Sizin Reklam Burada

Nikol bir gün keçməmiş Kremli köməyə çağırdı - Kovbasyuk

Nikol bir gün keçməmiş Kremli köməyə çağırdı - KovbasyukBu yaxınlarda müsahibə verərkən vurğuladım ki, münaqişənin İrəvan tərəfindən qızışdırılması yaxın perspektivdə mümkündür. Ermənistanın üçtərəfli bəyanatı imzalaması səbəbi onun başqa çıxış yolunun olmamasından irəli gəlirdi. Ermənistan hökuməti və xalqı arasındakı revanşist əhval-ruhiyyə tükənmədi, məhz bu səbəbdən də vəziyyət istənilən anda gərginləşə bilərdi.

Bu sözləri Axar.az-a açıqlamasında Ukrayna Siyasi Assosiasiyasının eksperti Rinat Kovbasyuk Ermənistan silahlı qüvvələrinin dünənki təxribatlarını şərh edərkən deyib.

“Sözlərimin təsdiqi üçün çox gözləmək lazım olmadı. Anlamalıyıq ki, Ermənistanın onsuz da yaxşı durumda olmayan iqtisadiyyatı koronavirus məhdudiyyətlərindən və Ermənistan hakimiyyətinin sosial problemləri həll edə bilməməsindən sonra “laxlayıb”. Bu amillər hakimiyyəti xalqın diqqətini yayındırılmaq üçün ən optimal üsul seçməyə sövq edir, həmin üsul da yeni təxribat törətmək oldu.

Paşinyan hökuməti iki ölkənin bir mühitdə mövcudluğuna hazır deyil və buna görə də növbəti təxribatlara başlamaqla, bu dəfə Moskvanı öz təhlükəsizliyinin qarantı kimi qəbul etməyə qərar verib. Bir sutka keçməmiş ermənilər KTMT-nın üzvü kimi Kremli köməyə çağırdılar. Onların bir istəyi var, o da Moskvanı arbitrə deyil, münaqişə iştirakçısına çevirmək, bütün əvvəlki razılaşmaları pozmaq, heç olmasa, nəyisə yenidən işğala cəhd etməkdir”, - ekspert bildirib.

Onun sözlərinə görə, indi Paşinyan üçün kiçik qələbə belə çox vacibdir:

“İrəvan növbəti məsuliyyətsiz hərəkətləri ilə bütün Cənubi Qafqazı, regionun həssaslığını nəzərə alsaq, bəlkə də Şimali Qafqazı “alovlandırmaq” riski ilə üz-üzə məruz qoyur. Buna görə də Bakı inanılmaz səylərlə Cənubi Qafqaz regionunda sülhü möhkəmləndirməyə çalışır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər