Azərbaycanlı kriminal avtoritet Ukraynada öldürüldü - FOTO
Dərc olunub:
29-12-2021, 11:51
Azərbaycanlı kriminal avtoritet Nazir Əliyev Ukraynanın Odessa şəhərində qətlə yetirilib.
Modern.az xəbər verir ki, bu barədə məlumatı “Dumskaya” nəşri yayıb. Məlumata görə, insident dekabrın 28-i Odessada “Arena” adlı bilyard klubunda baş verib.
İlkin məlumata görə, Şöhrəddin Quliyev adlı Azərbaycan vətəndaşı Nazir Əliyevə atəş açaraq onu qətlə yetirib. Ş. Quliyev şübhəli şəxs qismində saxlanılıb.