Sizin Reklam Burada

Japarov Azərbaycandakı səfirinə şiddətli töhmət verdi

Japarov Azərbaycandakı səfirinə şiddətli töhmət verdiQırğız Respublikasının Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycandakı səfiri Kayrat Osmonaliyevə şiddətli töhmət elan edib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikası Prezident Administrasiyasının İnformasiya siyasəti xidməti məlumat yayıb.

Bildirilib ki, K.Osmonaliyev “Sputnik Azərbaycan”ın mətbuat mərkəzində keçirdiyi konfransda “Qırğızıstan Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə Rusiyadan ayrıca görüşməyi təklif edir” kimi mətbuatın istinad etdiyi açıqlaması həqiqətəuyğun deyil və təxribat xarakteri daşıyır.

Məlumata görə, bəhs edilən müsahibədə belə bir açıqlama və çıxış olmayıb.

Mətbuatda mərkəzlə razılaşdırılmayan bu cür təhrif olunmuş şərhlərə və şişirtmələrə səbəb olan bəyanata görə Prezident Sadır Japarov Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonəliyevə şiddətli töhmət elan edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər