Sizin Reklam Burada

İranlı generaldan Amerikaya XƏBƏRDARLIQ

İranlı generaldan Amerikaya XƏBƏRDARLIQİslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri Esmaeil Ghaani amerikalılara "İran ətrafındakı coğrafiyadan çıxmağı" tövsiyə edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iranlı generalın amerikalılara xəbərdarlığında bildirilib:

"Amerikalılara deyirik ki, ətrafımızdakı coğrafiyanı rüsvayçılıqla tərk etməmək üçün hələ vaxtınız var. Əks halda bütün bu coğrafiyadan Əfqanıstanda yaşadığınızdan daha pis qovulacaqsınız".

İranlı komandir amerikalılara “Siz keçmişdə etdiyiniz işi artıq edə bilməzsiniz” deyib.

““Vur və qaç” taktikası artıq işləmir”, o əlavə edib.

General Qaani onu da qeyd edib ki, amerikalılar Əfqanıstanda iyirmi il döyüşüblər, amma heç nəyə nail olmayıblar.

O, daha sonra ABŞ-ın Əfqanıstandakı uğursuzluğunu onun ən pis təcrübəsi kimi qiymətləndirib.

“Amerikalılar əvvəllər dünyada müharibəyə başlayıb, silah satmaqla qazanc əldə edirdilər, lakin Əfqanıstana və İraqa dəvətsiz gəldilər. 20 ildən sonra danışıqlar apardılar, əvəzində heç nə almadılar".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər