Azərbaycan səfiri İran prezidenti ilə görüşdü - FOTO

Azərbaycan səfiri İran prezidenti ilə görüşdü - FOTOOktyabrın 25-də Azərbaycan Respublikasının İran İslam Respublikasına təyin olunan fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə etimadnaməsini Prezident İbrahim Rəisiyə təqdim edib.

Avrasiya.net xəbər verir ki, təqdimatdan sonra keçirilən görüşdə Azərbaycan ilə İran arasındakı əlaqələrin inkişafı perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.