İran hakerləri İsrail və ABŞ şirkətlərinə hücum etdi

İran hakerləri İsrail və ABŞ şirkətlərinə hücum etdiİran hakerləri İsrail və ABŞ müdafiə şirkətlərinə məxsus 250 hesabı qırmağa cəhd ediblər.

Axar.az xəbər verir ki, bu məlumatı “Maykrosoft” şirkəti yayıb.

Hakerlərin 20 hədəfi uğurla ələ keçirdiyi, hücum texnikasını hər dəfə təkmilləşdirdiyi bildirilib.

Şirkət hakerlərin təkcə müdafiə deyil, Yaxın Şərq və Fars körfəzindəki dəniz daşımaları şirkətlərini də hədəf aldığını bəyan edib.