İranlı deputat: “Bu, Azərbaycan xalqı üçün dönüş nöqtəsidir”
Dərc olunub:
10-11-2021, 13:45
“İşğal olunmuş torpaqların azad edilməsi Azərbaycan xalqı üçün dönüş nöqtəsidir və bu mübarək bayramın ildönümündə ölkənin əziz insanlarının sevincinə şərik oluruq”.
Avrasiya.net xəbər verir ki, bunu İran parlamentində Təbriz şəhərini təmsil edən deputat Ruhullah Mütəfəkkirazad “Twitter” səhifəsində yazıb.
“Otuz illik işğal və müharibə təcrübəsi sülhün qorunması və Cənubi Qafqazda başqalarının xaos yaratmaq üçün xoşagəlməz hərəkətlərinin qarşısının alınması yönündə ibrət olacağına ümid edirik”, - deyə deputat qeyd edib.