Sizin Reklam Burada

90 minlik rus qoşunu sərhəddə - Rəsmən təsdiqləndi

90 minlik rus qoşunu sərhəddə - Rəsmən təsdiqləndiRusiya təxminən 90 min nəfərdən ibarət qoşun qrupunu Ukrayna sərhədləri yaxınlığında və Krım və Donbasın işğal olunmuş ərazilərində cəmləşdirib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bəyan edilib ki, Müdafiə Nazirliyi Ukraynanın Rusiya ilə dövlət sərhədi yaxınlığında, Krımda, Donetsk və Luqansk vilayətlərində yaranmış vəziyyəti diqqətlə izləyir. Ukraynanın kəşfiyyat orqanlarının təqdim etdiyi faktlar əsasında rus qoşunlarının irəlilədiyi təsdiqlənib:

“Ümumi sayı 90 minə yaxın olan qoşunlar bizim sərhədimizə yaxın və işğal olunmuş ərazilərimizdə yerləşdirilib. Bu qüvvələr qrupuna Cənub və Qərb Hərbi dairələrinin 8-ci və 20-ci ordularının qoşunları, həmçinin Rusiyanın Qara dəniz donanması daxildir".

Bildirilib ki, Rusiya regionda gərginliyi və qonşu dövlətlərə siyasi təzyiqi saxlamaq üçün vaxtaşırı hərbi hissələrin köçürülməsi və toplanması praktikasına müraciət edir.

Qeyd edək ki, daha öncə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov açıqlamasında rus qoşunlarının sərhəd zonasına yerləşdirilməsi xəbərlərinin reallığı əks etdirmədiyini bəyan etmişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər