Sizin Reklam Burada

"Kıbrıs türk xalqı Ana Vətən Türkiyə ilə beynəlxalq təzyiqlərə boyun əyməyəcək"

"Kıbrıs türk xalqı Ana Vətən Türkiyə ilə beynəlxalq təzyiqlərə boyun əyməyəcək"Kıbrıs türklərinin mübarizə illərində Ayvasıl kəndində qətlə yetirilən 21 kiprli türk Türkeli kəndindəki Ayvasıl Şəhidliyində təşkil edilən mərasimlə anılıb.

Avrasiya.net xəbər verir ki, anım mərasimində Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar, Baş nazir Faiz Sucuoğlu, Türkiyənin Lefkoşa səfiri Əli Murat Başceri, Kipr Türk Sülh Qüvvələri komandanı general-mayor Sezai Öztürk, Təhlükəsizlik Qüvvələri komandanı general-mayor Zorlu Topaloğlu, ana müxalifət Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman iştirak edib.

Mərasim prezident Ersin Tatarın abidə önünə əklil qoyması ilə başlayıb. Sonra bir dəqiqəlik sükutla, ehtiram və dövlət himninin səsləndirilməsi ilə bayraqlar qaldırılıb.

Mərasimdəki çıxışında prezident Ersin Tatar 58 il əvvəl Ayvasılda baş verənlərin bəlkə də bəşər tarixində bir neçə dəhşətli qətliamı olduğunu ifadə edərək, bu vəhşiliyin dalğalar şəklində adaya yayıldığını və soyqırıma çevrildiyini vurğulayıb.

Varlıq mübarizəsinin Kıbrıs Türk xalqının, mücahidlərinin, Mehmetçiklərinin qəhrəmanlığı və Anadolunun dəstəyi ilə davam etdiyini ifadə edən Prezident Tatar, Kıbrıs tarixinin yaxşı bilinməsi və şəhidlərin mənəvi hüzurunda izah edilməsi lazım olduğunu vurğulayıb.

Bu hadisələrin 58 il əvvəl Kıbrısın təsis müqavilələrindən cəmi 3 il sonra başladığını bildirən Tatar, Kanlı Noel, Ayvasıl, Kumsal, Kaymaklı, Geçitkale-Boğaziçi, Erenköy, Taşkent, Muratağa-Sandallar, Aleminyonu faciələrini xatırladıb.

“Bu kiçik adada bu qədər hücumlar, vəhşiliklər, qəddarlıqlar qeyri-insani rəftardır” deyən prezident Tatar Kipr rum tərəfinin mentalitetinin Kıbrısın Yunan adası olması olduğunu qeyd edib.

Kipr rum tərəfinin Helen düşüncəsi və Akritas planının həyata keçirilməsi ilə bağlı hər cür beynəlxalq razılaşmalara baxmayaraq addımlar atdığını bildirən Ersin Tatar Kıbrıs türk tərəfinin buna qarşı olduğunu bildirib.

Kıbrıs türk xalqının 1974-cü il Mutlu Barış Hərəkatı ilə müstəqilliyini və azadlığını qazandığını vurğulayan Prezident Tatar, bu mərhələdən sonra Kıbrıs türk xalqının Ana Vətən Türkiyə ilə beynəlxalq təzyiqlərə boyun əyməyəcəklərini söyləyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər