Ramzanın Moskvadan sifariş aldığına şübhəm yoxdur - Dudayeva

Ramzanın Moskvadan sifariş aldığına şübhəm yoxdur - DudayevaKocaeli şəhərində əfsanəvi qəhrəman, general Cövhər Dudayevin adını daşıyan parkın açılışından sonra Çeçenistan Prezidenti Ramzan Kadırovun Türkiyə Prezidenti Ərdoğanın üstünə "çımxırmasına" mərhum generalın həyat yoldaşından cavab gəldi.

Avrasiya.net xəbər verir ki, "Xalq Cəbhəsi" dünən C.Dudayevin İsveçdə yaşayan həyat yoldaşı Alla Dudayevlə əlaqə saxlayıb məlum məsələyə münasibətini öyrəndi.

A.Dudayeva deyib ki, Kocaeli şəhərində Cövhər Dudayev adına yeni parkın açılışı ilə bağlı Ramzan Kadırovun Türkiyə prezidenti Ərdoğana etirazı çox maraqlıdır: "Ancaq onlar təzəcə oyanırlar? 25 ildən çoxdur ki, dünyanın bir çox ölkələrində iyirmidən çox küçə, prospekt və parklar Cövhər Dudayevin adını daşıyır. Onu da deyim ki, Cövhər Dudayev Konstantin Borovoyun vasitəsilə Yeltsinlə sülh danışıqları zamanı öldürülüb. Türkiyədə bu, artıq beşinci parkdır və əslində, İstanbulda hələ də Cohar adı olan iki küçə var. İndi onlarla nə etmək lazımdır? Adlarını dəyişmək lazımdır?
Ramzanın bu etirazının Moskvadan sifariş olunduğuna şübhəm yoxdur.

Hansı ki, orada otuz ildən artıqdır ki, Türkiyə hökuməti tərəfindən tanınmayan kürd nümayəndəliyi fəaliyyət göstərir. Və əminəm ki, Ramzanın özü də çoxumuz kimi Qroznıda küçəyə ad vermək istədiyi kürd Öcalanın adını belə bilmirdi. Amma bütün çeçen xalqının ləyaqətini alçaldan keçmiş Azadlıq prospekti Putinin adını daşıyır. Bu kifayət deyilmi? Amma vaxt gələcək prospektin adını dəyişəcəklər. Sankt-Peterburqda bir körpüyə Əhməd Kadırovun (Çeçenistanın əvvəlki rəhbəri, Ramzanın atası) adının verilməsi təklif olundu, lakin Peterburq sakinləri bundan qəzəbləndilər və etiraz aksiyası keçirdilər! Və körpünün adı heç vaxt dəyişdirilməyib, doğrudan da, Əhməd Kadırovun Sankt-Peterburqa nə dəxli var?

Bundan əlavə, bildiyim qədər, bizim dünyamızda prospektlərə, meydanlara ancaq dünyasını dəyişən Qəhrəmanların adı verilir, dirilərin yox!"

A.Dudayeva onu da vurğulayıb ki, ömür bitənə qədər insan etdiyi səhvləri sonradan düzəldə bilər. Amma bu ümumi qaydaların Putinlə heç bir əlaqəsi yoxdur, o, təvazökarlıqdan əziyyət çəkmir. Baxmayaraq ki, tabeliyində olanlardan başqa, insanlar onun şücaətlərini tərənnüm etmirlər, lakin onun nəhəng portretləri meydanlardan asılır və hər bir məmurun ofisinin məcburi atributudur. Bu yaltaqlıq, zülmə boyun əymək əlamətidir.

Xanım Dudayeva sonda dedi: "Birinci rus-çeçen müharibəsi zamanı çeçen xalqı öz fədakarlığı və xeyirxahlığı ilə sevgiyə layiq idi. Çünki onları heç bir təmənna güdmədən əsirlikdə olan rus çağırışçılarını analarına verdi. Təyyarə, tank və artilleriya çatışmazlığına baxmayaraq, o, qalib gəldi və nəhayət, bütün dünyanın qorxduğu nəhəng Rusiya İmperiyasnda şər və zorakılığı məğlub edə bildi. Bu qələbə bəşəriyyət tarixinə düşdü".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər