Sizin Reklam Burada

Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma hazırlaşır

Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma hazırlaşırBu sözləri Axar.az-a Ordu Araşdırmaları, Konversiyaları və Silahsızlaşdırması üzrə Ukrayna Mərkəzinin Beynəlxalq işlər üzrə müdir müavini Mixail Samus son zamanlar Qara dənizdə yaşanan gərginlik haqda danışarkən deyib.

Hərbi analitikin sözlərinə görə, əslində Qara dənizdəki vəziyyət Rusiyanın Krımı işğal etdiyi ildən kökündən dəyişib:

“Bundan əvvəl Qara dəniz regionu tam sakitləşməyə, əmin-amanlığa doğru gedirdi və Qara dəniz tədricən biznes və mədəniyyət mübadiləsinin inkişaf zonasına çevriləcəkdi. Rusiyanın Krımı işğalından, Donbasda təcavüzə başlamasından, xüsusən də Krımı aviasiyasının ən son gəmi və sualtı qayıqları ilə öz nəhəng hərbi dəniz bazasına çevirməsindən sonra vəziyyət radikal formada dəyişdi. Hazırda Rusiya Federasiyası Ukrayna ərazisi ətrafına ordu toplayaraq, vəziyyəti daha da gərginləşdirməyə çalışır”.

Ukraynalı ekspertin sözlərinə görə, indi Krımda Rusiya Qara dəniz Donanmasının sualtı gəmilərinin arsenalında 300-ə yaxın raket var:

“Bunlar müxtəlif qanadlı raketlər, ballistik raketlər, məsələn, sualtı qayıqlar və gəmilərdə olan uzaqmənzilli raketlərdir, sözügedən raketlər 2000 km-ə qədər uçuş məsafəsinə malikdir və bu, təkcə Ukrayna ərazisini deyil, həm də Avropa qitəsinin əhəmiyyətli hissəsini təhdid altında saxlayır. Daima Ukrayna sərhədi yaxınlığında yüz minə yaxın əsgər, yüzlərlə təyyarə, tank, min zirehli texnika saxlanılır və bu vəziyyət 2014-cü ildən bu yana davam edir”.

Hərbi analitikin fikrincə, son baş verənlər Rusiyanın Ukraynaya hücuma hazırlaşdığını sübut edir:

“Son dönəmlərdə həm mətbuat, həm də kəşfiyyat xidmətlərinin məlumatlarına görə, Rusiyanın Ukrayna sərhədi ətrafında manevrlər etməsi, o cümlədən, qoşunlarını daxili ərazilərdən sərhədə yaxınlaşdırması Rusiyanın Ukraynaya genişmiqyaslı hücuma hazırlaşdığını göstərir. Öz növbəsində NATO, fikrimcə, Qara dəniz regionunda, Şərq Tərəfdaşlığı regionunda vəziyyətin sabitləşdirilməsi üçün kifayət qədər fəal addımlar atmır. Hesab edirəm ki, tarazlığı dəyişmək üçün sadəcə tək-tük gəmilərin Qara dənizə səfərləri kifayət deyil. Hazırda Rusiya donanmasının tamamilə dominantlıq etdiyi Qara dənizdə NATO Ukraynanın Hərbi Dəniz Qüvvələrini cəlb etməklə daimi eskadron yaratmalıdır. Bundan əlavə, NATO-nun Qara dənizdə Hərbi Dəniz Qüvvələrinin xüsusi komandanlığının yaradılması zəruridir”.

Xatırladaq ki, ötən gün Rusiya Müdafiə Nazirliyi ABŞ və onun NATO üzrə müttəfiqlərinin Qara dənizdə hərbi fəallığının artdığından narahatlığını dilə gətirib. Kreml ABŞ-ın bu addımını “Vaşinqton odla oynayır” deyə şərh edib

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər