ABŞ müdafiə naziri Gürcüstana səfər edəcək
Dərc olunub:
13-10-2021, 07:17
ABŞ-ın müdafiə naziri Lloyd Austin gələn həftə Ukrayna, Gürcüstan və Rumıniyaya səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Müdafiə Departamentinin mətbuat katibi Con Kirbi məlumat verib.
O, bildirib ki, Pentaqon rəhbəri daha sonra NATO müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün Brüsselə yollanacaq. Səfərin dəqiq tarixi hələ açıqlanmır.
Qeyd edək ki, NATO müdafiə nazirlərinin Brüssel toplantısı 21-22 oktyabr tarixinə planlaşdırılıb.