Koronavirusdan qorunmaq üçün etanol içən 30 nəfər öldü
Koronavirusdan qorunmaq üçün etanol içən 30 nəfər öldü
Türkiyənin İstanbul şəhərində koronavirusdan qorunmaq adı ilə etanoldan (saf alkoqol) ölənlərin sayı 30-a çatıb.

Ölənlərin əksəriyyəti Türkmənistan vətəndaşlarıdır.

Məlumata görə, daha 20 nəfərin müalicəsi davam edir.

Qeyd edilir ki, onlar etanolu bədənlərinə sürtüb, daha sonra isə onu içib zəhərləniblər. (report)
Rus ordusuna xaricdən 25 min kiberhücum edilib - Şoyqu
Rusiya ordusunun informasiya infrastrukturuna xaricdən 25 min kiberhücum həyata keçirilib.

Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib. O hər il belə hücumların sayının ortalama 12% artdığını bildirib:

“Biz bu mübarizəyə hazırıq. Əlbəttə, istərdik ki, ölkə daxilində bu hücumlara kömək edənlər. Müdafiə Nazirliyində etibarlı informasiya resursları müdafiə sistemi yaradılıb”.
Ermənilərin dostları Mübariz Mənsimovun aktiv müdafiəsinə başlayıb
Özünü ermənilərin “düşməni” elan edən “Palmali Holding”in prezidenti Mübariz Mənsimovun həbsindən sonra ermənilərin və ya ermənipərəstlərin ona dəstəyi artmaqdadır. Bu spekulyasiya lideri illərdir ki, sosial şəbəkələrdə və mediada özü barədə bir imic formalaşdırmağa çalışırdı. İnsanlara ən çox inandırmaq istədiyi isə erməniləri “görən gözünün olmaması” ilə bağlı görüntü idi.

Hətta bu təbliğatları bəzən o qədər məcradan çıxırdı ki, onun danışdıqlarına qulaq asan insan qarşısındakının gerçək “Azərbaycan Rembo”su olduğunu düşünərdi.

Biz şişirdilmiş yalanlara maraqla qulaq asan insanlarıq. Bir az aldanmağa meyilli olanlar buna inanırlar. Amma az-çox təcrübəli və informasiyalı insanlar heç əvvəldən də Mübarizin goplarına inanmırdılar.

Vaxtilə Eldar Mahmudovdan ilham alan, sonradan ilham mənbəyini müxalifət liderlərinə dəyişən Mənsimov “erməni düşməni” obrazını yaratmaq üçün var-dövlətinin bir hissəsini mediaya səpələmişdi. Amma həbsindən sonra ilk olaraq gün işığına çıxan onun bu manipulyasiyası oldu.

“Palmali” şefinin şişirdilmiş nüfuzunun yerlə bir olmasına birinci addım onun müdafiəsinə qalxan qondarma “Talış-Muğan Respublikası”nın lideri Əlikram Hümbətovun bəyanatı oldu. O Əlikram ki separatçı əməllərinə görə üzün müddət həbs olunmuş, sonra prezident tərəfindən azad edilmiş, Azərbaycan vətəndaşlığına son verilmiş və ölkədən qovulmuşdu. Və bu Əlikram Hümbətov son bir neçə ildir ki, ermənilərin ən qatı müdafiəçisidir.

İstədiyi vaxt Yerevana səfər edir, orada ona ən yüksək səviyyədə diqqət və hörmət göstərilir. Əlikram isə Yerevanda oturub Azərbaycan əleyhinə heç erməninin də ağlına gəlməyən ittihamlar səsləndirir.

Qeyd etdiyimiz bütün bu “keyfiyyətlərə” malik olan Hümbətov M.Mənsimovun həbsinə ilk etiraz edən, onun müdafiəsinə qalxan şəxs olmaqla, bu saxta “erməni düşmənçiliyi”nin ilk pərdəsini qaldırmış oldu.

Bitdimi? Qətiyyən. Daha bir tanınmış şəxs, ermənilərin bir nömrəli müdafiəçilərindən biri də Mübariz üçün mübarizəyə başlayıb. Bu, jurnalist Amberin Zamandır. O, “Al-Monitor”da “Azərbaycanlı milyarderin həbsinin arxasında nə dayanır?” adlı bir yazı paylaşıb. Yazıdan bəzi qeydlər təqdim edəcəyik və əslində, bu müdafiə yazısında nə yazıldığından daha maraqlı olan məqam onun kim tərəfindən qələmə alınmasıdır. Amberin Zaman məqaləsində M.Mənsimov barədə ətraflı informasiya verir və təqdim etdiklərinin, demək olar ki, böyük əksəriyyəti dedi-qodulara və sosial şəbəkələrdə yayılan məlumatlara əsaslanıb.

Məsələn, hələ indiyə kimi ağlı başında olan heç kim M.Mənsimovun onun hakimiyyətə “bac-xərac” vermədiyi üçün həbs olunması versiyasını səsləndirməyib. Amma jurnalist xanım hesab edir ki, iş adamlarına FETÖ ittihamı ilə cinayət işi açmaq hakimiyyətin külli miqdarda pul əldə etmək yollarından biridir.

Bu məqalə ilə bağlı uzun-uzadı danışmağa ehtiyac yoxdur. Sadəcə, bir məqamı demək lazımdır ki, yazının əvvəlindən sonuna kimi oxuduqda hətta onu müdafiə edən yazıda belə Mənsimovun nə qədər sürüşkən mövqeli şəxs olduğu təəssüratı yaranır.

Bəs Amberin Zaman kimdir? Məncə, onun haqqında danışmağa dəyər.

Milliyyətini belə müəyyənləşdirmək çətin olan bir jurnalistdir. O, ata tərəfdən İran əsilli olan bir banqladeşli, ana tərəfindən isə gürcü, tatar və yörükdür. Nyu-Yorkda anadan olub.

Vaxtilə “Washington Post” və “The Daily Telegraph” qəzetlərinin Türkiyə müxbiri olub. 2007-ci ildən “Taraf” qəzetində, 2010-cu ildə “Habertürk”də köşə yazarı kimi çalışıb.

2016-cı ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri zamanı böyük qalmaqal yaratmışdı. O zaman Ərdoğan bu qadın barədə demişdi:

“Orada da gazeteci kılıklı bir militan çıkmış. Edepsiz bir kadın. “Müslüman ülkede bunu beklemek zor değil mi?” diyor. Haddini bil, haddini. Haddini bil! Eline vermişler bir kalem, gazete köşesinde yazıyorsun. Haddini bil, edepsiz kadın”.

Amberin Zaman uzun müddət Ermənistanın paytaxtı Yerevanda da yaşayıb.

Elə həmin vaxtdan da ermənilərin aktiv təbliğatçısına çevrilən bu jurnalist 2017-ci ildə “zirvəni fəth etdi” və ABŞ-da qoyulan qondarma “erməni soyqırımı” abidəsini ziyarət edərək, türklərin qəzəbinə səbəb oldu. Həmçinin, ermənilərin “100 saniyə” layihəsinə qatılan jurnalist bu barədə bəzi təqdimatlar da həyata keçirdi.

Amberin Zaman təkcə ermənipərəst deyil, həm də terror təşkilatı olan PKK-nın sözçüsü kimi tanınır. Türkiyə əleyhinə olan bütün layihələrdə önəmli rolları ifa edən jurnalist PKK-nın ən qaynar qərargahlarından reportajlar hazırlayıb. Və təbii ki, bu reportajlar birmənalı olaraq terrorçuların təbliğatına hesablanmışdı.

İndi görək, bu xanım müxbirin “Vikipediya” səhifəsində nə yazılır:

“Amberin Zaman, “Al-Monitor”un xüsusi müxbiri. Türkiyəli jurnalist. Türkiyədə jurnalist kimi fəaliyyətə başlayan Zaman dünyanın müxtəlif qəzetlərində yazılarla çıxış edib. Onun yazıları Türkiyədəki azlıqların hüquqları ilə əlaqədardır.

... O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıdır və mütəmadi olaraq öz köşələrində erməni soyqırımını müzakirə edir. 2014-cü ildə Hrant Dink Vəqfinin erməni-türk barışığına həsr olunmuş konfransında iştirak edib. “Erməni soyqırımı”nı həqiqət kimi tanıyan Zaman Türkiyə hökumətinin ermənilərlə əlaqəli tarixi ilə barışmalı olduğunu düşünür”.

O, Türkiyə hökumətinin 24 aprel 2014-cü ildə ermənilərə başsağlığı məktubuna belə reaksiya vermişdi:

“Türkiyənin “erməni soyqırımı”nı tanıyacağına, üzr istəyəcəyinə və qurbanlarına lazımi kompensasiya verəcəyinə inanan bir vətəndaş olaraq, bu gözləntilər baş verməsə də, dövlətin erməni qurbanlarına ilk yazılı məktubunu təqdir edirəm”.

Bu yazıda Amberin Zamanın erməniləri təbliğ edib, türkləri aşağılayan xeyli sayda sitatlar da təqdim edə bilərdik. Onun bir türk düşməni olduğunu oxucuların diqqətinə çatdırmaq yazının əsas qayəsi deyil.

Yuxarıda qeyd etdiyimiz kimi, Əlikramdan sonra beynəlxalq səviyyədə tanınan və ermənilərin əsas müdafiəçisi olan daha bir şəxsin Mübariz Mənsimova “sevgisidir”.

Təəssüf ki, hələ də sosial şəbəkələrdə bir sıra analiz qabiliyyəti aşağı olan soydaşlarımız bu “pul ovçusu”na səmimi olaraq inanır. İnanmaq bir yana qalsın, Mənsimovun mənfi cəhətlərini səsləndirənlər barədə ən ağır söyüşlər yazılır. Dilə gətirilən faktlara məntiqli arqumentlə cavab verə bilməyən “tərbiyəsizlər ordusu” üçün heç bir mənəvi meyarı olmadığı göz önündədir.

Buna inanmayanlar sadəcə sosial şəbəkəni izləsinlər. “Mübariz sevənlər”in bu qədər söyüşə və təhqirə meyilli olması, bütün sərhədləri aşan ifadələrlə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarının da lazımi addımları atması qaçılmaz hala gəlib.

Qanunvericilikdə sosial şəbəkələrdə təhqir və söyüşlərin məsuliyyət yaratdığını unudan bu idarəolunan qrupun qanun qarşısında cavab verməsi ehtiyacı yaranıb.

Dairəni gördünüzmü? Mənsimovu müdafiə edənlər kimlərdir? Türk xalqına daim düşmən mövqe sərgiləyənlər, ermənilərin aktiv tərəfdarları və yalnız söyüş söyməyi bacaran bir qrup. Bu, bizim gördüklərimizdir. Türkiyə prokurorluğunun apardığı araşdırmalar nəticəsində ortaya hansı həqiqətlər çıxacaq, bunu da yaxın zamanda görəcəyik.

Oxu.az

Mənsimovun səhhəti pisləşdi
“Palmali” Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun səhhəti pisləşib.

Avrasiya.net xəbər verir ki, bu barədə Palmali Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva qeyd edib.

F.Quliyeva bildirib ki, bir neçə gündür aclıq elan edən M.Mənsimovun səhhəti ağır durumda, özü isə halsız vəziyyətdədir:

“Vəkillər Mənsimovun həbsdən azad edilməsi istiqamətindən fəaliyyətlərini durmadan davam etdirirlər”.

Qeyd edək ki, İstanbul hüquq-mühafizə orqanları M.Mənsimovun evində 15 martda axtarış aparıblar və onun saxlanılmasına qərar veriblər. 17 martda isə İstanbul Məhkəməsi Mənsimovun istintaq müddətində həbsi ilə bağlı qərar qəbul edib.

M.Mənsimov FETÖ ilə əlaqədə və bu terror qrupuna maliyyə dəstəyində suçlanır.

İranda koronavirusdan ölənlərin sayı 2077-yə çatdı
İranda son sutka ərzində koronavirusdan ölənlərin sayı 143-ə çatıb.

Axar.az xəbər verir ki, bunu İran Səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə deyib. O, bununla koronavirusdan ölənlərin ümumi sayının 2077 olduğunu bildirib.

Vahabzadə son sutka ərzində koronavirusa 2206 nəfərin yoluxduğunu söyləyib.

Qeyd edək ki, İranda ümumilikdə 27017 nəfər bu virusa yoluxub.
Rusiya: ABŞ-a korona ilə mübarizədə yardıma hazırıq
Rusiya ehtiyac yaranacağı təqdirdə ABŞ-a koronavirusla mübarizədə yardım göstərməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

“Bizim testlərimiz Çində, İranda öz yüksək keyfiyyətini göstərib, İtaliyaya da verilib. Sadə amerikalılar bilməlidir ki, Rusiya ehtiyac yaranacağı təqdirdə ABŞ-a kömək etməyə hazırdır”, - deyə o bildirib.
İranda mollanın koronavirusdan müalicə etmək istədiyi xəstə öldü
İranın Bəndər-Ənzəli şəhərində molla xəstəxanada koronavirusdan müalicə alan şəxslərdən birinin palatasına daxil olaraq, ona “möcüzəli müsəlman dərmanı” təklif edib.

“IRNA” xəbər verir ki, molla xəstəyə həkimlərin ona kömək edə bilmədiyini bildirib.

Koronavirusa yoluxan gənc razılıq verəndən sonra molla onun maskasını çıxarıb və üzünə ətirli maye çəkib.

Nəticədə gənc üç gündən sonra dünyasını dəyişib.

Hazırda şəhər prokurorluğu mollanı həbs etmək üçün xüsusi order verilməsi barədə hökumətə müraciət edib.



24 tibb işçisi koronavirusa yoluxdu - Türkiyədə
Türkiyədə 24 tibb işçisinin koronavirusa yoluxduğu məlum olub.

Yenisaba.az Türkiyə mətbuatına istinadən bildirir ki, onların hamısı İstanbul şəhərindəki tibb müəssisələrində fəaliyyət göstəriblər.

Tibb işçilərinin 24-nün də vəziyyətinin qənaətbəxş olduğu açıqlanıb.

Xatırladaq ki, koronavirus Türkiyədə 44 nəfərin ölümünə səbəb olub.

Tramp: Ərdoğandan barışıq istədim, qəbul etmədi
Türkiyədən kürdlərlə (YPG nəzərdə tutulur - red.) saziş imzalamasını, barışmasını istədim, qəbul etmədilər.

Axar.az xəbər verir ki, bu barədə "Foks Nyus" kanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı "Türkiyəni sevən biri" adlandıran Tramp tərəflərin sonradan saziş imzaladığını qeyd edib:

"Türkiyəyə "Mənə bir yaxşılıq edin, kürdlərlə saziş imzalayın, barışın" tələbini irəli sürdüm, əvvəlcə Ərdoğan da, kürdlər də bu tələbi qəbul etmədi. Ancaq daha sonra tərəflər arasında saziş imzalandı".

Qeyd edək ki, sözügedən razılaşmaya əsasən, Türkiyə hərbi əməliyyata fasilə verib, kürd qruplaşmaları isə nəzarət etdiyi bölgədən geri çəkilib.
Azərbaycanlı iş adamlarından böyük ianə
“Kiyevskaya ploşad” Şirkətinin təsisçiləri – hüquq elmləri doktoru, professor İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koranavirusla mübarizə çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 2 milyon manat vəsait köçürüblər.

Bu barədə Axar.az-a professor İlham Rəhimovun mətbuat xidmətindən məlumat verilib.