Rusiya Ukrayna sərhədinə hərbi texnika göndərir - Video

Rusiya Ukrayna sərhədinə hərbi texnika göndərir - VideoHazırda Rusiya Mərkəz Hərbi Dairəsinin 55-ci motoatıcı briqadasına məxsus Tiqr–M texnikaları daxil olmaqla, bir çox zirehli texnika Ukrayna sərhədinə daşınır.

Avrasiya.net xəbər verir ki, bununla bağlı müxtəlif Teleqram kanallarında video və informasiyalar yayılıb.

Qeyd edək ki, Rusiyanın Ukrayna sərhədinə 90 minlik ordu topladığı haqda Qərb mediası rəsmi qurumlara istinadla vaxtaşırı məlumat yayır.