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Polis insidentlə bağlı araşdırma aparır.

Kənd sakinləri bildiriblər ki, hadisənin axşamı tərəflər arasında artıq barışıq əldə olunub. Onlar gənclər arasında qarşıdurmanın milli zəmində olmadığını qeyd ediblər.

Kreml Rusiya-Belarus ittifaqını yaratmaq istəyir
Kremlin hazırda prioriteti Rusiya-Belarus İttifaq dövləti yaratmaqdır. Bu məsələ həll edildikdən sonra Ukrayna Rusiyanın 1 nömrəli hədəfinə çevriləcək.

Axar.az xəbər verir ki, bunu rusiyalı hüquq müdafiəçisi Mark Feyqin deyib. O, həmçinin Belarusun hərbi işğalı imkanlarını da istisna etməyib. Onun sözlərinə görə, Putin hələlik Lukaşenkonu iki dövləti könüllü şəkildə birləşdirməyə razı salmağa cəhd edir:

“Bu məsələ demək olar ki, hər gün müzakirə edilir. Moskvanın mövqeyi bəllidir. Moskva həmçinin ittifaq dövlətində hər iki ölkənin vətəndaşları tərəfindən seçilən prezident üsul-idarəsini tətbiq etmək istəyir. Aydındır ki, bu vəzifəyə Putini gətirmək istəyirlər”.

O, Belarusun işğalının Rusiya üçün çətin olmadığını deyib:

“Belarus prezidentinə buna razılıq verilməsi üçün güc tətbiqi variantları da müzakirə oluna bilər. Lukaşenko hələlik müqavimət göstərir. Hərbi variant istisna edilmir. Unutmayaq ki, Belarusda Rusiya hərbi bazaları var, sərhədlər isə Rusiya-Belarus hərbi hissələri tərəfindən mühafizə olunur. Bunun üçün Belarusu işğal etmək Rusiya üçün elə də çətin vəziyyət yaratmayacaq”.
Türkeşin Azərbaycana göndərdiyi kəşfiyyatçı – Gizli tapşırıqAbdullah Çatlı həyatı boyu bir çox saxta pasport və ya adla səfərlər etmişdi: Mehmet Özbay, Mehmet Saral, Hasan Kurtoğlu, Şahin Ekli… Saxta pasport düzəltmə məsələsində peşəkar olan Abdullah Çatlı Türkiyə, Azərbaycan və dünyanın bir çox ölkəsində anti-terror əməliyyatlarına başçılıq etmişdi. Təsadüfi deyil ki, o, erməni “ASALA terror təşkilatını çökdürən kəşfiyyatçı” kimi adını tarixə yazdırıb. Habelə peşəkar karateçi olan Çatlı ingilis dilində də səlis danışırdı. Eyni zamanda “Kurtlar Vadisi” serialındakı Polat Alemdar obrazının prototipidir.

Teleqraf.com türk kəşfiyyatçı Abdullah Çatlı haqda yazını təqdim edir.

“Türkiyənin Al Kaponesi” adlandırılan Çatlı kimisinə görə mafiya lideri, kriminal avtoritet, kimisinə görə kəşfiyyatçı, hərbçi, polis, kimisinə görə isə siyasətçi, dövlət adamı idi. Lakin kim olmasından asılı olmayaraq, Türkiyə üçün həyati əhəmiyyət kəsb edən əməliyyatlar və döyüşlərin ön cərgəsində yer almışdı.

Qalayçı bir qocanın nəvəsi olan Çatlı kiçik bir əsnaf olan yoxsul kişinin beş övladından ən böyüyü idi. Hələ kiçik yaşlarından ülküçü ocaqlarına üz tutan Çatlı o illərdə karate və taekvando ilə maraqlanır. İyirmi bir yaşında Başbuğ Türkeşin istəyi ilə millətçilərin kommunistlərlə mübarizəsində Ülkü Ocaqları Dərnəyinin Ankara şöbəsinin başına keçən Çatlı məşhur “Rəis”ləqəbini də burada alır. Həmin illərdə gizli bir əl onu sürətlə Türkiyənin ən böyük davalarının ön cərgələrinə çəkir, qitədən-qitəyə, ölkədən-ölkəyə bu mübarizənin komandanına çevirir. Bu məqsədlə türk kəşfiyyatının və ya Dərin dövlətinin Türkiyə və xarici ölkələrdəki gizli mərkəzlərində xüsusi təlimlərdən keçir. Kürd və erməni terrorizminə qarşı mübarizə onun ən yaxşı bildiyi iş idi. Peşəkar bir əməliyyatçı kimi Kosta Rikada yetişdirilmişdi.

1970-ci illərdə Muhsin Yazıcıoğludan sonra təşkilatda Alparslan Türkeşin ikinci adamı idi. Həmin illərdə İstanbulda Fəhlə Partiyasının 7 üzvünün öldürülməsi ilə yadda qalan qanlı olayın təşkilatçısı, 1978-ci ildə İstanbul Universitetində baş verən partlayışın iştirakçısı kimi adından söz etdirməyə başladı. Üstəgəl Abdi İpəkçi cinayətinin pərdəarxasında görünən silueti idi.

“Apo” hədəfdə

Kənan Evrənin 12 Sentyabr qiyamından sonra həmin gizli əl onu sıravi bir dövlət məmuru qiyafəsində Türkiyədən kənara çıxardı. Lakin ölkə xaricində yenə tapşırıqlar alır, ASALA terror təşkilatına qarşı başlayan anti-terror əməliyyatlarının başında yer verilir. ASALA-nın saysız terror aktlarının qarşısını alan Çatlı çox sayda türk diplomat və vətəndaşını ermənilərin hədəfindən xilas etmişdi. Təşkilata qarşı keçirdiyi 30-dan çox əməliyyatın hamısı uğurla başa çatdırılmış, çox sayda terrorçu məhv edilmişdi. Lakin yenə də Abdullah Çatlı ard-arda baş verən bu olaylarda üzü görünməyən sirli bir fenomen idi. Amma buna baxmayaraq, bəzi çevrələrdə adı mütəşəkkil cinayətkar dəstənin və ya mafiya lideri kimi çəkilirdi. 1984-cü ildə Fransada narkotik ticarəti ittihamı ilə həbs edilib İsveçrəyə göndərilsə də, Çatlı buradan Türkiyəyə qaçırılaraq xilas edilir.

Abdullah Çatlı Tansu Çillərin Baş nazirliyi dövründə PKK terror təşkilatının lideri, “Apo” ləqəbli Abdullah Öcalana qarşı hazırlanan nəticəsiz sui-qəsd planında da yer almışdı. İddiaya görə, bu məqsədlə Suriya, Livan və İsraildə 50 milyon dollar xərcləmişdi.

Papaya sui-qəsd planı

Abdullah Çatlının özü hər nə qədər burada yer aldığını deməsə də, dönəmin Avropa mediasında 1985-ci ildə Roma papasına qarşı hazırlanan sui-qəsdin təşkilatçısı kimi təqdim olunurdu. Həmin iddiaya görə, sui-qəsdin müəllifi Abdullah Çatlı, əsas dəstəkçilərindən biri isə yaxın dostu Oral Çelik idi.

Sui-qəsddən sonra italyan prokuror Almaniyada Çatlının dostu Yalçın Özbəylə əlaqə saxlayır, pul müqabilində onun əleyhinə ifadə verməyə razı salır. Sui-qəsd planının digər kilid siması isə Mehmet Əli Ağca idi. Çatlı məhkəmədə Ağcanın sui-qəsdi bolqar kəşfiyyatının adına işlədiyini bildirərək, olay vaxtı Oral Çelikin yanında olduğunu və onun bu hadisə ilə əlaqəsinin olmadığını bildirir. Yekun nəticədə Ağca Çatlı əleyhinə verdiyi ifadəni geri götürmək məcburiyyətində qalır.

“Arat” əməliyyatları

“Susurluk” hesabatında dövlət sirri adıyla açıqlanmayan səhifələrdə Abdullah Çatlının Kənan Evrən dönəmində xarici ölkələrdə erməni terror təşkilatlarına qarşı əməliyyatlarda iştirak etdiyi bildirilir. Hesabata görə, anti-terror əməliyyatları “Arat” adı ilə şifrələnmişdi.

Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) sözügedən hesabatında Abdullah Çatlının iştirak etdiyi əməliyyatlardan bəhs olunur. Çatlı ilə “Arat” əməliyyatları çərçivəsində 1983-cü il oktyabrın 22-də əlaqə saxlanılıb. Razılaşmadan sonra planlar açıqlanıb. Əməliyyatların ilkin mərhələsinə ASALA terrorçusu Ara Toranyanın avtomobilinə bombanın yerləşdirilməsi, Erməni Gənclər Təşkilatının Marsel şəhərindəki binasının partladılması, Parisdə terrorçu Henri Papasyanın avtomobilinə bombanın yerləşdirilməsi, Alfortvildə erməni abidəsi, Erməni Gəncləri Təşkilatının partladılması daxil idi. Erməni terror təşkilatları və terrorçularını hədəf alan əməliyyatlar 1984-cü ilin sonu – Çatlı Parisdə narkotik ticarəti ittihamı ilə həbs edilənədək davam etmişdi.

Əməliyyatlar Çatlı və komandasına bağlı olmayan qruplar tərəfindən də aparılırdı. 1982-ci ildə Hollandiyanın Utrext şəhərində terrorçu Nübar Yalımyanın qətli, 1983-cü ildə Hollandiyada Erməni Gənclər Təşkilatının binası və şöbələrinə silahlı basqınların edilməsi, həmin il Fransanın Alfortvill şəhərində ASALA-nın mətbuat bürosunun partladılması, habelə sözügedən təşkilatın Marsel şəhərindəki binasının bombardman edilməsi, 1984-cü ildə Alfortvildə bu təşkilatın şöbəsinin partladılması, 1985-ci ildə adı açıqlanmayan bir erməni terrorçusunin öldürülməsi, Lionda terrorçu Ayk Dəyirmançıoğlunun öldürülməsi və digər addımlar daxil idi.

Çatlının kəşfi

MİT-in Çatlını necə kəşf etməsi hələ də müzakirə mövzusudur. Bu barədə faktlar hökumət səviyyəsində keçirilən toplantılarda dilə gətirilsə də, arxivlərdə bununla bağlı məlumatların olmadığı iddia edilir. Çatlının 1980-ci illərdə MİT-lə əlaqəsi olmayan Hiram Abbas tərəfindən Haluk Kırcı və bəzi ülküçülər vasitəsilə erməni terrorizminə qarşı xarici ölkələrə göndərildiyi bildirilir. MİT-in Alpay adlı bir keçmiş əməkdaşı bu barədə olan iddianı təkzib etməmişdi. Məlumata görə, Çatlının rəhbərlik etdiyi komanda erməni terrorizminə qarşı Türkiyənin mərhum prezidenti Kənan Evrənin təlimatı ilə qurulmuşdu. Yəni təşkilatçılıq o dönəmdə prezident səviyyəsində planlaşdırılmış və əməliyyatların ilkin mərhələsində MİT-ə həvalə olunmuşdu. Amma ASALA üzvləri və obyektlərinə hücumlardan sonra Çatlıya MİT tərəfindən tələ qurularaq, Fransada həbs olunduğu, daha sonra İsveçrəyə aparıldığı iddia edilir. 1984-1990-cı illərdə Fransa və İsveçrə həbsxanalarında yatmışdı. Amma onun İsveçrə həbsxanasında hansı formada qaçdığı indi də müzakirə mövzusudur. Çatlıya kimlərin və ya kimin yardım etdiyi öz naməlumluğunu qoruyur. Türkiyəyə qayıtdıqdan sonra isə hüquq mühafizə orqanlarının xüsusi qorunması altına alındığı iddiası var. O, hələ də xarici ölkələrdə erməni terrorizminə qarşı bir silah kimi öz əhəmiyyətini qoruyurdu. Habelə Türkiyəni daxildən parçalamaq istəyən kürd terror təşkilatlarına qarşı mübarizədə...

Ayrı-ayrı vaxtlarda Kürdüstan Milli Xilaskarlar, PKK, Sosialist Partiyası, TKB/B kimi terror təşkilatlarının üzvləri və tərəfdarlarının zərərsizləşdirilməsi üçün aparılan əməliyyatlarda yer alması, Çatlı üçün nəzərdə tutulan poliqonun daha geniş olduğunu göstərirdi.

Azərbaycana gəlişi

Abdullah Çatlının ilk dəfə Azərbaycanda görünməsi Dağlıq Qarabağda Ermənistan işğalının başladığı illərə təsadüf edir. Çatlının erməni terrorizminə qarşı əməliyyatlar çərçivəsində Azərbaycana göndərildiyi iddia olunur. “Milliyət” qəzetinin 1997-ci ildə dərc etdiyi bir məqalədə, Çatlının həm mərhum prezident Əbülfəz Elçibəyə qarşı qiyam qaldırmış polkovnik Surət Hüseynov, həm də erməni işğalçılarına qarşı mübarizə məqsədilə Azərbaycana göndərildiyi bildirilir.

İlk səfərlərindən biri isə ermənilərin 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı soyqırım törətməsindən təxminən üç həftə sonraya – martın 16-na təsadüf edir. Növbəti səfər tarixi isə Hüseynovun qiyamından sonraya düşürdü. Lakin qiyamdan sonra Elçibəyin Kələkiyə getməsi ilə Çatlı Türkiyəyə qayıdır. “Milliyət”in iddiasına görə, Çatlı qiyam vaxtı ülküçü bağları ilə özünə yaxın bildiyi Elçibəyə dəstək vermişdi. Amma Elçibəy sonrakı illərdə “Yeni Ufuk” qəzetinə verdiyi müsahibədə Abdullah Çatlı adında birini tanımadığını, Türkiyədən Azərbaycana ermənilərə qarşı mübarizə və bu məqsədlə hərbçilərə təlim keçmək üçün gəlmiş Mehmet Özbay adlı bir nəfərlə tanış olduğunu, onun razılıq verməsindən sonra “Özbay”ın dörd ay hərbi təlim keçdiyini demişdi.

Elçibəyin sözlərinə görə, Mehmet Özbay, yəni Abdullah Çatlı Azərbaycana gələndə əlində 30 ermənin adının yer aldığı bir siyahı vardı:

“Prezident olarkən Bakıdaydım, əvvəlcədən tanıdığım və erməni dəstələrinə qarşı döyüşən iki dostum yanıma gəldi. Türkiyədən bir qonaqlarının olduğunu dedilər. Kim olduğunu soruşanda adının “Mehmet Özbay” olduğunu söylədilər. Üç-beş dəqiqə ayaq üstə danışdıq. Özbay mənə erməni dəstələrinə qarşı savaşmaq üçün gəldiklərini dedi. Əlində erməni düşərgələrinin koordinatı və otuz nəfər erməninin adının yer alıdığı siyahı vardı. Ona “Bunu etmə, səni öldürərlər, sonra da Türkiyə vətəndaşı burada öldü deyərlər, diplomatik problem yaranar” dedim. Ona dedim ki, sən bizə düşərgələr haqda məlumat ver, qüvvələrimizə təlim keç. Amma bir daha onu görmədim. O hərbçilərimizə təlim verdi, ya yox – bunu bilmirəm. Sonradan əldə etdiyim məlumata görə, bölgələrdən birində əsgərlərimizə təlim keçib”.

Türkeşin Qarabağ planı

Həmin dövrdə Türkiyədən gələn ülküçülərin qurduqları təlim düşərgələrində xüsusi əməliyyat qruplarının yaradıldığı və Qarabağ savaşında Ermənistanda əməliyyatlar keçirdiyi haqda iddialar var. Bu əməliyyatlarda Türkiyədən gələn bəzi ülküçülərin həlak olduğu bildirilir. Bu iddiaya görə, həmin düşərgələr Bakı və Tovuzda, yəni Ermənistanla sərhədlərdə Alparslan Türkeşin təlimatı ilə qurulmuş, İrfan Özcan, Mustafa Yenişəkər və Atilla Kaya bu məqsədlə Azərbaycana göndərilmişdi. Bakıdakı tabora Yusuf Arpacık, Tovuzdakına isə Seyfi Bəy komandanlıq edirdi. Abdullah Çatlının gəlişi də bu dövrə təsadüf edirdi.

Məzarındakı iki bayraqdan biri

Abdullah Çatlı 1996-cı il oktyabrın 3-də Balıkəsirin Susurluk qəsəbəsində avtomobil qəzasında həyatını itirdi. Qəza haqda bir sıra sui-qəsd nəzəriyyələri var. Bunlardan birinə görə, qəzaya səbəb əyləc sisteminin əvvəlcədən sıradan çıxarılması olmuşdu. Yəni bu qəzanın bir sui-qəsd olduğu bildirildi. İddia hər nə qədər öz təsdiqini tapmasa da, bunun arxasında PKK və erməni terror təşkilatı, habelə Qərb kəşfiyyatının adı hallandırılır.

Yaşadığı dövrdə bir türk millətçisi olan Abdullah Çatlı Azərbaycan sevdalısı bir insan kimi də anılır. Təsadüfi deyil ki, məzarının üstündə Türkiyə ilə bərabər dalğalanan iki bayraqdan biri Azərbaycanındır.
Ərdoğan o videodan danışdı: Putin bizi maşına qədər ötürdü
Türkiyə-Rusiya əlaqələri media manipulyasiyalarına qurban verilə bilməz.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin onu dəhlizdə gözlətməsi ilə bağlı iddialara münasibətində deyib.

“Putin bizi avtomobilə qədər ötürdü. Əlbəttə, niyyət pisdirsə, bunu yazmazlar. Qəsdlə hər hansı hərəkətdən söhbət getmədiyini, özləri də (Rusiya tərəfi) bu hərəkətdən narahat olduqlarını açıqladılar.

Putinin iş otağı o biri tərəfdədir, biz isə digər tərəfən gəlib ortaq nöqtədə görüşürük”, – deyə türk lider bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəhlizdə gözlətməsi barədə iddianı “Rossiya-1” yayıb. Putin özü isə bu məlumatı "hörmətsizlik" adlandırıb.

Makron və Merkel Türkiyəyə gəlirFransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel martın 17-də Türkiyəyə səfər edəcəklər.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüssel səfərindən qayıdarkən deyib.

Bəzi AB dövlətlərinin miqrant uşaqları qəbul etməsi ilə bağlı qərarını dəyərləndirən Türkiyə lideri bunun yeni bir mövzu olmadığını bildirib.

“Əgər Böyük Britaniyanın Baş naziri Boris Conson da gələ bilsə, dördtərəfli zirvə toplantısı olacaq”, – Ərdoğan vurğulayıb.