Mənsimova cinayət işi açıldı: FETÖ ilə əlaqələr... - İnanılmaz
Mənə qarşı çox çirkin oyun qurulur. Məni terrorla, FETÖ terror təşkilatı ilə əlaqədə və casusluqda yalandan ittiham edərək, günahlandırmaq istəyirlər. Bunu edənlər öz maraqlarını reallaşdırmaq istəyənlərdir.

Axar.az xəbər verir ki, bu sözləri öz İnstaqram səhifəsində azərbaycanlı iş adamı Mübariz Mənsimov paylaşıb.

“Keçmiş satılmış işçilərimizi, bəzi hakimləri, dövlət adamlarını satılan mal kimi alıblar. Onlar da mal kimi pul qulu olublar, özlərində nə şərəf, nə namus qoyublar. Oğrular, xainlər və FETÖ-çular bir tərəfdə qalıb, bunlar məni ağlın qəbul etmədiyi şeylərlə günahlandırırlar. Bütün bunlara gülüb keçirəm. Bir zamanlar o xocanın (Fətullah Gülən) arxasınca qaçanlar indi mənə iftiralar atırlar. Bunların hamısı yalan və uydurmadır və bunları asanlıqla sübut etmək heç də çətin deyil. Onlar bunu ediblər və bir gün bunun cəzasını çəkəcəklər. Bədbəxtlər, hələ də anlamırsınız ki, sahibləriniz sabah sizi də satacaqlar. Məni ən çox kədərləndirən bu satılmışların arasında soydaşlarımın da olmasıdır. Məni düşmənmi sayırsınız? Mən düşmən deyiləm. Bilin ki, etdiyiniz şərəfsizliyi düşmən belə etməzdi. Bu məni dərindən yaralayıb. Mənə FETÖ-çu deməkdənsə, öz keçmişinizə və övladlarınızın harada təhsil aldığına baxın”, – deyə o bildirib.

Qeyd edək ki, Mənsimov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan və qardaşı Mustafa Ərdoğanla sıx əlaqələrə sahibdir. Bundan başqa onun AKP-nin üzvü, keçmiş daxili işlər nazir Məhməd Ağarla da biznes əlaqələri mövcuddur. 1998-ci ildən Türkiyədə yaşayan Mənsimov 2007-ci ildə Türkiyə vətəndaşlığı alıb.

Rus alimdən şok: Ermənilər türklərə bu cür xəyanət etdi - VideoRusiyalı məşhur tarixçi alim, şərqşünas Andrey Zubovun mühazirə zamanı dedikləri sosial şəbəkələrin rusdilli auditoriyasında böyük rezonans doğurub.

Zubov Osmanlı İmperiyası barədə mühazirə deyərkən, o dövrlər ermənilərin türklərə qarşı satqınlıq etdikləri vurğulayıb.

Alim faktlara əsaslanaraq qeyd edib ki, türklərin ermənilərə kömək və dəstək olduğu dönəmdə belə ermənilər gizli yollarla silahlanaraq, rusların hücumu zamanı silahlarını türk ordusuna tuşlayıblar:

“Daşnaklar öz istədiklərinə əvvəl-axır nail oldular. Onların əsas istəyi türk torpaqlarında erməni dövləti yaratmaq idi. Əvvəlcə ermənilər türklərə qarşı düşmənçilik etdi. Onlar Ənvər Paşaya və bütün Osmanlı İmperiyasına xəyanət etdilər. Bunun adı cinayətdir. Siz təsəvvür edin, o dövrlərdə sadə müsəlmanlar minlərlə erməniyə qucaq açıb, öz evinə salmışdı. Bunu ermənilərin özləri də qeyd edirdilər. Tarixdə belə hallar nadir olur. Türklər minlərlə xristianı xilas edib. Sizcə, biz ruslar bu hərəkəti çeçenlərə və yaxud Krım tatarlarına qarşı etmişik? Fikirləşin...” - alim qeyd edib.

Axar.az sözügedən mühazirənin videosunu təqdim edir:

ABŞ bazasına hücumun yeni detalları... – SEPAH anons etdiİran Silahlı Qüvvələri, tezliklə, ABŞ-ın Eyn əl-Əsəd bazasına raket hücumunun yeni detallarını açıqlayacaq.

Axar.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə deyib.

“Çox şey hələ açılmayıb. Biz xalqa bu hücum barədə hər şeyi açmaq üçün iclas keçirmək istəyirik. Amerikalılar hücum zamanı İrandan elə də böyük olmayan şillə aldılar”, – deyə o bildirib.
Sünnilərin mədəniyyəti yox edilir - İrana bağlı silahlı qruplar...İrana bağlı silahlı qruplar Suriyada sünnilərin mədəniyyətini sıradan çıxarırlar.

Teleqraf.com xəbər verir ki, Əsəd rejimi və İran tərəfindən dəstəklənən terrorçu qruplar sünnilərin yaşadığı Deyrizorda məscidləri hüseynilərə - mədrəsələrə çevirir, azanı isə öz üslublarında oxutdururlar.

Qeyd edək ki, bundan əvvəl İrana bağlı qruplar İraq sərhədində də mülki insanlara aid bəzi evləri müsadirə edərək, şiə inancına ibadət etmək məqsədilə mədrəsələrə çevirmişdilər.

Son xəbərə görə, İrana bağlı şiə silahlı qrupları Deyrizorun Mayadin, Əbu Kamal və Sıbayhan rayonlarında azanın oxunma formasını dəyişdirib, ardınca Məscid əl-Mədrəsə, Məscid Kəbr, Məccid Rəhman və bazar məscidini mədrəsəyə çevirərək şiəliyi təbliğ edirlər.
Türk ordusu SEPAH-ın generalını, yüzlərlə əsgəri məhv etdi - FOTOİdlibdə Rusiya və İran dəstəkli rejim ünsürləri ilə Türkiyə arasındakı qarşıdurmalar şiddətlənib. Sərakibdəki “Trenbe” müşahidə məntəqəsində 7 türk əsgəri və 1 hərbi işçinin şəhid edilməsindən sonra Türkiyə Silahlı Qüvvələri (TSQ) və müxaliflər ötən gündən etibarən hərbi gücünü nümayiş etdirməyə başlayıb. Bu çərçivədə “Ma’ar Hitat” müşahidə məntəqəsinin ətrafında Xan Şeyxuna gedən quru yolu bağlanıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “İdlibdə əsgərlərimizə qarşı hücumlar Türkiyə mövqeyindən Suriyada yeni bir dövrün miladıdır” sözləri döyüş meydanına da əks olunub.

Publika.az xəbər verir ki, Astanda imzalanan “gərginliyi azaltma bölgəsi” razılaşmasını heçə sayaraq 2,5 ildə 2 mindən çox yaşayış məntəqəsini ələ keçirən, 60 min kilometrdən çox yeri öz ərazisinə qatan Bəşər Əsəd rejiminin qarşısını almaq üçün tədbirlər sürətləndirilib.

SEPAH-ın komandanı öldürüldü

İnsidentlərin mərkəzi nöqtəsi Sərakib olub. Ağır rus bombardmançıları ilə bir neçə kiçik yaşayış bölgəsini ələ keçirən rejim bölgədə yeni qurulan 4 türk müşahidə məntəqəsini mühasirəyə alaraq “Mehmetçik”i təxliyəyə məcbur edib. Lakin TSQ geri addım atmayıb və hücumlara cavab verib. İdlib və Hələb sahili ilə Təl-Rıfatda hərəkətli olan rejim ünsürləri top atışları ilə səhərə qədər atəş altında saxlanılıb. Sərakibin şimal-şərqindəki Əl Duveyrdə rejimin tankları məhv edilib. Yerli qaynaqlar sadəcə burada 15 rejim əsgərinin öldüyünü bildirir. Təl-Rıfatda rejimin toplanış məkanı və əməliyyat otağı havaya uçurulub. Çox sayda ölü və yaralı var. Əl Nəyrab kəndində hücuma hazırlaşan onlarla iranlı və livanlı Hizbullah milisi olduqları yerdə zərərsizləşdirilib.

TSQ və müxaliflərdən ağır zərbələr alan rejim itkilərini gizlədir. Dəməşqə yaxın qaynaqlardan verilən məlumatda ölənlər arasında İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-polkovnik Usamə Mahmud İbrahim, komandan Basil Həsən Yunusun olduğu bildirilir. Müxalif qaynaqlar isə İran və Əsəd qüvvələrinin son 1 ayda ən az 500 nəfər itki verdiyini deyir.

TSQ-dan strateji addım

Cəbhə xəttində döyüş davam edərkən Türkiyə Silahlı Qüvvələri daha bir strateji addım atıb. İdlibdən 17 km məsafədə yerləşən Taftanazda yerləşən hərbi hava limanı TSQ bazasına çevrilib. İdlibin şimalındakı Kəfərlusin sərhədindən Suriyaya girən çox sayda tank, top və zirehli avtomobillər bu bazada yerləşdirilib. Komando və xüsusi təyinatlılar bu bazada xidmətə başlayıb. Rejim buraya hücum etsə də, cavab atəşi ilə susdurulub.
Ermənistan ordusunda DƏHŞƏT: 633 əsgər öldü...İşğalçı Ermənistan ordusunda itkiləri hər keçən gün artır.

Publika.az xəbər verir ki, fevralın 5-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisindəki erməni hərbi hissələrinin birində erməni əsgər silahla özünü vurub. Buna səbəb hərbi xidmətin dəhşətli şərtlər altında aparılması, ordudakı özbaşınalıq və qanunsuzluq, xüsusilə erməni əsgərlərin Qarabağda hərbi xidmət keçmək istəməməsidir. Özünü vuran əsgərin məqsədi də hərbi xidmətdən imtina etmək olub.

Helsinki Vətəndaş Assambleyası Vanadzor ofisinin rəhbəri, hüquq müdafiəçisi Artur Sakuns Ermənistan ordusunda acınacaqlı vəziyyətin davam etdiyini bildirib.

“Bizim araşdırmalarımıza görə, 2010-2019-cu il əırzində Ermənistan və Qarabağdakı hərbi hissələrdə 633 ölüm hadisəsi qeydə alıbnıb. Onlardan 249 nəfəri atəşkəs rejiminin pozulması nəticəsində ölüb, 89-u intihar edib, 72-si isə qətl, yaxud digər səbəblərdən. Rəsmi rəqəmlərdə bu, olduqca aşağı göstərilir”, - o bildirib.

Sakuns hesab edir ki, Qarabağdakı erməni əsgərin özünə silahla xəsarət yetirməsinin səbəbləri araşdırılmalıdır: “Aydınlaşdırmaq lazımdır ki, əsgəri bu addım atmağa nə vadar edib, psixoloji vəziyyəti necə olub, hansı təzyiqlərə məruz qalıb. Özünə xəsarət yetirmək hərbi xidmətdən qaçmaq üçün edilibsə, bu psixoloqların işidir, yaxud başqa hansı motivlərin olduğu araşdırılmalıdır”.

Bu günlərdə Ermənistan ordusu ilə bağlı ortaya çıxan bir fakt cəmiyyətdə etirazlara səbəb olub. Məlumatlara görə, işğal altındakı Qarabağda “elit hərbi hissə” fəaliyyət göstərir. Bu hərbi hissədə varlıların və məmurların övladları hərbi xidmət keçir. Hərbi hissədə ciddi özbaşınalığın olduğu deyilir. Əsgər Artuq Abcamyanın öldürülməsi “elit hərbi hissə” ilə bağlı faktları ifşa etdi. Abcamyan digər əsgərlərlə dava zamanı öldürülüb, lakin hələ də cinayət qanuna uyğun olaraq araşdırılmır və əsgərin intihar etdiyi iddia olunur.

Eməni şərhçi Tevos Arşakyan yazır ki, orduda döyüşsüz itkilərin sayı sürətlə artır və bu problem həm keçmiş hakimiyyətin, həm də indiki hakimiyyətin dövründə həllolunmaz olaraq qalmaqdadır.

“Vəziyyət həqiqətən də acınacaqlıdır. Aşağıdan başlasaq, hərbi komissarlıqlarda tibb komissiyalarına baxmaq lazımdır. Hər çağırış zamanı adətən kasıbların övladları hərbi xidmətə götürülür, hətta yararsız olsalar belə. Amma məmurların və varlıların övladlarını yaxşı pul qarşılığında “yararsız” adı ilə hərbi xidmətdən yayındırırlar, yaxud da “elit hərbi hissəyə” göndərilirlər. Daha sonra hərbi hissələrdə zabitlərin, gizirlərin yazılmamış qanunları gəlir. Onlar əsgərlərdən zorla pul alır, incidir və intihara sövq edirlər. Və nəhayət, ən böyük məsuliyyəti daşıyan ordu komandanlığı: batalyon komandirlərindən tutmuş müdafiə nazirinə qədər hər kəs məsuliyyət daşıyır”, - erməni şərhçi bildirib.
Xamenei “həll yolu” təklif etdi: Cihad və müharibə!Fələstinlilər gərək İsrailə qarşı müharibə başlatsınlar.

Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində İran Ali Dini lideri Əli Xamenei paylaşıb. O, fələstinlilərin ABŞ-ın təqdim etdiyi “əsrin müqaviləsi”nə qarşı cihad elan etməli olduğunu bildirib:

“Onlar öz sui-qəsdlərini silah və rüşvət köməyi ilə reallaşdırmağa cəhd edəcəklər. Həll nədir? Həll fələstinlilərin cəsarətli müqaviməti, düşmən sionistlər və ABŞ-ı cihadın köməyi ilə qovmasıdır”, – deyə o bildirib.

O, bütün müsəlman dünyasının bu müqavimətə dəstək göstərməli olduğunu deyib.
İstanbuldakı təyyarə qəzasında 1 nəfər ölüb: 157 yaralı var - RƏSMİ
İstanbulda sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində 1 nəfər həlak olub.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, daha 157 nəfər xəsarət alıb.

Qeyd edək ki, "Pegasus" aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib və zolaqdan çıxaraq yanıb və parçalanıb.
Ərdoğanın müşaviri qar altında qaldı, 38 nəfər öldü - ŞokTürkiyənin Van şəhəri yaxlınlığında qar uçqunu baş verib.

Axar.az xəbər verir ki, Van-Baxçasaray yolunun 33-cü kilometrliyində hərəkət edən mikroavtobusun üzərinə düşən uçqun nəticəsində 2 nəfər itkin düşüb.

İki nəfərin axtarışlarının davam etdiyi bir vaxtda ərazidə ikinci uçqun baş verib.

Türkiyə Daxili İşlər naziri Süleyman Soylu hələlik ümumilikdə 8 nəfərin həlak olduğunu, 30-dan şəxsin xilas edildiyini deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Gülşən Orxan yaralı vəziyyətdə xilas edilib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Van şöbəsinin rəhbəri Osman Uçağın da uçqun altında qaldığı bildirilir.

***

Türkiyədə qar uçqunu nəticəsində ölənlərin sayı artıb.

Van valisi Məhməd Əmin Bilməz jurnalistlərə açıqlamasında uçqun nəticəsində 23 nəfərin həlak olduğunu deyib.

Ölənlərin 8-i hərbçidir.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca ölənlərinin sayının arta biləcəyini deyib.

***

Türkiyədə qar uçqununda ölənlərin sayı 38 nəfərə çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Süleymani İraqa niyə gedirdi? - İran gizlinləri açdıİran rəsmisi İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı Qasim Süleymaninin öldürüldüyü zaman İraqa aparmaq istədiyi məktubun məzmununu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, İranın İraqdakı səfiri İrəc Məscidinin sözlərinə görə, Qasim Süleymani məktubu İraq rəsmilərinə çatdırmalı idi. Bu məktub İraqın İranla Səudiyyə arasında vasitəçilik roluna və təşəbbüsünə cavab olaraq hazırlanmışdı və İraq rəsmilərinə çatdırılmalı idi.

"Məktub İranın bölgədə terrorla mübarizədə digər ölkələrlə əməkdaşlıq niyyətini özündə ehtiva edirdi.", deyə İrəc Məscidi qeyd edib.

O bildirib ki, Süleymani buna görə İraqa gəlmişdi.

Qeyd edək ki, ABŞ ötən ayın 3-də İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı Qasim Süleymanini, İraqın Haşd-Şabi qüvvələrinin (Xalq Səfərbər Qüvvələri) rəhbər müavini Əbu-Mehdi əl-Mühəndisi və onlarla birgə 3 iranlı və iraqlı hərbçini Bağdad hava limanı yaxınlığında öldürülüb.