Sizin Reklam Burada

YAP Gənclər Birliyinin Ukraynanın “Ze! Molodyojka” təşkilatının sədrilə görüşüb

YAP Gənclər Birliyinin Ukraynanın “Ze! Molodyojka” təşkilatının sədrilə görüşübUkrayna Azərbaycanlıları Radasının (UAR) Kiyevdəki mərkəzi ofisində “Ze! Molodyojka” və Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin nümayəndələri ilə görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, qonaqları salamlayan UAR həmsədri Oleq Krapivin, baş katibi Ceyhun Məmmədov, aparat rəhbəri Elşad İbrahimov və gənclər departamentinin rəhbəri Mömünəxanım Səttarova diaspor fəaliyyətində gənclər siyasətinin önəmi, azərbaycanlı gənclərin beynəlxalq tədbirlərdə Ukraynanı ləyaqətlə təmsil etməsi, gənclərin siyasi arenada fəal olması, xaricdə təhsil alan gənclərin Ukraynaya geri dönmələri üçün əlverişli şərait yaradılmasının vacibliyi barədə fikirlərini səsləndiriblər.

“ZE! Molodyojka”nın lideri, millət vəkili Aleksandır Sançenko və beynəlxalq əlaqələr departamentinin rəhbəri Alina Poddubnaya YAP Gənclər Birliyi və UAR-la qarşılıqlı əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər. Onlar qeyd ediblər ki, azərbaycanlı gənclərin uğurlarını diqqətlə izləyirlər və siyasi səhnədə azərbaycanlı gənclərin daha fəal olması Ukrayna siyasəti üçün də önəmlidir. Ukrayna Ali Radasının qəbul etdiyi yeni qanunun gənclər üçün əlavə prespektivlər vəd etdiyinə diqqət cəlb edilib.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov “Ze!Molodyojka” ilə birgə əməkdaşlıq haqqlnda memarandum imzaladıqlarını, ukraynalı həmkarlarını Bakıya dəvət etdiklərini nəzərə çatdırıb.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər