İranlı deputat xalqımızın Zəfər bayramını təbrik edib
Dərc olunub:
10-11-2021, 21:19
Təbrizin İran İslami Şura Məclisindəki nümayəndəsi Ruhullah Motəfəkkerazad Azərbaycan Respublikası xalqını işğal olunmuş torpaqların azad edilməsinin ildönümü münasibətilə təbrik edib.
O, bununla bağlı twitter səhifəsində yazmışdır : İşğal olunmuş torpaqların azad edilməsi Azərbaycan Respublikası xalqı üçün dönüş nöqtəsidir və bu mübarək hadisənin ildönümündə bu ölkənin əziz insanlarının sevincinə şərik oluruq.
Ümid edirik ki, otuz illik işğal və müharibə təcrübəsi sülhün qorunması və Cənubi Qafqazda başqaların xaos yaratmaq üçün xoşagəlməz hərəkətlərinin qarşısının alınması üçün ibrət olacaqdır.