Kavala tərəfdarı 10 səfir Cümhuriyyət törəninə ÇAĞIRILMADI

Kavala tərəfdarı 10 səfir Cümhuriyyət törəninə ÇAĞIRILMADIDövlət çevrilişinə cəhddə təqsirləndirilən Osman Kavalanın azad olunması ilə bağlı çağırış edən 10 ölkənin səfiri 29 oktyabr Cümhuriyyət Günü ilə bağlı Türkiyənin Cümhurbaşqanlığında keçirilən tədbirlərə dəvət edilməyib.

Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Qeyd olunan ölkələr ABŞ, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç və İsveçdir. Bu ölkələr bir müddət əvvəl 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə təqsirləndirilən Osman Kavalanın həbsdən azad edilməsi ilə bağlı ortaq bəyanat yaymışdılar. Bəyanat 10 ölkənin səfirliyi tərəfindən sosial media hesablarında da yerləşdirilmişdi.

Bundan hiddətlənən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyinə 10 ölkənin səfirlərini “persona non grata” elan etməyi tapşırmış, daha sonra səfirlər geri addım atmışdı.