Ermənistanda koronavirusa yoluxanların sayı 130-u ötdü
Ermənistanda koronavirusa yoluxanların sayı 136 nəfərə çatıb.

Bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

Yoluxanlardan 1 nəfərin sağaldığı bildirilir.

Qeyd edək ki, Ermənistanda ilk koronavirus infeksiyası faktı martın 1-də təsdiqlənib.

“Report” xatırladır ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 181 ölkə və bölgədə qeydə alınıb.
Türkiyədə koronadan ölənlərin sayı 4-ə çatdı
Qardaş ölkə - Türkiyədə koronavirusdan ölənlərin sayı 3-ə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Qeyd edək ki, Türkiyədə koronadan ölənlərin arasında general Aytac Yalman da olub.

***

Türkiyədə koronadan (KOVİD-19) ölənlərin sayı 4-ə çatıb.

KOVİD-19-a yoluxan xəstələrin sayı isə 168 nəfər artaraq 359-a çatıb.
Koronaya yoluxan türk general öldü
Türkiyə Quru Qoşunlarının keçmiş komandiri, təqaüdçü general Aytaç Yalmanın koronavirusdan vəfat etdiyi məlum olub.

Axar.az xəbər verir ki, bu barədə generalın müalicə aldığı xəstəxanadan bildirilib.

Məlumata görə, A.Yalmanın xanımı da koronavirusa yoluxub və müalicəsi davam etdirilir.

Qeyd edək ki, türk general martın 16-da dünyasını dəyişib.
Ermənistanda tibb bacısı da koronavirusa yoluxdu
İrəvanda İnfeksiya Xəstəlikləri Xəstəxanasının tibb bacısı koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə naziri Arsen Torosyan paylaşıb.

“Yoluxanlardan biri infeksiya xəstəxanasında öz peşə borcunu yerinə yetirən tibb bacısıdır. O, xəstəxanaya yerləşdirilib, səhhəti normaldır, pnevmoniyası yoxdur”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 115 nəfərdir.
İranda hər 10 dəqiqədə bir nəfər koronavirusdan ölür
İranda bir saat ərzində 50 nəfər koronavirusa yoluxur.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur “Twitter” hesabında paylaşıb:

“İranda hər 10 dəqiqədə bir nəfər koronavirusdan ölür. Bir saatda təxminən 50 insan koronavirusa yoluxur”.

Xatırladaq ki, İranda koronavirus fevralın 19-da Qum şəhərində aşkar edilib və oradan bütün ölkə ərazisinə yayılıb.
Türkiyədə koronadan 2-ci ölüm: Xəstə sayı 191-ə çatdı
Türkiyədə koronavirusdan (Kovid-19) ikinci ölüm faktı qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca jurnalistlərə açıqlamasında deyib.

Nazir həyatını itirən xəstənin 61 yaşlı kişi olduğunu bildirib:

“93 virusa yeni yoluxma halı qeydə alınıb. Bununla da ümumi xəstələrin sayı 191-ə çatıb. Təhlükənin qarşısını birlikdə alaq!”
Azərbaycan 171 vətəndaşını Rusiyadan da təxliyə etdi
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Rusiyadan Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 18-də üç çarter reysi yerinə yetirib.

Axar.az xəbər verir ki, reyslər paytaxt Moskva şəhərinin "Domodedovo" və "Vnukovo" hava limanından həyata keçirilib.

Sonuncu çarter reysi "Airbus A340" tipli təyyarə ilə Moskvanın "Vnukovo" hava limanından yerinə yetirilib və 52 Azərbaycan vətəndaşı Bakıya yola salınıb.

Ümumilikdə isə martın 18-də 171 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib.

AZAL-ın Rusiya nümayəndəliyindən Report-a verilən məlumata görə, çarter reyslər təlabata uyğun olaraq həyata keçiriləcək.

Sabah, martın 19-da isə daha iki aviareysin yerinə yetirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, martın 16-da Azərbaycanın Baş Naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

Telefon danışığı əsnasında koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparılıb.

Hökumət başçılarının qarşılıqlı razılığına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.
İranda koronavirusdan ölənlərin sayı sürətlə artdı
İranda son 24 saatda koronavirusdan 147 nəfər dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bununla da ölkə miqyasında epidemiyadan ölüm faktı 1135-ə çatıb.

İran Səhiyyə nazirinin müavini Əli Rza Rəisi dövlət televiziyasına açıqlamasında virusa yoluxanlarının sayının 17 min 361 olduğunu deyib.

5 min 710 nəfər sağalaraq evə buraxılıb.